Rusiya Finlandiya sərhədini qoşun yığmağa başlayıb. “New York Times”ın məlumatına görə, NATO-un əldə etdiyi peyk görüntülərində yeni çadırların qurulduğu, hərbi maşınların saxlanması üçün yeni anbarların tikildiyi, döyüş təyyarələrinin anqarlarının yeniləndiyi və uzun müddət istifadə olunmayan helikopter bazasının əsaslı şəkildə təmir edildiyi göstərilir. Xüsusilə Kamenka, Petrozavodsk, Severomorsk-2 və Olenya bazaları gücləndirilir.
Qeyd edilir ki, peyk görüntüləri bölgədəki bazaların genişləndirilməsinin Rusiyanın uzunmüddətli planın olmasından xəbər verir.
NATO rəsmiləri bildiriblər ki, bu iş Moskvanın 2022-ci ildə Ukraynanı işğal etməzdən əvvəl Rusiyanın cənubunda inşa etdiyi istehkamlara bənzəmir. Finlandiya rəsmiləri isə onların sərhədləri yaxınlığında az sayda əsgər olduğuna işarə edərək, Rusiyanın hələlik ciddi təhlükə yaratmadığını bildirirlər. Finlandiya hərbçiləri Ukrayna müharibəsi bitdikdən sonra minlərlə rus əsgərinin onun sərhədlərinə yaxınlaşacağını proqnozlaşdırırlar. Sərhəddə rus əsgərlərinin sayının daha da arta biləcəyini deyən Müdafiə Kəşfiyyatı Təşkilatının direktoru briqada generalı Pekka Turunen kimi Finlandiya rəsmiləri isə hesab edir ki, Rusiyaya qarşı tədbir görmək üçün qarşıda beş il vaxtları var.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsindən sonra hərəkətə keçən Helsinki administrasiyası iki il əvvəl rəsmi olaraq NATO-ya qəbul edilib. Iki ölkə arasında 1335 kilometrlik sərhəd xətti həm də Rusiya ilə NATO ölkəsi arasında ən uzun sərhədi təşkil edir. Ekspertlər bu sərhəd xəttinin əhəmiyyətli hissəsinin mübahisəli Arktika Dairəsi bölgəsində olduğunu vurğulayır və sərhəddə gərginliyin ola biləcəyini vurğulayırlar.
TAHİR