Cümə günü, 23 oktyabr 2026
     

Bakı məhkəməsində Ermənistanın sabiq prezidenti Ter-Petrosyan da ifşa edildi...

Image


Faiq Ələkbərli: “Ermənistan ərazisində170 min yox, ən azı 350-400 min azərbaycanlı yaşayırdı ki, onları da zorla deportasiya etdilər”

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də "Yerkrapa" terror təşkilatının üzvləri ilə görüşündə etdiyi çıxışının videosu nümayiş olunub.

Kadrlarda Levon Ter-Petrosyan çıxışında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın suveren ərazilərinin işğalının niyyəti, həmçinin məqsədi və səbəbləri barədə danışır.

Vidomaterialda göstərilir ki, tarixi “qələbələr”i qeyd etdiklərinə görə məmnun olduğunu bildirən L.Ter-Petrosyan 1988-ci ilə qədər Ermənistanda 170 min azərbaycanlının olduğunu xatırladıb: “Qarabağ” hərəkatını başlatmağın nə mənası var idi? Bu beş il ərzində nə qədər qan töküldü, nə qədər insan həlak oldu, amma heç bir nəticəyə gəlinmədi”, - deyə bəzi şəxslər irad bildirirlər. Hətta həmin dövrdə Ermənistan hakimiyyəti... İndi isə həmin əməliyyatlarda iştirak etməyən müxalifət nümayəndələri və digər partiyalar bizim fəaliyyətimizə kölgə salmağa çalışırlar.

Üstəlik deyirlər ki, o vaxt erməni hərəkatının “miatsum, miatsum” deyib meydana çıxmağının nə mənası var idi? İndi də Qarabağın tanınmasından yayınırlar. Onların mövqeyi dəyişməyib. Deyirlər ki, bu hərəkat 1988-ci ildə başlamasaydı da, onsuz da Sovet İttifaqı 1991-ci ildə dağılırdı və biz hər halda müstəqillik əldə edəcəydik. Amma məsələ burasındadır ki, əgər biz 1988-ci ildə fəaliyyətə başlamasaydıq, 1991-ci ildə bizim bu üçillik təcrübəmiz olmayacaqdı və nəticədə nəinki Qarabağ, heç Ermənistanın özü də bu qədər hazırlıqlı olmayacaqdı. Hətta Qarabağ olmayacaqdı”.

Məhkəmədə təqdim olunan videoda Ermənistanın keçmiş prezidenti deyib: “Birincisi, bu hərəkət sayəsində Ermənistan və Dağlıq Qarabağ erməni xalqının 600 ildir həll edə bilmədiyi bir problemi həll etdi. Ermənistan və Qarabağ digər xalqlardan tamamilə təmizləndi. Bu, 600 illik problemdir və erməni xalqı növbəti 600 ildə də onun əhəmiyyətini hiss edəcək. Təsəvvür edin ki, əgər bu gün Ermənistanda, 1988-ci ilə qədər burada yaşayan digər millətlərdən olan 170 min insan yaşamaqda davam etsəydi, bu gün bizim dövlətimiz olmazdı. Biz nə şimal rayonlarımızı, nə də Göyçə (Sevan) rayonunu qoruya bilməzdik.

Unutmayın, yadınıza salım ki, Vardenis (Basarkeçər), Masis (Zəngibasar) və Amasiya bölgələrində azərbaycanlılar çoxluq təşkil edirdi və Zəngəzur bölgəsində də əhalinin böyük hissəsini təşkil edirdilər. İndi bu problem həll olunub. Bu problemi biz öz hərəkatımızla həll etdik. Bu, xalqımızın milli azadlıq mübarizəsi, erməni milli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə birləşmələrimiz və yerli Qarabağ bölmələrimizin fəaliyyəti ilə mümkün oldu. Qarabağ da həmçinin. Bu gün Qarabağın bütün ərazisi, üstəlik daha böyük bir hissə ermənilərin əlindədir”.

Kadrlarda L.Ter-Petrosyan daha sonra deyir: “…Yekun olaraq bir məqamı da qeyd etməyə bilmərəm: Qeyd edirəm ki, bütün qələbələrimizin tacı olaraq qüvvələrimiz dünən gecə və bu səhər Ağdama daxil olublar”.

Ter-Petrosyan kadrlara görə nə qədər saxtakarlıq edir?

Ermənistanın eks-prezidenti iddia edib ki, guya 1988-də Ermənistanda 170 min azərbaycanlı yaşayırdı. Halbuki, 350 min azərbaycanlı öz ata-baba torpaqlarından qovulub. Onun iddia etdiyi 600 illik problem nədir, o nədən danışıb?

“Ter-Petrosyanın bu fikirləri onun vaxtilə yürütmüş olduğu yırtıcı siyasəti, soydaşlarımızın amansızlıqla deportasiya edilməsində iştirakını çılpaqlığı ilə ifşa edir”

AMEA-nın Hüquq və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Ter-Petrosyan Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın sayını qəsdən azaldır, əslində isə 1988-ci ilə qədər orada 300 mindən artıq azərbaycanlı yaşayıb. “Vaxtilə Ermənistana rəhbərlik etmiş Levon Ter-Petrosyan da erməni ideologiyasının bir parçasıdır. Zaman-zaman “demokrat” kimi qələmə verilən Ter-Petrosyanın özünün də nə qədər saxtakar və ikiüzlü olduğunu çox yaxşı bilirik. Bu mənada onun yalan danışmasında təəccüblü heç nə yoxdur. Ter-Petrosyan bizdən də yaxşı bilir ki, indi Ermənistan adlandırılan Qərbi Azərbaycanda nə qədər azərbaycanlı yaşayıb. Orda yaşayan azərbaycanlıların sayı 100 minlərlə ölçülüb. İndiki Ermənistan ərazisində ən azı yarım milyon azərbaycanlı yaşayırdı. Onların da əksəriyyəti vaxtilə erməni daşnakları və rus bolşevikləri tərəfindən qətlə yetirilib. XX əsrin əvvəllərindəki qırğınlara, soyqırımlara, deportasiyalara baxmayaraq, 1988-ci ildə Ermənistandakı azərbaycanlıların sayı 350 mindən yuxarı idi. Ter-Petrosyanın saxtakarcasına iddia etdiyi kimi indiki Ermənistan ərazisində170 min yox, ən azı 350-400 min azərbaycanlı yaşayırdı ki, onları da zorla deportasiya etdilər. Biz bunu ordan qovulanlara nisbətdə deyirik. Bütövlükdə götürdükdə, indiki Ermənistan Azərbaycan xalqının qədim tarixi torpağıdır. Bu anlamda Azərbaycan türkləri həmişə bu torpaqların sahibi olub. Orda yüzminlərlə yox, milyonlarla azərbaycanlının yaşamasına təbii baxmaq lazımdır”.

F.Ələkbərlinin fikrincə, Ter-Petrosyan tarixi gerçəyi təhrif edir və azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımları, deportasiyaları ört-basdır etmək istəyir. F.Ələkbərli qeyd etdi ki, Ter-Petrosyan öz dili ilə azərbaycanlılara qarşı gerçəkləşdirilən deportasiya cinayətlərini, Azərbaycan ərazilərini məqsədli şəkildə işğal etdiklərini vurğulayıb.

“O ki qaldı Ter-Petrosyanın 600 illik “problemdən” danışmasına, bu da növbəti erməni saxtakarlığıdır və onlar öz tarixlərini saxtalaşdırmaqda davam edirlər. 600 il bundan əvvəl Cənubi Qafqazda ermənilər yaşamırdı, onların bizim ərazilərimizə nə zaman köçürüldüyü tarixi məlumdur. Ancaq Azərbaycan türklərinin bu torpaqlarda qədimlərdən yaşadıqları, ən azından 4-5 min ildir burda mövcud olduqları artıq qəbul olunub. 600 ildən danışan Ter-Petrosyan yəqin ki, Səfəvilər dövründə bizim torpaqlara gələn haylardan danışır, amma onların da sayı elə çox olmayıb. Bunu da ancaq tarixə nisbətdə ifadə etmək olar. Yoxsa, burda hayların varlığı XIX əsrdən mövcud olub”.

F.Ələkbərli qeyd etdi ki, xristian türklərin və başqa xalqların haylara heç bir aidiyyəti yoxdur. Hayların öz tarixlərini qədimləşdirmək, türklərin tarixini isə gəncləşdirmək niyyətində olduqlarını deyən F.Ələkbərli hesab edir ki, haylar bu bölgənin yerli əhalisi deyil: “Nə qədər saxtalaşdırma işləri aparsalar da gerçəklik ortadadır. Odur ki, Ter-Petrosyanın Azərbaycan türkləri ilə bağlı iddiaları və ermənilərin tarixini qədimləşdirməsi cəfəngiyatdır, gerçək deyil. Ter-Petrosyanın bu fikirləri onun vaxtilə yürütmüş olduğu yırtıcı siyasəti, soydaşlarımızın amansızlıqla deportasiya edilməsində iştirakını çılpaqlığı ilə ifşa edir”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ