Pakistanda 66 il sonra bir ilk – Hindistanı yerində oturdan generala marşal rütbəsi verildi...

Pakistanın Baş Qərargah rəisi general Asım Münirə marşal rütbəsi verilib. Baş naziri Şahbaz Şərifin rəhbərlik etdiyi hökumət ölkənin 78 illik tarixində nadir görülən təltiflə bağlı qərarı təsdiqləyib.
Hökumətin bununla bağlı açıqlamasında bildirilir ki, Pakistanın uzun müddətdir gərginlik yaşadığı Hindistanla son hərbi qarşıdurma (6 may-10 may) zamanı "cəsarətli rəhbərliyi" və "yüksək strategiyası"na görə güclü ordu komandiri general Asim Münir marşal rütbəsinə layiq görülüb.
Beləliklə general Münir 1947-ci ildə Britaniyadan müstəqillik əldə etdikdən sonra ölkənin marşalı rütbəsinə yüksələn ikinci ordu zabiti oldu. Bu rütbə ilk dəfə 1959-cu ildə keçmiş ordu rəisi və prezident general Əyyub Xana verilib.
Bu titul ölkədə ancaq müharibə dövründə verilir.
TAHİR