Cümə günü, 23 oktyabr 2026
     

ABŞ, Türkiyə, Rusiya, İran və İsrail Suriyanı bölüşdürür - Əsədin sonu çatdı...

Image


Abutalıb Səmədov: "Yəqin ki, bu vəziyyətdə hərə öz mövqeyində möhkəmlənəcək və Əsəd rejimini yıxmaq mümkün olmayacaq"

Suriyada üç gün ərzində böyük bir ərazini ələ kçirən silahlı müxalif qruplar Hələbə nəzarəti ələ keçirib. Müxalifət Hamaya doğru irəliləməyə başladıqdan qısa müddət sonra Əsəd rejiminin nəzarətində olan paytaxt Dəməşqdə iğtişaş baş verdiyi barədə xəbərlər yayılıb. İddia edilir ki, rejimin generallarından biri prezident sarayını mühasirəyə alıb və Əsəd ailəsi ilə birlikdə qaçıb.

Amerika hakimiyyəti Suriyada terrorçu qrupların hücumuna təəccüblənməyib. Bunu "CNN"-ə ABŞ liderinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

"Suriya hökumətinin tərəfdarları - İran, Rusiya və "Hizbullah"ın diqqəti yayınıb və ya zəifləyiblər. Buna görə də üsyançılar bundan istifadə etməyə çalışdılar", - Sallivan qeyd edib.

"Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində Suriyada baş verən son hadisələr barədə maraqlı paylaşım edib. A.Quliyev yazır: "Suriya bölünür. Son 8 ildə ilk dəfə olaraq ölkənin 2- ci böyük şəhəri Hələb Əsədə qarşı  ən güclü qüvvə olan, Türkiyənin təsirindəki Suriya Milli ordusu tərəfindən tutulmaq üzrədir. Suriyanın İraqla qonşu əsas bölgələri olan Hasake, Rakka ABŞ nəzarətindəki PKK-YPG-PYG terror qüvvələrinin əlindədir. Livanda əməliyyatları səngidən İsrail Suriyanın cənubda İordaniya ilə sərhədləri boyunca taa İraq sərhədlərinə qədər bəzi adamlara fantastik görsənən "Davud dəhlizinin" açılması üçün hərəkətə başlamaq üzrədir.

Belə şəraitdə Türkiyə dura bilməz və mənim ehtimallarıma görə, Türkiyənin dəstək verdiyi Suriya Milli ordusu Hələb-Hama-Hums xətti boyu Şama doğru hərəkətə başlayacaq. ABŞ və PKK- YPG- PYG- nın birgə nəzarətində olan Rakka- Hasake bölgələrinin İsrailin açmaq istədiyi Davud dəhlizi ilə birləşməsinin qarşısını almağın tək yolu budur. Əgər Davud dəhlizi ilə ABŞ- ın nəzarətindəki bölgələr birləşdirilsə, bu, Əsəd rejiminin də sonu olmaqla bərabər İran üçün olduqca təhlükəli bir vəziyyətin yaranması demək olacaq. Bu həm də Türkiyənin və Rusiyanın mənafelərinə böyük zərbədir. Ona görə də Suriyada Türkiyənin, İranın və Rusiyanın həmişəkindən daha sıx birlikdə olmalarına böyük ehtiyac var. Beləliklə, Suriya Rusiyanın, Türkiyənin, ABŞ-ın, İranın, PKK ilə İsrailin nəzarətində olmaqla bir neçə nüfuz dairəsinə bölünmək üzrədir. Bu bölgüdə Əsədlərin ailə xanədanına yer ayrılıb-ayrılmadığını hələ söyləmək çətindir. Böyük ehtimalla, Əsəd "keçi qiymətinə" satılacaq.

Suriyada daxili müharibənin Hezbullah-İsrail atəşkəsindən sonra qızışması və ABŞ-ın da bunu dəstəkləməsi heç təsadüfə oxşamır..."

İdeyalar var ki, Suriya bölüşdürülür. Xüsusən son günlərin hadisələrindən sonra bu ehtimallar artıb.

Deyilir ki, Suriya ABŞ, İsrail və Türkiyə arasında bölünür, İran və Rusiya oyundan çıxarılır.

Nə qədər realdır?

Baki-xeber.com-un sualına cavabında politoloq Abutalıb Səmədov bildirdi ki,

2011-ci ildə - "ərəb baharı"nın təsiri altında Suriyada vətəndaş müharibəsi başlandı: "Prezidənt Bəşər Əsədə qarşı birləsən qüvvələr qısa müddətdə ölkənin böyük ərazisini nəzarətə götürə bildiler. 2015-ci ildə bu prosesə Rusiya qoşuldu - Suriya ilə Rusiya arasında müqavilə imzalandı və Rusiyanın hərbi-kosmik qüvvələri Bəşər Əsəd tərəfindən vuruşmağa başladılar. Rusiya hərbicilərinin köməyi ilə Suriya ərazisinin böyük hissəsi - 85-90 faizi Əsədin nəzarətinə qaytarıldı. B.Əsəd yenidən prezident seçkiləri keçirdi və özünü prezident elan elədi. Bundan sonra Türkiyənin nəzarətində qalan hissədən türk qoşunlarını çıxarmaq üçün B.Əsəd bir necə dəfə cəhd göstərdi. Söhbət Suriya-Turkiyə sərhədində yerləşən İdlib şəhərindən gedir. Bu barədə Ərdoğan ilə Putin arasında dalbadal danışıqlar keçirildi. Rusiya tələb edirdi ki, Türkiyə İdlibdən çıxsın və Suriyanın ərazi bütövlüyü təmin edilsin. Muəyyən razılaşmalara gəlmək mümkün oldu, ancaq razılaşmanın mahiyyəti açıqlanmadı. Bundan əvvəl, 2019-cu ildə Rusiya ilə Türkiyə arasında memorandum imzalandı. Bu memoranduma görə Rusiya öz üzərinə öhdəlik götürmüşdü ki, kürd terrorçu dəstələrini zərərsizləşdirəcək. Lakin Moskva bu öhdəliyini yerinə yetirmədi. Rusiya Türkiyəni günahlandırırdı ki, guya imzalanmış memoranduma rəsmi Ankara əməl etməyib.

2017-ci ildə Suriya münaqişəsini nizama salmaq üçün Astana üçlüyü yarandı - İran, Türkiyə və Rusiya. Bu üçlük ildə bir necə dəfə öz sammitlərini keçirib, Suriya məsələsini müzakirə edirdi. Sonuncu dəfə belə bir sammit 2022-ci ildə İranda keçirildi. Tehranda qərara alındı ki, növbəti sammit tezliklə Moskvada keçirilsin. Amma bu vaxtdan iki il keçməsinə baxmayaraq, həmin sammit baş tutmayıb. Səbəb isə Ukraynada gedən müharibənin Rusiyanı cətin duruma salmasıdır.

Tehran sammiti ərəfəsində Türkiyə elan etdi ki, Suriya ilə sərhəddə 30 km dərinliyində təhlukəsizlik zonası yaratmaq istəyir. Dərhal İran buna etiraz etdi, Rusiya da Turkiyəyə dəstək vermədi. Nəticədə Türkiyə əməliyyat keçirmək fikrindən daşındı. Bu proses 27 noyabrıa qədər bu cur davam elədi. Həmin tarixdə isə muxalif qruplaşmalar İdlibdə Suriya qoşunlarına qarşı hücuma keçdilər. Suriyanin boyuk hissəsini əhatə edən Hələb şəhərinin ətrafi onların əlinə keçdi. Bu qruplaşmalar irəliləməkdə davam edirlər. Əsas məsələ isə bu qruplaşmanın arxasında kimin dayanmasıdır. İlk günahlandırılan Türkiyə oldu. Çunki hücum əməliyyatları Turkiyənin nəzarətində olan İdlibdən başlandı. Amma bir məsələ var ki, Türkiyə hücum edən qruplaşmanı nəzarətdə saxlamır. Türkiyə ilə həmin qruplaşma arasında kifayət qədər problemlər var.

Eyni zamanda kürd terror təşkilatları da bu hücumda aktiv səkildə iştirak edir. Bu da imkan verir ki, onların arxasında duran qüvvə kimi ABŞ-ni ittiham etmək mümkün olsun.

Bundan sonra isə Türkiyə açıq şəkildə bəyan etdi ki, bu hücumların arxasında Amerika və İsrail dayanır. İsrail dövlətinin mövqeyi ondan ibarətdir ki, bu əməliyyatlar onun xeyirinədir. Çünki İranın nəzarətində olan qüvvələr diqqəti Suriyaya yönəltmək məcburiyyətində qalır, bu da İsrailə müəyyən üstünlük yarada bilər.

Amma bununla yanaşı, rəsmi Təl-Əviv Suriyada sabitliyin pozulmasının İsrailin maraqlarına uyğun olmadığını elan etdi. Rəsmi Ankara bəyan etdi ki, bu əməliyyətdə iştirak etmir və Türkiyə Suriyanın ərazi bütövlüyünü tanıyır.

Rusiya cətin vəziyyətdə olsa da onun hərbi-kosmik qüvvələri Sutiyanın köməyinə gəldi, Əsəd qüvvələri ilə birlikdə hücuma keçən quruplaşmaya qarşı döyüşməyə başladılar. Bunun nəticəsi nə ola bilər?

Rusiyanın Ukraynada düşdüyü vəziyyət və İranın İsraillə apardığı vəkalətli müharibə imkan verəcəkmi Əsəd rejimini hakimiyyətdən uzaqlaşdırmaq, Suriyanin bütün ərazisini nəzarətə götürmək mümkün olsun? Hücuma keçən qüvvələrin arxasında açıq şəkildə heç bir dövlətin durmadığını nəzərə alsaq, başlanan əməliyyatların uğurla başa çatacağını söyləmək çox çətindir. Əgər Türkiyə və ya ABŞ bu qüvvələrin arxasında açıq şəkildə dayansaydı, onda məqamdan istifadə edib, müəyyən uğurlara nail olmaq mümkün idi.

Nəzərə alsaq ki, bu hücuma heç kim açıq dəstək vermir, bundan artıq irəliləməyin mumkun olmayacağını güman etmək olar. Yəqin ki, bu vəziyyətdə hərə öz mövqeyində möhkəmlənəcək və Əsəd rejimini yıxmaq mümkün olmayacaq. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, Əsəd rejiminə qarsı çıxan qüvvələr arasında birlik yoxdur, Əsəd həmişə bundan faydalanıb.

Yaxın günlər hadisələrin necə inkişaf edəcəyini açıq göstərəcək, ancaq Bəşər Əsəd rejiminin bu dəfə də vəziyyətdən çıxacağını söyləmək mümkündur. Çox güman ki, İranı və Rusiyanı Suriyadan vurub çıxartmaq mümkün olmayacaq".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

23.10.2026 / 20:37
Putinlə Tramp Avropanı “Ukraynadan sıxışdırıb kənara çıxardılar”...

23.10.2026 / 20:21
İlk zərbəni vurmuş tərəf kimi AKP iqtidarı Azərbaycanla bağlı nə etməlidir...

23.10.2026 / 20:07
Müxalif serblərin seçkiqabağı etirazları Vuçiçin yuxusunu ərşə çəkdi

23.10.2026 / 20:02
Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 7 nəfər saxlandı

23.10.2026 / 19:50
AKP iqtidarının Liviya uğursuzluğu: narazılıq pik həddə çatır

23.10.2026 / 19:33
AKP-nin yanlış Azərbaycan siyasəti Paşinyanı da ümidləndirib...

23.10.2026 / 19:10
Trampla Netanyahunun İrana birgə zərbə vurmaq planı – konkret vaxt deyilib...

23.10.2026 / 18:57
Dronla vurulan gəmidəki azərbaycanlılar xilas edildi...

23.10.2026 / 18:08
Lyayendən azərbaycanlıların olduğu gəminin vurulmasına REAKSİYA...

23.10.2026 / 17:50
Qara dənizdə içərisində azərbaycanlıların da olduğu gəmi vurularaq batırıldı... - VİDEO

23.10.2026 / 17:37
Konstitusiya dəyişikliyi məsələsi Ermənistanı bir-birinə vurdu

23.10.2026 / 17:02
ABŞ və Azərbaycan TRIPP ilə bağlı danışıqlar aparır, Ermənistan sadəcə kənardan izləyir

23.10.2026 / 16:50
XİN Caişankarın Bakıya səfəri barədə məlumat yaydı

23.10.2026 / 16:37
Bahalıq, iqtisadi problemlər bu dəfə İtaliyada kütləvi iğtişaşları şiddətləndirir

23.10.2026 / 16:36
Ərdoğanın zəngindən sonra da dayanmadılar - “Hicab həbsləri davam edir” iddiaları...

23.10.2026 / 16:25
ABŞ ordusu Tayvan döyüşünə hazırlaşır - Çinə böyük zərbə planı işə düşür

23.10.2026 / 16:05
Azərbaycanda islam maliyyəçiliyi nə deməkdir?..

23.10.2026 / 15:56
AK Parti iqtidarı Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi 31 şəxs barədə heç bir hüquqi prosedur başlatmadı... səbəb...

23.10.2026 / 15:35
Ərdoğanın Bakıya zəngi ilə bağlı mübahisələr davam edir...

23.10.2026 / 15:22
Prezidentin sosial media hesablarında Hindistanın XİN rəhbərini rəsmi qəbul etməsi ilə bağlı videoçarx paylaşılıb - VİDEO

23.10.2026 / 14:56
Zelenski təklif etdi, Rusiyanın rəyi hələ bilinmir - Ukrayna nəyi hədəfləyir?..

23.10.2026 / 13:50
Amerikalı milyarder Trampın İran müharibəsinə qarşı çıxdı - səhv etdik...

23.10.2026 / 13:37
Azərbaycanla Hindistan arasında fikir ayrılıqları müzakirə olundu...

23.10.2026 / 13:34
ABŞ qonşulardan İranla quru sərhədi bağlamağı tələb edə bilər...

23.10.2026 / 13:08
İrandan Körfəz ölkələrinə SƏRT XƏBƏRDARLIQ - ABŞ-a dəstəyi dayandırın, yoxsa...

23.10.2026 / 12:55
Ali təhsil alan zabitlərlə bağlı MÜHÜM QƏRAR - hərbi rütbədə olma müddəti bir il azaldılır...

23.10.2026 / 12:41
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - FOTO/YENİLƏNDİ

23.10.2026 / 12:35
Prezident Xalq rəssamı Fərhad Xəlilovu təbrik etdi

23.10.2026 / 12:33
Olimpiya Kompleksinin direktoru barəsində həbs qətimkan tədbiri seçildi

23.10.2026 / 12:30
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edildi

23.10.2026 / 12:12
Hafiz İsmayılbəylinin səlahiyyət müddəti uzadıldı

23.10.2026 / 11:58
İmperiya mərkəzləri kimi Azərbaycana göstərişlər verirlər – Deputat 3 hədəf göstərdi...

23.10.2026 / 11:35
KTMT liderləri Ermənistanın üzvlük məsələsini müzakirəyə çıxarır...

23.10.2026 / 11:12
Prezident İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi - FOTO

23.10.2026 / 11:07
Putin işğal edilmiş Ukrayna torpaqlarını Rusiya ərazisi elan etdi - "Zelenskinin açıqlaması yersizdir"...

23.10.2026 / 10:50
BDYPİ piyadalara növbəti dəfə çağırış etdi - azyaşlılarla hərəkət zamanı...

23.10.2026 / 10:37
Sosial ödənişlərin artırılması üçün altıncı sosial islahat paketi hazırlanır...

23.10.2026 / 10:15
Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ - YARIM MİLYONLUQ YEYİNTİ...

23.10.2026 / 09:57
Gələn il şəhər və rayonlara dotasiya ayrılmayacaq - xərclərini öz gəlirləri hesabına ödəyəcəklər...

23.10.2026 / 09:26
Gələn ilin büdcəsi layihəsi Milli Məclisdə - gəlirlər və xərclər açıqlandı...

23.10.2026 / 09:10
Rusiya Qara dənizdə Ukrayna üçün hərbi yük daşıyan gəmini vurdu

23.10.2026 / 06:20
Məhkəmə Trampı fakt qarşısında qoydu - 11 dekabra kimi ifadə verməyə məcburdur…

23.10.2026 / 06:01
ABŞ Ukrayna üçün Starlink məhdudiyyətlərini ləğv etdi - Zelenski “xoruzun quyruğunu” gördü…

23.10.2026 / 05:53
Putin Rusiyanın NATO ölkələrinə qarşı müharibə iddialarını “siyasi şizofreniya” adlandırdı

22.10.2026 / 22:50
XXI əsrin çoxşaxəli hərbi qarşıdurması - Rusiya-Ukrayna müharibəsi (2014-2026)

22.10.2026 / 22:06
Media və Yayım Şurası Türkiyənin bəzi media resurslarında yayılan əsassız iddialara cavab verdi

22.10.2026 / 21:28
İsrail İran rejimini devirmək üçün yenidən hərəkətə keçdi...

22.10.2026 / 21:03
Rusiya Ermənistan üçün yeni iqtisadi fəlakət ssenarisi vəd edir...

22.10.2026 / 20:35
ABŞ Avropadan çıxacaq - Tramp hədələdi...

22.10.2026 / 20:17
Ermənistan parlamentində Zəngəzur dəhlizi barədə maraqlı fakt açıqlandı...

22.10.2026 / 19:54
Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

22.10.2026 / 19:30
Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

22.10.2026 / 19:06
AK Parti iqtidarı Vensin İran barədə ikibaşlı bəyanatına susdu...

22.10.2026 / 18:43
AK Parti dönəmində yaradılmış 208 universitetin heç biri dünya top suyahılara düşə bilməyib...

22.10.2026 / 18:26
Azərbaycan BMT-də mina təhlükəsi ilə mübarizəyə beynəlxalq dəstəyin artırılmasına çağırdı

22.10.2026 / 18:19
Atamın nəfəsini duyduğum Naxçıvan...Atamla ikinci söhbətim...

22.10.2026 / 18:13
Azərbaycanın üstündə AKP-MHP iqtidarı pozula bilər...

22.10.2026 / 17:51
Bir ailədən iki azyaşlı şəhid - Cahid və Fazilə...

22.10.2026 / 17:42
Paşinyan sülh sazişinə qədər bütün yolların açılacağına ümidlidir...

22.10.2026 / 16:56
15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

22.10.2026 / 16:43
Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub - FOTO

22.10.2026 / 16:05
Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

22.10.2026 / 15:53
"Əraziləri ver, pulumuzu qaytar" - Tramp Zelenskinin qarşısında şərt qoydu...

22.10.2026 / 15:35
Ərdoğanın keçmiş müşaviri saxlanıldı - şübhəli maliyyə əməliyyatları...

22.10.2026 / 15:13
ABŞ oliqarxları Fransada ifrat solçuların inqilabını hazırlayır...

22.10.2026 / 15:01
44 günün fövqündə: milli iradənin və tarixi yaddaşın təntənəsi

22.10.2026 / 14:43
Putin NATO-ya qarşı əməliyyatlar barədə xüsusi tapşırıq verdi...

22.10.2026 / 14:20
Türkiyədə 15 temmuz "çevrilişini" araşdıran komissiya 10 ildir hesabat verə biımir...

22.10.2026 / 13:58
Paşinyandan sülh sazişinin tarixi ilə bağlı yeni açıqlama - 2027-2028-ci ildə mümkündür...

22.10.2026 / 13:50
Gürcüstanda Azərbaycanla bağlı saxta xəbərlər yayan şəxs saxlanıldı - dövlətə xəyanət ittihamı...

22.10.2026 / 13:26
Mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu - Azərbaycana gətirilir...

22.10.2026 / 13:11
“Metropoliya ilk dəfə olaraq Ermənistanı özündən uzaqlaşdıra biləcəyi barədə xəbərdarlıq edir” – Paşinyan

22.10.2026 / 13:03
Yardımlının yeni icra başçısı kimdir? – DOSYE

22.10.2026 / 12:57
Paşinyan "Tramp marşrutu" layihəsinin praktiki icrasına başlandığını elan etdi...

22.10.2026 / 12:43
Ali Məhkəmə qızına zorakılıq edən kürəkənini öldürən atanı məhkəmə zalından azadlığa buraxdı...

22.10.2026 / 12:30
Milli Məclis Fransada etirazlar zamanı insan hüquqlarının pozulması hallarını pislədi

22.10.2026 / 12:17
Yardımlıya yeni başçı təyin edildi - SƏRƏNCAM

22.10.2026 / 12:15
Elçin Yusubov Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi

22.10.2026 / 12:12
Qubanın iki bələdiyyəsinin adları dəyişdirildi

22.10.2026 / 11:47
Azaraq Ermənistan tərəfə keçən azərbaycanlının kimliyi açıqlandı...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ