“Dezinformasiya və “fake news”larla mübarizə” mövzusu Naxçıvanda müzakirə olundu

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” çərçivəsində “Dezinformasiya və “fake news”larla mübarizə” mövzusunda panel müzakirə olub.
Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin müdiri Vəfa Aslanın moderatorluğu ilə baş tutan paneldə AnewZ TV-nin icraçı direktoru Rüfət Həmzəyev, Mətbuat Şurasının İdarə heyətinin üzvü Elşad Eyvazlı, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Rəmzi İbrahimov mövzu ilə bağlı fikirlərini bölüşüb, dezinformasiyanın müasir dövrdə törətdiyi təhlükələr barədə danışıblar. Bildirilib ki, bu gün əksər hallarda dezinformasiya və “fake news”lardan alət kimi istifadə edilir. Ona görə də yanlış məlumatlandırmaya qarşı ciddi mübarizə aparmaq lazımdır.
ZÜMRÜD