Bazar günü günü, 01 noyabr 2026
     

Azərbaycana qarşı ABŞ-ın diqtəsi ilə koordinasiyalı qarayaxma kampaniyası aparılır

Image


ABŞ-ın bir sıra dövlət strukturları ilə yanaşı, guya müstəqil fəaliyyət göstərən, ancaq faktiki olaraq bu ölkənin nəzarətində olan qurumlar tərəfindən də Azərbaycana qarşı fəaliyyət həyata keçirilməsi məlum həqiqətdir.  USAİD, "Freedom House" kimi təşkilatlar tərəfindən Azərbaycana qarşı təşkil edilən kampaniya buna misal kimi göstərilə bilər. Eləcə də ABŞ və digər Qərb ölkələrinin nəızarətində olan media vasitələrində anti-Azərbaycan təbliğatı da bu qəbildən qiymətləndirilə bilər. 

Bütün bunlar artıq bir mərkəzdən idarə edilən koordinasiyalı fəaliyyətdən xəbər verir. "The Organized Crime and Corruption Reporting Project" (OCCRP) kimi qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurumların qərəzli iddialar və subyektiv mülahizələrdən ibarət materialları da bu fonda qiymətləndirilməlidir. OCCRP tərəfindən cari ilin avqustunda dövriyyəyə buraxılmış son iddialar qərəzlidir, əsassızdır, təxribat xarakterlidir və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil olunmuş çirkin qarayaxma kampaniyasının tərkib hissəsidir. Burada iddia edilir ki, Azərbaycan Qarabağdakı erməniləri "mühasirəyə" alıb və Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımına mane olub. Halbuki,  bundan öncə Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi şəhərində ofisi fəaliyyət göstərirdi. Xankəndi ofisi bu regionda yaşayan erməni əsilli insanlara kömək göstərirdi. 2023-ilin sentyabrında Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirlərindən sonra regiondakı erməni əsilli insanlar Ermənistana köç edib. Bu səbəbdən də ofis faəliyyətini dayandırıb. Indi Beynəlxalq Qızıl Xaç Komitəsi Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur. Amma OCCRP bunu görməzdən gəlir. Halbuki, Beynəlxalq Qırmızı Xaç Komitəsi antiterror tədbirlərindən öncə   son davranışları ilə Qarabağdakı erməni separatizminə dəstək verirdi. Bu komitə həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində azərbaycanlı əsir və girovlara lazımi dəstəyi verməyib. Bunun əksinə olaraq, ermənilərə hər zaman isti münasibət bəsləyib. Onlar hər zaman bir qayda olaraq ermənilərin yanında olublar. Komitənin nümayəndələrinin öz səlahiyyətlərindən sui-istifadə edərək qaçaqmalçılıq fəaliyyəti ilə məşğul olmaları Azərbaycan tərəfindən faktlarla sübut olunub. OCCRP isə hesabatında buna ümumiyyətlə toxunmur. Elə "Freedom House" tərəfindən hazırlanmış materialın da eyni məzmunda olması təsadüfi xarakter daşımır. Qurumun bir müddət əvvəl yaydığı hesabatda iddia olunur ki, sənəddə 2020-ci ildə İkinci Qarabağ müharibəsi ilə başlayan dövr və 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağa qarşı "hərbi hücumu" və ondan sonrakı dövr üçün "Dağlıq Qarabağda yaşayan etnik ermənilərin vəziyyəti" araşdırılıb: "Yüzlərlə şahid müsahibələri və açıq mənbə məlumatlarını əhatə edən beynəlxalq faktaraşdırma səyi ilə təhlil 2024-cü ilin mayına görə Dağlıq Qarabağda niyə etnik ermənilərin yaşamadığına cavab vermək məqsədi daşıyır". Amma hesabatda ermənilərin Qarabağı könüllü tərk etməsinə ümumiyyətlə toxunulmur, Azərbaycan hədəf olaraq seçilir. Qarabağdan erməni əhalinin köçünün könüllü olması ilə bağlı çoxsaylı videoetiraflar var. Onlar etiraf edirlər ki, Azərbaycan onların ge­dişini arzulamırdı. Eyni zamanda bildirirlər ki, Bakı ən yüksək sə­viyyədə Qarabağın erməni sakin­lərinə Azərbaycan vətəndaşlığını qəbul etməyi və orada qalmağı təklif edirdi. Bu şəxsləri köçməyə keçmiş separatçı xunta rejiminin başçıları və Ermənistandakı "Qarabağ kla­nı" məcbur edib. Ancaq "Freedom House" bu reallığı təkzib edir. 

ABŞ-ın USAİD təşkilatının yanaşmasında da eyni halları görmək mümkündür. Onun rəhbəri Samanta Pauer bu ilin iyulunda Ermənistanda olarkən bildirib ki, Birləşmiş Ştatlar Qarabağın etnik erməni əhalisinin ötənilki kütləvi köçünün "etnik təmizləmənin" nəticəsi olub-olmadığını müəyyən etmək üçün araşdırır. Pauer bildirib ki, Vaşinqton, həmçinin, Qarabağ ermənilərinin 2023-cü ilin sentyabrında Azərbaycan tərəfindən "ələ keçirilən vətənlərinə təhlükəsiz qayıtmaq hüququnu müdafiə etməyə" davam edir. Yenə burada reallıq və faktlar təhrif edilib. Lokal xarakterli antiterror tədbirlərini "Azərbaycanın hərbi əməliyyatı", Qara­bağ iqtisadi rayonunu isə "Dağlıq Qara­bağ" adlandıran Pauer adətən ermənilərdən daha artıq ermənilik edir. Harvard Universitetinin Kennedi Dövlət İdarəçiliyi Məktəbinin professoru olan Pauer qondarma "erməni soyqı­rımı"na dair təbliğat xarakterli kitabın müəllifidir. Pauer hazırda DTX-nın İstintaq Təcridxanasında saxlanılan Qarabağdakı keçmiş qondarma rejimin "dövlət naziri" Ruben Vardanyanla sıx əlaqələrə malik olub. Bunlar fonunda USAİD-in erməni sevgisi təsadüf deyil. USAID-in milyonluq layihələrinin bəziləri Avropa İttifaqı xətti ilə icra olu­nan layihələrlə sinxronluq təşkil edir. Avropa Parlamentinin deputatı Natali Loisanın "Dağlıq Qarabağ ermənilərinin etnik təmizlənməsi" gününü Avropa Parlamentində qeyd etmək üzrə fəaliyyəti bu fonda təsadüfi deyil. Qeyd edək ki, Avropa Parlamenti daim ermənipərəst mövqe nümayiş etdirir.  Bu proseslərdə ABŞ-ın aparıcı piar şirkətləri, məsələn, "Edelman"  şirkəti Azərbaycana qarşı beynəlxalq media kampaniyasının əsas təşkilatçıları sırasında yer alır. Sonuncu ABŞ-ın ən iri piar şirkətidir. Erməni diasporundan gələn pul və sifariş əsasında  Azərbaycana qarşı beynəlxalq media kampaniyası aparılır. Lakin bütün bu cəhdlərin həmişəki kimi iflasa uğrayacağı da şübhə doğurmur. 

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ