Hindistan və Pakistan arasında mayın 6-da başlayan və cəmi 4 gün davam edən müharibə Fransaya baha başa gəlib.
Belə ki, Pakistanın Hindistan ordusuna məxsus Fransanın “Dassault” şirkətinin istehsalı olan üç “Rafale” döyüş təyyarəsini vurması Fransanın reputasiyasını alt-üst edib. “Rafale” qırıcılarının etibarlılığının bütün dünyada müzakirə mövzusuna çevrilməsinin ardından, İndoneziyadan diqqətəlayiq bir addım atılıb. Belə ki, ölkə Fransa ilə bağladığı 8,1 milyard dollar dəyərində 42 “Rafale” döyüş təyyarəsi alınmasını nəzərdə tutan sazişi dayandırıb. Bildirilib ki, bu böyük sövdələşmənin pozulmasına səbəb “Rafale” qırıcılarının real döyüş şəraitində zəif çıxış etməsi olub.
Qeyd edək ki, aprelin 22-də Pahalqam rayonunda 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra Hindistan mayın 6-da əsassız olaraq ittiham etdiyi Pakistan ərazisinə və Pakistanın nəzarətində olan Azad Kəşmir bölgəsinə raket zərbələri endirib və tərəflər arasında qarşıdurma baş verib. İki ölkə mayın 10-da ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan edib.
TAHİR