Prezident İlham Əliyev: "Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir"

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb: “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur”.