Bazar günü günü, 01 noyabr 2026
     

Fransa və ABŞ Cənubi Qafqazı yenə qan çanağına çevirməyə can atır...

Image


Cənubi Qafqazda sülh üçün əlverişli imkan yaransa da, regiondan kənarda yerləşən bəzi qüvvələrin qərəzli mövqeyi üzündən   bundan yararlanmaq müşkül məsələyə çevrilib. Məsələn, ABŞ və Fransadan Ermənistana göstərilən irimiqyaslı iqtisadi yardımlar, bu ölkənin silahlandırılmasının sürətlə davam etməsi sülh ümidlərini sıradan çıxarır. 

Qeyd edək ki, Ermənistanın silahlandırılması məsələsində əvvəl daha çox Fransa ön mövqedə idi. İndi Fransa ilə yanaşı, ABŞ da aktiv rol alıb. Fransa Ermənistanı silahlandırmaqla onu Azərbaycana qarşı revanşa hazırlayır, ABŞ isə bu prosesə açıq dəstək verir. Deməli, bu ölkələrin fəaliyyəti regionda sülhə indi ən böyük təhdiddir.  Xüsusən də ABŞ-ın son addımları onu neoimperialist siyasətini indi də Cənubi Qafqazda reallaşdırmağa çalışmasının göstəricisidir. ABŞ və Fransa yaxşı bilirlər ki, Ermənistana ötürdükləri  silahlar işğalçılıq siyasətinin həyata keçirilməsi məqsədini güdür. Məlum olduğu kimi, silah və sursat ixracı beynəlxalq ticarətin əhəmiyyətli sahəsi olaraq, hər bir suveren dövlətin daxili işidir. Ancaq silah satan ölkə bu cür əməliyyatlar zamanı bu silahların münaqişə zonalarında potensial olaraq beynəlxalq hüquqazidd tətbiqini, silah alan dövlətin yürütdüyü aqressiv siyasəti, silahların kimə qarşı tətbiq edilə biləcəyini və sair amilləri mütləq şəkildə diqqətə almalıdır. Lakin ABŞ və Fransa bunu nəzərə almır. Əksinə, Fransa lisenziyası altında istehsal olunan Hindistan silahlarının da Ermənistana ötürülməsi prosesini intensivləşdirir. Halbuki, Ermənistana silah satan hər bir dövlət ilk baxışdan ticarət əhəmiyyəti daşıyan, ancaq mahiyyətcə regionda sülhə və beynəlxalq təhlükəsizliyə ciddi təhdid yaradan silah ixracına imperativ xarakterli öhdəliklər nöqteyi-nəzərindən yanaşmalıdır. Onu da xüsusi qeyd etmək lazımdır ki, Ermənistan məlum məğlubiyyətdən sonra Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur edilib, hətta baş nazir Nikol Paşinyan ərazi bütövlüyümüzü rəqəmlərdə ifadə edib. Belə olan halda Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına prinsipial maneə qalmayıb. Sadəcə, Ermənistan konstitusiyası burada başlıca maneədir. Lakin reallıqda ABŞ və Fransa başda olmaqla, regionda maraqları olan subyektlər Bakı ilə İrəvan arasında sülhə özlərinin Cənubi Qafqazdakı mənafelərinin sonu kimi baxırlar. Ermənistanın qütblərarası ziddiyyət nöqtəsinə çevrilməsi, erməni cəmiyyətində revanş əhvali-ruhiyyəsi Qərbin niyyətləri ilə üst-üstə düşür. Bu da region üçün müsbət heç nə vəd etmir. Bunu bilə-bilə ABŞ, Fransa, Hindistan Ermənistanın silahlandırlması prosesini aktiv şəkildə davam etdirir. 

Onların daha bir məqsədi silahlanan Ermənistanın iqtisadi cəhətdən də möhkəmlənməsinə nail olmaqdır.  Bu səbəbdən anti-Rusiya sanksiyalarından yan keçmək və müvafiq olaraq Ermənistana böyük gəlirlər əldə etmək üçün imkan yaradılır. Qərb Ermənistanın sanksiyalardan yayınmasını görməzdən gəlir. Məsələn, ötən il Ermənistanın xarici ticarət dövriyyəsi 20.7 milyard dollar olub. Bu, 2022-ci illə müqayisədə 46 faiz artım deməkdir. 2023-cü ildə Ermənistanın ixracı 55 faiz, idxalı isə 40 faiz yüksəlib. Ermənistanın sırf Rusiyaya ixracındakı artımsa 60 faizə yaxındır. Məsələ ondadır ki, Ermənistan Rusiyadan gətirdiyi bəzi məhsulları yenidən digər ölkələrə ixrac edir. Eyni zamanda, Ermənistan xaricdən gətirdiyi bəzi məhsulları təkrar Rusiyaya ixrac edir. Cari ildə Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 10 milyard dollardan artıq olacaq. Onu da bildirək ki, Ermənistan iqti­sadiyyatı durğun vəziyyətdədir və məh­dud sənaye potensialına malikdir. Onun müstəqil şəkildə ticarət dövriyyəsinin belə kəskin artımını təmin edə bilməsi müm­künsüzdür. Məsələ burasındadır ki, ölkədə son üç ildəki dinamika, ilk növbədə, xarici malların və avadanlıqların, o cümlədən, iki­li təyinatlı məhsulların təkrar ixracı və geri alınması üzrə müxtəlif sxemlər hesabına təmin edilib. Erməninstan və Rusiya şirkət­ləri bu malları ABŞ və Avropa İttifaqının sanksiyalarından yan keçərək vasitəçilərin və nəqliyyat şirkətlərinin yardımı ilə daşı­yıblar. Ermənistanın Rusiya hesa­bına malların təkrar ixracına görə sürətlə zənginləşməsi İrəvana imkan verir ki, xa­ricdən, o cümlədən, Qərbdən silah alınma­sının həcmini xeyli artırsın. Silahlarla yanaşı, ABŞ və Fransadan Ermənistana irimiqyaslı iqtisadi yardımlar edilir. Məsələn, ABŞ hökuməti Ermənistana yardım fondunun məbləğini iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara qaldırıb. Bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistan ofisi bəyan edib. Məlumatda deyilir ki, "İnkişaf Qrantı"na dair sənədin birinci düzəlişi artıq imzalanıb. Müvafiq sənədi USAID-in Ermənistandakı missiyasının rəhbəri Con Alelo və Ermənistan baş nazirinin müavini Armen Qriqoryan imzalayıb. Yardımın artırılmasında məqsəd Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək verməkdir. USAID bunu da bildirib ki, agentlik Ermənistanın, geosiyasi oriyentasiyasının dəyişməsi də daxil, dəyişən ehtiyaclarına uyğun şəkildə İrəvana dəstəyini davam etdirəcək.  Avropa İttifaqı isə Ermənistana 2,6 mil­yard avro ayırıb. Sirr deyil ki, bütün bunlar məqsədyönlü siyasətdir, onun məqsədi Qarabağ problemini yenidən "canlandırmaq" və Ermənistanı Qarabağ uğrunda yeni müharibəyə hazırlamaqdır. Eyni zamanda bütün bunlar Ermənistanda yeni ümidlər yaradır, onun mövqeyini sərtləşdirir. Artıq Ermənistan daha çox "Dağlıq Qarabağ"dan danışmağa başlayıb, bu ölkənin Xarici İşlər Nazirliyi və baş nazir "etnik təmizləmə"dən danışır. Ermənistan ötən il antiterror əməliyyatı ilə nəticələnmiş köhnə səhvlərini yenə təkrarlamağa başlayır. İrəvanı bu fəlakətə məhz Qərb, ilk növbədə ABŞ və Fransa sürükləyir. Burada hədəf təkcə Azərbaycan yox, həm də Rusiyadır. Qərbin bu siyasəti ilə Cənubi Qafqaz regionu Ukraynadakı kimi ikinci Qərb-Rusiya qarşıdurmasının poliqonuna çevrilə bilər. Bu isə bölgənin və Azərbaycanın maraqlarına tamamilə ziddir. Ermənistanın Avropa İttifaqı, Fransa və ABŞ-la birgə regionda Rusiya-Qərb qarşıdurmasına yeni cəbhə açmasını, regionda sülhə təhdid yaratmasını Azərbaycan sakit qarşılaya bilməz, Bakı məhz bundan narahatdır və buna qarşıdır. Amma Qərb də öz məkrli siyasətindən geri çəkilmir. Bütün bunlar regionu fəlakətə sürükləyir. Məsuliyət daşıyan tərəf də Qərbdir.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ