çərşənbə günü, 30 sentyabr 2026
     

Ermənistanın naziri Azərbaycan iqtisadiyyatına dair geniş məqalə yazdı...

Image


Azərbaycan və Ermənistan arasında uzun illər davam edən siyasi və hərbi qarşıdurma iki ölkə arasında iqtisadi əlaqələrin tamamilə dayanmasına səbəb olub. Lakin son illərdə Cənubi Qafqaz regionunda formalaşan yeni geosiyasi reallıqlar, xüsusilə 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra yaranan vəziyyət, tərəflər arasında sülhün bərqərar olması halında iqtisadi və ticarət münasibətlərinin inkişafı üçün müəyyən imkanlar yaradıb.

Bu imkanların reallaşması, ilk növbədə, qarşılıqlı etimadın və sülh müqaviləsinin imzalanmasından asılıdır.

Proseslər göstərir ki, Ermənistan əslində, iqtisadiyyatının gələcəyini perspektivdə daha çox Azərbaycanla bağlamağa can atır. Bunu ölkənin iqtisadiyyat naziri Gevork Papoyanın açıqlamaları da təsdiq edir. O qeyd edib ki, Ermənistan Azərbaycandan mal idxalında maraqlıdır. Gevork Papoyan iki ölkə arasında ticarət əlaqələrinin inkişaf perspektivləri ilə bağlı sualı şərh edərkən bildirib ki, həmmüəlliflə birlikdə iki ölkənin ticarət perspektivləri haqqında məqalə hazırlayıb və bu məqalə yaxın vaxtlarda elmi jurnallardan birində dərc olunacaq: “Xüsusilə, biz nümayiş etdirdik ki, Azərbaycanın ixracının əhəmiyyətli hissəsi bizim idxal tələbatımıza uyğun gəlir və əksinə. Yəni biz bir-birimizə çoxlu mal sata bilərik. Ermənistan və Azərbaycan xarici ticarətdə bir-birinə rəqib deyil, əksinə bir-birini tamamlaya bilər”. Papoyan vurğulayıb ki, qarşılıqlı ticarət Ermənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün əsas yarada bilər və siyasi şərait imkan verdiyi halda, bu, hər iki ölkənin iqtisadiyyatına fayda gətirə bilər. Ekspertlərə görə, müharibədən sonrakı dövrdə regionda yaranan iqtisadi-siyasi şərait göstərir ki, uzunmüddətli sabitlik üçün iqtisadi inteqrasiya vacib amildir. Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatı, xüsusən də nəqliyyat, energetika və logistika sahələrində artan imkanları region ölkələri üçün cəlbedici tərəfdaş obrazını formalaşdırıb. Ermənistan isə uzun illər regional layihələrdən kənarda qalmaqla həm iqtisadi artım imkanlarını itirib, həm də xarici ticarət əlaqələrində balanssız vəziyyətlə üzləşib. Bu səbəbdən, Ermənistanın da gələcəkdə iqtisadi baxımdan təcriddən çıxmaq üçün Azərbaycanla əməkdaşlıqda maraqlı olması gözləniləndir. İki ölkə arasında ticarət əlaqələrinin bərpası üçün ən vacib amil nəqliyyat kommunikasiyalarının açılmasıdır. Zəngəzur dəhlizi layihəsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Əgər bu dəhliz reallaşarsa, Azərbaycanın böyük hissəsi və Naxçıvan Muxtar Respublikası arasında birbaşa əlaqə bərpa olunacaq, eyni zamanda Ermənistan da regional tranzit mərkəzlərindən birinə çevrilə bilər. Bu, həm Ermənistan iqtisadiyyatına yeni nəfəs verəcək, həm də Azərbaycanın beynəlxalq logistik rolunu daha da gücləndirəcək.

Azərbaycanın Orta Dəhliz və Şimal–Cənub nəqliyyat layihələrində fəal iştirakı regionda multimodal daşımaların artmasına şərait yaradır. Bu sistemdə Ermənistanın da iştirakı həm onun iqtisadi maraqlarına, həm də ümumi regional sabitliyə xidmət edə bilər. Ticarət marşrutlarının açılması ölkələr arasında mal dövriyyəsini stimullaşdırar, gömrük gəlirlərini artırar və yeni investisiya axınlarına yol aça bilər. Azərbaycan və Ermənistan iqtisadiyyatlarının strukturuna baxdıqda, qarşılıqlı ticarət üçün bir sıra uyğun sahələr müəyyən edilir. Kənd təsərrüfatı məhsulları, tikinti materialları, yüngül sənaye, enerji daşıyıcıları və turizm sektoru bu baxımdan önə çıxır. Azərbaycan kənd təsərrüfatı və enerji sektorlarında ixrac potensialına malikdir. Bundan əlavə, informasiya texnologiyaları və xidmət sektoru da iki ölkə arasında əməkdaşlıq üçün yeni istiqamətlər aça bilər. Xüsusilə rəqəmsal iqtisadiyyatın inkişaf etdiyi bir dövrdə birgə innovasiya layihələri, startap mübadilələri və texnoloji təlimlər regional iqtisadi inteqrasiyaya töhfə verə bilər. Əgər Bakı və İrəvan arasında sülh müqaviləsi imzalanarsa, ticarət əlaqələrinin bərpası Cənubi Qafqaz regionunun ümumi iqtisadi mənzərəsini dəyişə bilər. Azərbaycanın tranzit imkanlarından Ermənistanın istifadə etməsi bu ölkənin ixrac yollarını genişləndirər, eyni zamanda Ermənistan bazarı da Azərbaycan məhsulları üçün yeni istiqamətə çevrilər. Bu prosesin nəticəsində, regionda qarşılıqlı asılılıq və iqtisadi sabitlik yaranar, siyasi gərginliklərin azalmasına təkan verər. Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin bərpası yalnız iki ölkə üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün strateji əhəmiyyət daşıyır. İqtisadi əməkdaşlıq uzunmüddətli sülhün və qarşılıqlı inamın əsas dayaqlarından biri olmaq iqtidarındadır. Əgər İrəvan rasional iqtisadi maraqlar əsasında hərəkət etsə, sərhədlərin açılması və ticarət yollarının bərpası regionu yeni inkişaf mərhələsinə çıxara bilər. Bu prosesin qazancları həm Azərbaycan, həm Ermənistan, həm də qonşu ölkələr üçün ortaq rifahın yaranmasına xidmət edəcək.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ