ABŞ-dan Suriya ilə bağlı xəbərdarlıq - keçid hökuməti həftələr ərzində çökə, ölkə parçalana bilər...

ABŞ dövlət katibi Marko Rubio Suriyada keçid hökumətinin həftələr ərzində çökə biləcəyini açıqlayıb.
Rubio deyib ki, ABŞ-ın hazırkı dəyərləndirməsinə görə, Suriyada vəziyyət qeyri-sabitdir. O, bildirib ki, Dövlət Departamenti səfir də daxil olmaqla Türkiyədəki işçilərə Suriyadakı yerli hakimiyyət orqanları ilə işləməyə icazə verəcək, onların hansı yardıma ehtiyacı olduğunu müəyyən edəcək. "Bizim dəyərləndiməmizə görə, Suriyanın keçid hökuməti, üzləşdiyi çətinlikləri nəzərə alsaq, potensial çöküş və ölkə genişmiqyaslı vətəndaş müharibəsinin astanasındadır. Ölkənin bölünməsi aylar yox, bir neçə həftə ərzində baş verə bilər", - o deyib.
TAHİR