çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Azərbaycana qədər kimsə Mərkəzi Asiyanın iqtisadi-geostrateji xəritəsini dəyişə bilməmişdi...

Image


Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı qismində qoşulması yalnız simvolik bir genişlənmə deyil; bu, regionun siyasi-geoiqtisadi xəritəsində qalıcı dəyişikliklərə gətirib çıxara bilər. Özbəkistanın paytaxtı Daşkənddə keçirilən 7-ci görüşdə bu qərarın qəbul edilməsi münsiflərarası regional inteqrasiyanın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilir. Bu fikirlər “Evronyus” kanalında yer alıb.

Kanal daha sonra bildirir: “Özbəkistan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan liderləri bildiriblər ki, bu qərar rəsmi olaraq Cənubi Qafqazı Mərkəzi Asiya əməkdaşlıq çərçivəsinə gətirir, Xəzərdən dünya bazarlarına uzanan daha geniş əlaqə məkanı yaradır. Rəsmilərin fikrincə, Azərbaycanın iştirakı bu formata yeni impuls verəcək, ticarət, investisiya, mədəni əlaqələri genişləndirəcək və iki strateji əhəmiyyətli regionda əlaqələndirilmiş inkişaf edəcək. Daşkənd görüşündə əsas diqqət regional əməkdaşlığın institusional əsaslarının gücləndirilməsinə yönəldilib... Azərbaycan prezidenti İlham Əliyev münasibətlərin strateji tərəfdaşlığa çevrildiyini, fəal siyasi dialoq və artan iqtisadi, mədəni-humanitar əməkdaşlıqla möhkəmləndiyini bildirib. Əliyev iri infrastruktur layihələri, Orta Dəhliz vasitəsilə tranzitin sürətli artımı və Rəqəmsal İpək Yolu və Xəzər enerji əlaqələri kimi yeni təşəbbüsləri misal gətirərək Azərbaycanın regional əlaqədə genişlənən rolunu qeyd edib... Sammit liderlərin birgə prioritetləri əks etdirən birgə bəyanat, Azərbaycanın üzvlüyünün təsdiqi, Qırğızıstanın 2027-2028-ci illər üçün BMT Təhlükəsizlik Şurasına namizədliyinin dəstəklənməsi, Mərkəzi Asiyada Regional Təhlükəsizlik, Sabitlik və Davamlı İnkişaf Konsepsiyasının təsdiqi kimi sənədlərin imzalanması ilə yekunlaşıb”. Bunlar fonunda Özbəkistan prezidentinin xarici siyasət üzrə müşaviri Abdulaziz Kamilovun açıqlamalrı da xüsusi diqqət cəlb edir. Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü formatına tamhüquqlu iştirakçı qismində qoşulması regionun xəritəsini dəyişir: “Mərkəzi Asiya dövlətləri ikitərəfli məsələlərdən yeni gündəmə keçiblər. Yeni gündəm regionun inteqrasiyasıdır. Siyasi, iqtisadi, humanitar və digər sahələr. İkincisi isə bizim üçün çox mühüm hadisə baş verdi: Azərbaycan rəsmi olaraq bizim sammitimizə, formatımıza qoşuldu. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında qeyd edib ki, Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur”. A.Kamilov qeyd edib ki, əgər gələcəkdə bu qarşılıqlı əlaqəni möhkəmləndirmək və inkişaf etdirmək olarsa, bu, həm Mərkəzi Asiya regionu, həm də Cənubi Qafqaz üçün sabitliyin, sülhün və təhlükəsizliyin təmin edilməsinə xidmət edəcək. Onun sözlərinə görə, sammitdə səsləndirilən təkliflər məzmunca çox yaxın olub: “Diqqət yetirsək, bütün rəhbərlər, bütün prezidentlər məzmunca yaxın təkliflər irəli sürdülər. Onlar gündəlikdə oxşar məsələlər qaldırdılar. Bu o deməkdir ki, Mərkəzi Asiya dövlətləri birləşməyə, bir qüvvəyə çevrilməyə və beynəlxalq arenada vahid regional səslə çıxış etməyə can atırlar”.

O da faktdır ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələrinin yaxınlaşmasının kökündə çoxəsrlik tarixi, mədəni və mənəvi bağlar dayanır. Bu bağlar etnik və mədəni oxşarlığı, ortaq türk kimliyini və ortaq inkişaf fəlsəfəsini əhatə edir. Son illərdə bu mənəvi yaxınlıq siyasi platformaya çevrilərək Azərbaycan–Mərkəzi Asiya birliyinin formalaşmasını sürətləndirib. Artıq ölkəmiz bu regionun əsas qərarvermə masasında oturur, Avrasiyanın həm Şərq–Qərb, həm Şimal–Cənub istiqamətlərini birləşdirən körpü rolunu oynayır. Bu birlik Azərbaycanı regional oyunçudan daha böyük Avrasiya miqyasında real güc mərkəzinə çevirir. Bu proses Azərbaycanın Cənubi Qafqazdakı strategiyası ilə ziddiyyət təşkil etmir. Əksinə, Azərbaycan paralel şəkildə iki regionda, həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada lider mövqeyi tutur və bu mövqelər bir-birini tamamlayır. Belə hal Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasət yürütmək imkanlarını genişləndirir. Ümumiyətlə, Azərbaycan və Mərkəzi Asiya təkcə regional blok deyil. Bu, yeni siyasi düşüncə modelidir, dünyadakı parçalanmalar və ziddiyyətlər fonunda suveren və müstəqil yanaşmanın parlaq nümunəsidir. Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Azərbaycan – bu altı dövlət bərabərhüquqlu əməkdaşlıq yolu tutaraq kənar təsirlərə qarşı müstəqil davranırlar. İqtisadi baxımdan, bu inteqrasiya Azərbaycanın tranzit potensialının daha da artmasına səbəb olacaq. Şimal-Cənub, Qərb-Şərq marşrutlarının bir hissəsi kimi, Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirən strateji mərkəz rolunu gücləndirə bilər. Güvənliyin möhkəmləndirilməsi məsələsi də vacibdir. Regionda təhlükəsizlik, su resurslarının idarəsi, tranzit marşrutlarının təhlükəsizliyi kimi suallar Mərkəzi Asiya məsləhətləşmələrində əsas məqamlardır. Azərbaycanın bu platformada tamhüquqlu iştirakçısı olaraq bu məsələlərə daha aktiv töhfə verə, həmçinin öz maraqlarını daha effektiv şəkildə müdafiə edə bilər. Strateji nöqteyi-nəzərdən, Azərbaycanın qoşulması Mərkəzi Asiya ölkələrinin geoiqtisadi xəritəsini yenidən tərtib edir. Regionun təkcə Mərkəzi Asiyadan ibarət olmadığı, eyni zamanda Cənubi Qafqazın da bu koalisiyada rolu olduğunu göstərir. Bu, böyük Avrasiya məkanında qarşılıqlı əlaqələrin dərinləşməsi, yeni nəqliyyat dəhlizlərinin açılması və investisiya axınlarının artması kimi perspektivləri gündəmə gətirir. Son olaraq, bu qərar Mərkəzi Asiya ölkələrinin qlobal arenada səsini artırmaq potensialına malikdir. Azərbaycanla birgə fəaliyyət, onların diplomatik çəkisini gücləndirə, beynəlxalq platformalarda ortaq mövqelərin formalaşmasına imkan verə bilər.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ