Bazar günü günü, 01 noyabr 2026
     

Dünya Qarabağda erməni cinayətlərinə hələ də susur

Image


44 günlük Vətən müharibəsinin nəticələri dövlətimizin gücünü, xalqımızın mübarizə əzmini, sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan möhtəşəm qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu.

Məsələ ondadır ki, ölkəmiz tarixi Zəfəri ilə mühüm geostrateji reallıqlar yaradıb. Bu reallıqlar regionda dayanıqlı sülhün, etibarlı təhlükəsizliyin və perspektiv çoxtərəfli əməkdaşlığın təmin olunması üçün həm unikal, həm də universal imkanlar formalaşdırır.

Müharibə dövründə Ermənistan beynəlxalq hüququn prinsiplərini pozub 

Nəzərə almaq lazımdır ki, İkinci Qarabağ Müharibəsində təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini dəfələrlə pozub. Ermənistan həmçinin "Silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair" 1949-cu il Cenevrə Konvensiyasının tələblərini də heçə sayaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib. 27 sentyabr - 10 noyabr 2020-ci il tarixləri ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılıb. Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Mülki şəxslərimizin çoxsaylı əmlakına ciddi ziyan vurulub, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılıb. Bütövlükdə, Ermənistanın törətdiyi müharibə cinayətləri dünya ictimaiyyətinə bir neçə istiqamətdə çatdırılıb. Prezident İlham Əliyev yüksək tribunalardakı çıxışlarında, bütün görüşlərində, beynəlxalq səviyyədə aparılan danışıqlarda birmənalı şəkildə bunu ortaya qoyur. Aparılan araşdırmalar, ekspert rəylərini ortaya qoymaqla ermənilərin Azərbaycana təzminat ödəməsi məsələsi gündəlikdədir. Ermənilər bilməlidir ki, onlar Azərbaycan ərazisində törətdikləri vəhşiliklərə, iqtisadi, siyasi, hərbi və digər cinayətlərə görə cavab verəcəklər. Xüsusən də 44 günlük Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin dünyanın 30-a yaxın aparıcı media orqanına verdiyi müsahibələr informasiya müharibəsində olduqca önəmli rol oynadı. Erməni yalanlarının, vandalizm aktlarının ifşası baxımından həmin müsahibələrin önəmi böyükdür.  

Beynəlxalq təşkilatlar, YUNESKO buna öz münasibətini bildirməyib 

O da məlumdur ki, torpaqlarımız azad ediləndən sonra bir sıra məsələlər faktlarla ortaya çıxdı. Məlum oldu ki, işğal dövründə erməni vandallar nəinki yaşayış evlərini, dini, tarixi abidələri də məhv ediblər. Ekologiyaya ciddi ziyan vurublar. Bununla bağlı ciddi faktlar olsa da, hələ də beynəlxalq təşkilatlar, YUNESKO buna öz münasibətini bildirməyib. Azərbaycandan dini ibadətgahların qorunmasını tələb edən bu qurumlar, erməni vandalizmi ilə bağlı faktlara mövqe bildirmirlər. Halbuki, Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra bir sıra təşkilatlar, dövlət rəsmiləri haray saldılar ki, Qarabağda dini ibadətgahlar, kilsələr qorunmalıdır, onlar guya təhlükə altındadır. Halbuki, həmin abidələrin ermənilərə heç bir dəxli yoxdur. Həmin abidələr qədim Alban abidələridir. Onlara da Azərbaycan sahib çıxır. 

Avropa, ABŞ təşkilatlarının Azərbaycana baxışında ikili standartlar var 

Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı bununla bağlı bir sıra məqamlara toxundu: "Erməni vandallarının abidələri dağıtması, ekologiyaya ziyan vurması, kəndlərimizi, dini abidələrimizi viran qoymasına münasibət olmadığına görə, onlar özlərini daha azğın aparırlar. Biz bunu belə izah etməliyik ki, bütün o təşkilatların ikili yanaşması var. Yəni həmin təşkilatlar ikili standartlardan çıxış edirlər. Problem ondadır ki, onların da siyasi təəssübkeşliyi var. Üstəlik, burada xristian təəssübkeşliyi faktoru var. Ona görə də biz bilməliyik ki, ermənilər hansı cinayəti törədirlərsə, onların qərbdə havadarları var. Əvvəllər Osmanlı imperiyası dövründə Qərb Osmanlıya necə münasibət bəsləyirdisə, indi Türkiyəyə də həmin münasibət bəslənilir. Türkiyəyə necə münasibət bəslənilirsə, Azərbaycana da həmin münasibət sərgilənir. Azərbaycan Alban kilsələrini bərpa edir, onlara öz abidəmiz kimi baxırıq. Ancaq təəssüflər olsun ki, buna da əks reaksiya verirlər. Ona görə də bilməliyik ki, hansı təşkilat olmasından olmayaraq Avropa, ABŞ təşkilatlarının Azərbaycana baxışında ikili standartlar var. Necə deyərlər, ermənilərə doğma münasibət, bizlərə isə ögey münasibət var. Ona görə də Azərbaycanın erməni vandallığı ilə bağlı etdiyi müraciətlər kağız üzərində qalır, buna hansısa reaksiya verilmir. Ancaq Azərbaycan gücləndikcə bizim səsimizi eşitməyə məcburdular. Çünki dünya gücə bağlıdır. Gücün varsa səninlə hesablaşacaqlar. Gücün yoxdursa hesablaşmayacaqlar. Məlum olduğu kimi, 2020-ci ildə 44 günlük Vətən müharibəsində biz bunu sübut etdik. Ona görə də erməni vandalizmini sübut etmək üçün gücümüzü artırmalıyıq. Ermənilər kəndləri, tarixi abidələri, məscidləri ona görə viran qoyublar ki, Qarabağla Azərbaycanın digər əraziləri arasında bufer zona yaratsınlar. Çünki heç kim sonradan gəlib orada yaşaya bilməsin. Ona görə ki, ermənilər gec-tez ərazilərimizin azad ediləcəyini bilirdilər. Bütün bunları Qərb bizdən də yaxşı bilir. Sadəcə, ikili standartlar səbəbindən görməzdən gəlirlər".

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

30.10.2026 / 13:38
"Azərbaycan Cənubi Qafqazı “döyüş məkanı”ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev

30.10.2026 / 13:25
Əli Əsədov bu dövlət qurumlarında işçi sayını və maaşları təsdiqlədi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ