Ukraynanın döyüşçüləri Rusiya ilə sərhədin daha bir hissəsini yarıblar. Bu haqda məlumatı Ukraynanın Silahlı Qüvvələrinin Hava Desant Qoşunları Komandanlığının rabitə idarəsi yayıb.
Bildirilib ki, Ukraynanın Silahlı Qüvvələrinin 95-ci Əlahiddə Hava Desant Briqadasının bölmələri Rusiya sərhədinin hissələrindən birini yarıblar. "Bu, Rusiyanın Kursk vilayəti ərazisində əməliyyat başlayandan bəri Rusiya sərhədinin yarılmasında artıq ikinci uğurlu əməliyyatıdır" – bəyanatda deyilir.
Ukraynalı hərbçilərin müdafiə xəttində girişləri necə kəsdiyini və hava desant bölmələrinin Rusiya ərazisinə necə daxil olduğunu göstərən video yayıblar. Həmçinin, videoda sərhədyanı bölgədə hava-desant qoşunlarının tankçılarının rusların dayaq məntəqəsini darmadağın etdiyi toqquşmalar göstərilib.
Ancaq məlumatda Rusiya sərhədinin hansı hissəsindən bəhs edildiyi açıqlanmır.
TAHİR