Naxçıvanda “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir.
Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənovun və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin çıxışları dinlənilib.
Tədbirdə, həmçinin Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altunun, Anadolu Agentliyinin baş direktoru Serdar Karagözün, Avropa Xəbər Agentliyinin İtaliyadan olan nümayəndəsi Carlo Marinonun, Qazaxıstan televiziyasının Xəbərlər departamentinin direktoru Beynequl Abauovanın və Özbəkistan Gənc Jurnalistlər Birliyinin sədri Şöhrət Arifin videotəbrikləri nümayiş olunub.
“MEDİAFEST-2025” çıxışlarla davam edib.
ZÜMRÜD