Macarıstan parlamenti təsdiqlədi - ölkə Beynəlxalq Cinayət Məhkəməsindən çıxdı...

Macarıstan parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxmasını rəsmən təsdiqləyib.
Məlumatına görə, qərar 137 deputatın dəstəyi ilə qəbul edilib, 37 deputat qanun layihəsinin əleyhinə səs verib, 7 deputat səsvermədə iştirak etməyib. Xarici işlər naziri Peter Siyarto deyib ki, Milli Assambleya qərar qəbul etdikdən sonra mənim vəzifəm bu addım barədə BMT-nin Baş katibini məlumatlandırmaqdır: “Müvafiq sənəd hazırlanıb, qərar qüvvəyə mindikdən və prezident tərəfindən imzalandıqdan və dərc edildikdən sonra məktubu dərhal BMT-nin Baş katibinə göndərəcəyəm".
P.Siyartonun sözlərinə görə, BCM-ni tamamilə tərk etmə prosesi təxminən bir il çəkəcək.
Səsvermə apreldə başlayan prosedurun növbəti mərhələsi idi. Daha sonra Baş nazirin nümayəndəsi hökumətin ICC-dən çıxmaq barədə qərarını açıqlayıb.
TAHİR