"Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır" - Prezident İlham Əliyev

Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının (TDT) qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı söyləyib.
“Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır”, - deyən dövlətimizin başçısı əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edib.