Cümə günü, 23 oktyabr 2026
     

Ermənilərin “Yeni Naxçıvan” adlı yeparxiyası bu təxribatçı adı haradan götürüb?..

Image


Qasım Hacıyev: “Həm cəmiyyətimiz, həm elmi ictimiyyətimiz tərəfindən, həm də digər səviyyələrdə uydurma “Yeni Naxçıvan” yeparxiyasının ləğv edilməsi tələbi qoyulmalıdır”

Ermənilərin təxribatları bütün istiqamətlərdə davam edir. Son illər “Yeni-Naxçıvan” barədə danışmağa başlayıblar. Hətta erməni katolikosu II Qareginin Rusiya və “Yeni-Naxçıvan” erməni yeparxiyasının dəvəti ilə Minskə getdiyi deyilir.

Qareginin hara getdiyi, hansı kilsədə nə etdiyi bizim üçün maraqlı deyil. Burda diqqət çəkən məsələ bütün Rusiyanın və "Yeni Naxçıvanın" yeparxiyasından danışılmasıdır. Bu “Yeni-Naxçıvan” nədir? Bu yeparxiyanın adı nə vaxta qədər belə gedəcək və yanlış rəy yaradacaq? Bunun qarşısı alınmadıqca spekulyasiyalara yer qoyur. Onsuz da ermənilərin Naxçıvanla bağlı iddiaları var. Burda da bu yeparxiyanı “bütün Rusiyanın və Yeni-Naxçıvan” yeparxiyası adlandırırlar. Bunun adını dəyişdirməlidirlər. Naxçıvan adında bir yer var, o da Azərbaycan torpağıdır, Azərbaycan ərazisidir.

İkinci yer hardadırsa bir göstərsinlər görək. "Yeni Naxçıvan" yeparxiyası haranı əks etdirir? Niyə Azərbaycan rəsmi olaraq buna etiraz etmir?

Məsələn, vaxtilə Yuqoslaviya dağılandan sonra Makedoniya adlı dövlət yarananda Yunanıstan etiraz etdi ki, o dövlət adını dəyişib Şimali Makedoniya qoysun. Çünki Yunanıstanın özünün Makedoniya adlı bir əyaləti var və dünya ictimaiyyəti çaşır ki, görəsən bu hansı Makedoniyadır? Dövlətin adını dəyişib Şimali Makedoniya qoyun, biz də bilək ki, onun bizim dövlətimizin ərazisi ilə əlaqəsi yoxdur.

İndi də "Yeni Naxçıvan" deyirlər, onun adını dəyişdirsilər. Onsuz da ermənilərin Naxçıvanla bağlı iddiaları, planları var

“Ermənilərin cavabları sərt şəkildə verilməli, bu iddialarının qarşısı alınmalı və Qarabağ, “Yeni-Naxçıvan” sözləri onların leksikonundan çıxarılmalıdır”

Professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin bu saxtakarlığı illərdir mövcuddur: “Bu böyük bir təxribatdır və bu təxribatın qarşısının alınması çox vacibdir. Ermənilər hər gün yeni-yeni təxribatlar düşünüb ortaya atırlar. Ermənilərin həm siyasi, həm də dini mənada apardıqları siyasət ilk növbədə region ölkələrinin ərazilərinə, tarixinə, mədəniyyətinə təhdiddir. İnanmıram ki, ermənilər təxribatdan və saxtakarlıqdan başqa bir şey düşünsünlər. Bu gün Minskdə ilk erməni kilsəsinin açılması nə belarus xalqına, nə də başqalarına lazımdır. Bunlar ancaq kimisə narahat etmək, təxribat törətmək üçün ermənilərə lazımdır. Erməni kilsəsinin yaranma tarixinə aid o qədər uydurmalar var ki, saymaqla bitməz”.

Q.Hacıyev bildirdi ki, onlar Naxçıvana qarşı həmişə ərazi iddiasında olublar və bu iddiaları baş tutmadıqda isə gedib Rusiyada Azərbaycana qarşı təxribatlarla məşğul olur, “Yeni-Naxçıvan” adlı qondarma bir yeparxiya yaradırlar. “Təsəvvür edin, bunlar o qədər saxtakardırlar ki, Rusiyada belə bir yeparxiya yaradıblar. Göstərmək istəyirlər ki, guya bunlar nə vaxtsa Naxçıvanda yaşayıblar, ordan köçdükləri üçün onun adını Rusiyada yaşadırlar (?). Bu birmənalı olaraq Naxçıvana qarşı ərazi iddiası ilə bağlıdır. Hesab edirəm ki, Rusiya dövləti ermənilərə belə bir şərait yaratmalı deyildi. Onların bu xəstə ideyasının qarşısını birinci Rusiya almalı idi. Rusiyanın əlaqədar qurumları özləri ermənilərə belə bir şərait yaradırlar ki, onlar Azərbaycanın Naxçıvan ərazisinin adı ilə özlərinə hansısa yeparxiya yaratsınlar. Çox təəssüflər olsun ki, Moskvada Ermənistan Qriqoryan kilsəsinin Rusiya və “Yeni Naxçıvan” üzrə yeparxiyasının iqamətgahı da mövcuddur. Bu birbaşa təxribatdır və bu təxribatın qarşısı alınmalıdır. Rusiyada belə bir təxribatçı qurum fəaliyyət göstərir. Bu yolverilməzdir”.

Q.Hacıyev qeyd etdi ki, vaxtilə çar Rusiyası torpaqlarımızı işğal edib ərazilərimizi parçaladı, erməniləri Cənubi Qafqaza gətirib Azərbaycan torpaqlarında məskunlaşdırdı, torpaqlarımıza qarşı əsassız iddialar irəli sürməkləri üçün imkanlar açdı, bu gün isə Rusiya hökuməti erməni kilsəsinə Naxçıvan adından istifadə etməyə şərait yaradır. “Ermənilər Rusiya ərazilərinə də iddialar edir. Bunu dəfələrlə demişik. Gedib Rusiyada oturub “Yeni – Naxçıvan” adlı qondarma bir yeparxiyadan danışırlar. Bilirsiz, vaxtilə Qriboyedov çara yazırdı ki, erməniləri Rusiya ərazilərinə buraxmaq, orda onlara dövlət yaratmaq olmaz, onlar kompakt yaşayandan bir müddət sonra “bura bizim ata-baba torpağımızdır” deyə iddia edəcəklər. Rusiya dünən də erməniləri himayə edib, bu gün də edir.

Ermənilərin yazdığı, dediyi saxtakarlıqdır, ədavət yaratmaq üçün əllərindən gələni ediblər.

Vaxtilə Rusiya başqa ölkələrlə köməkləşib Birinci Qarabağ müharibəsində erməniləri “qalib” etdilər. İndi torpaqlarımız azad olunub, orda ermənilərin izi-tozu da yoxdur, heç olmayacaq. Onların indiki şəraitdə Qarabağdan əlləri üzüldüyündən başqa təxribatlar törədirlər. Bunlar uydurma “Yeni-Naxçıvan” yeparxiyası yaratmaqla istəyirlər ki, yenidən xristian dünyasının diqqətini cəlb edib onlardan dəstək alsınlar.

Hesab edirəm ki, həm cəmiyyətimiz, həm elmi ictimiyyətimiz tərəfindən, həm də digər səviyyələrdə uydurma “Yeni Naxçıvan” yeparxiyasının ləğv edilməsi tələbi qoyulmalıdır. Bu cəfəng fikirlər yığışdırılmalıdır.

Naxçıvan heç vaxt erməni torpağı olmayıb, olmayacaq da.

Ermənilər Rusiyanın Rostov-Don vilayətində “Yeni-Naxçıvan “ adlı bir yaşayış yeri yaradıblar, bunu “tarixiləşdiriblər”. Söhbət ondan gedir ki, “Yeni Naxçıvan”ı yeni yaradıblar, bizim Naxçıvandan guya bunlar qovulub və onlar da gedib Rostovda məskən salıblar. Halbuki, Naxçıvana ermənilər XIX əsrin əvvəllərində köçürülüb, ordan da özləri çıxıb getdilər. Necə ki, Bakıdan, Qarabağdan, başqa ərazilərimizdən getdilər. Onların məqsədi belə idi ki, azərbaycanlıları Azərbaycan ərazisindən çıxarıb burda özlərinə yurd-yuva qursunlar, bunu bacarmadılar və könüllü şəkildə getdilər. İndi o təxribatı canlandırmaq üçün bu cür avantürist fikirlərə düşürlər. Ermənilərin cavabları sərt şəkildə verilməli, bu iddialarının qarşısı alınmalı və Qarabağ, “Yeni-Naxçıvan” sözləri onların leksikonundan çıxarılmalıdır” - deyə Q.Hacıyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

22.10.2026 / 11:32
Ermənistanda TRIPP üzrə infrastruktur layihələndirmə işlərinə başlandı...

22.10.2026 / 11:24
Naxçıvan Ali Məclisinin Sosial siyasət komitəsinin səlahiyyətləri genişləndirilir...

22.10.2026 / 11:15
BMT-də Fransız Polineziyasına dair qətnamə layihəsi qəbul edildi

22.10.2026 / 11:09
Ukrayna dronları Moskva vilayətindəki hərbi zavoda zərbə endirdi...

22.10.2026 / 10:51
ABŞ Yaxın Şərqdəki bəzi hərbi bazalardan qoşunlarını geri çəkir...

22.10.2026 / 10:36
Sabahdan vint, bolt və qaykaların ixrac tarifi 20 DƏFƏ ARTIRILIR...

22.10.2026 / 10:21
Aİ ölkələri Rusiya ilə Ukrayna danışıqları aparan şəxsin namizədliyinin müzakirəsinə başladı...

22.10.2026 / 10:07
ABŞ Departamenti bəzi diplomat və ailə üzvlərini Səudiyyədən çıxarır... - husilərin hücumları artır...

22.10.2026 / 09:44
“Aİ-nin Ermənistanla bağlı planları birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir” - Qriqori Karasin

22.10.2026 / 09:15
“BakuBus” avtobuslarda kondisioner məsələsinə aydınlıq gətirdi - sürücü qərar verə bilməz...

22.10.2026 / 08:53
Ermənistanın mina müharibəsinə qarşı Avropa şəhərlərində silsilə aksiyalar keçirilir - FOTO

21.10.2026 / 21:50
"Sarı jiletlilər" Fransada yeni şənbə etirazlarına hazırlaşır... Makron qəzəbləndi - böyük şəhərlərə ordu yeridilir...

21.10.2026 / 21:34
Zelenski hazırkı cəbhə xətti boyunca müharibəni dondurmağa hazır olduğunu bəyan etdi...

21.10.2026 / 21:09
Avrasiya İB ölkələri Ermənistana qarşı qorxunc hesabat yaydılar...

21.10.2026 / 20:35
Rusiyanın hərbi hazırlığı ilk dəfə NATO-nu qorxuya saldı...

21.10.2026 / 20:11
Rusiya pozulmuş dizel ticarətini yenidən əvvəlki həddə gətirdi - "...sayənizdə, cənab Tramp"...

21.10.2026 / 19:54
AK Parti iqtidarının Suriya uğursuzluğu - İsrailin "druz üsyanı" başlanır...

21.10.2026 / 19:46
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi...

21.10.2026 / 19:31
AK Parti iqtidarı Azərbaycanı “vurmaqla” özünü Mərkəzi Asiyada da yandırdı...

21.10.2026 / 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - FOTO

21.10.2026 / 19:12
AK Partinin xarici siyasətdə növbəti uğursuzluğu - Avropa Birliyi Şimali Kipri yenə saymadı...

21.10.2026 / 18:51
Sosial-siyasi inqilablar Avropanı bürüdü... Qitəni viran qoyan etirazların arxasında nə dayanır?..

21.10.2026 / 18:34
Putin Ukrayna döyüşlərində əsir alınan amerikalı döyüşçünü Trampın xahişi ilə azad etdi...

21.10.2026 / 18:22
Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:30
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul etdi

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ