Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı İmralı həbsxanasında PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşməyə hazır olduğunu bəyan edib.
Baxçalı bu barədə partiyasının parlament qrup iclasında açıqlama verib.
MHP sədri bildirib ki, İmralıya getmək və ya getməməklə bağlı davam edən müzakirələrə son qoyulmalıdır.
“Terrorsuz Türkiyə”nin məqsədi dürüst və səmimi şəkildə mövqe qazanmaqdırsa, İmralıya getməkdən çəkinməyin mənası yoxdur.
Prosesin əsas tərəflərindən biri ilə birbaşa əlaqə qurulmazsa, nəticələr necə əldə ediləcək? İrəliləyiş necə əldə ediləcək? Parlament komitəsi bu çərçivədə qərara gələ bilməsə, heç kim bu səfərə razı olmazsa, hər kəs üç meymun oynamasında israr edərsə, bunu açıq şəkildə deyirəm: Yanıma üç dostumu alıb, öz imkanlarımızla İmralıya getməkdən, çəkinməldən, bir masa ətrafında üz-üzə görüşməkdən imtina etməyəcəyəm…
Məclis üzvlərinə və yoldaşlarıma səslənirəm - İmralıya getməyə icazə verəcəksinizmi? "Millətin qərarı budur" deyirəm”.
TAHİR