Bazar ertəsi günü, 02 noyabr 2026
     

Qarabağda azərbaycanlılar 10-dan 30 faizə çatdırıldı - Heydər Əliyev bunu necə etdi...

Image


Ceyhun Məmmədov: "Davamlı olaraq müxtəlif addımlar atdı, müxtəlif tədbirlər həyata keçirdi və bu məqsədinə, hədəfinə nail oldu"

"...1923-cü ildə isə bizim canımıza növbəti saat bombasını saldılar və ondan sonra burada kütləvi erməniləşmə siyasəti aparılırdı. Müxtəlif yerlərdən, o cümlədən Ermənistandan sovet hökuməti erməniləri buraya şüurlu olaraq doldururdu ki, burada ermənilərin sayı, yəni o vaxtkı muxtar vilayət çərçivəsində daha çox olsun. Eyni zamanda, burada mövcud olan separatizm meyillərinə də düzgün reaksiya verilmirdi. Ancaq Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndən sonra burada bütün separatçıların yuvaları dağıdıldı və sabitlik yaradıldı. Keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"ndə azərbaycanlıların sayı 9 faizdən, təqribən 30 faizə qədər artdı". 

Bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söyləyib.

Heydər Əliyev bunu necə etdi? Buna necə nail oldu?

Millət vəkili Ceyhun Məmmədov baki-xeber.com-a şərhində bildirdi ki, H.Əliyev ermənilərin məkrli planlarından xəbərdar idi. "Ulu öndər Heydər Əliyev bilirdi ki, ermənilərin çox ciddi məkrli planları var və onlar tezliklə Qarabağa qarşı da ərazi iddiası irəli sürəcəklər. Ulu öndər uzaqgörən, təcrübəli bir siyasətçi idi, o hər şeyi öncədən görə bilirdi. O gözəl bilirdi ki, proseslər ona doğru gedir. Yəni ermənilər baş qaldıracaqlar, ona görə də bu prosesin qabağını almaq üçün çox ciddi formada çalışdı və burdakı separatizm yuvalarını tamamilə dağıtdı. Əslində, ermənilərin məqsədi illər öncə bu prosesi başlatmaq idi, amma onların arzusu ürəklərində qaldı və onlar bunu edə bilmədilər"-deyə C.Məmmədov bildirdi. 

C.Məmmədov qeyd etdi ki, növbəti mərhələdə isə ermənilər bunu etməyə çalışdılar və müəyyən mənada da məqsədlərinə nail ola bildilər.  "Söhbət bizim torpaqlarımızın işğalından, mərhələli şəkildə davamlı olaraq müəyyən addımların atılmasından gedir. Yəni onlar ciddi bir formada, ciddi bir şəkildə bu işləri görməyə və bu addımları atmağa çalışırdılar. Proseslər də onu göstərdi ki, Ulu Öndər hakimiyyətdən getdikdən sonra ermənilər baş qaldırdılar, öz məqsədlərinə nail olmaq üçün müəyyən addımlar atdılar. Ancaq onlar onu o dövrdə, o zamanda edə bilmirdilər, bunu etmək üçün onlara imkan verilmirdi. Amma qeyd etdiyimiz kimi, sonrakı dönəmdə isə ermənilər artıq bunu etməyə başladılar və təxribatları törətdilər.

Hesab edirəm ki, ulu öndərin böyüklüyü bunda idi. Ulu öndər bu prosesin qabağını aldı, bu cür təxribatlara imkan vermədi. Yəni onun uzaqgörənliyi, böyük siyasətçi olması bu cür proseslərin qabağını qəti şəkildə aldı və imkan vermədi ki, proseslər bu məcrada inkişaf etsin. O anlamda hesab edirəm ki, bu onun uğurlu və uzaqgörən bir siyasəti, uzaq görən formada atdığı bir addım, həyata keçirdiyi bir siyasət idi. Bunun nəticəsində onun qarşısı prinsipal şəkildə, qətiyyətlə alındı. Buna imkan verilmədi. Bunun qarşısı məqsədyönlü şəkildə alındı. Qeyd olunduğu kimi, əhalinin sayı 9 faizdən 30 faizə qalxdı. Azərbaycanlaşdırma siyasəti həyata keçirməklə, davamlı olaraq Qarabağa müxtəlif səfərlər etməklə bu hədəfə və məqsədə Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə nail oldu. Yəni davamlı olaraq müxtəlif addımlar atdı, müxtəlif tədbirlər həyata keçirdi və bu məqsədinə, hədəfinə nail oldu"-deyə C.Məmmədov bildirdi.

Qasım Hacıyev: "Məhz Heydər Əliyevin gördüyü məqsədyönlü və uzaqgörən işlərin nəticəsində keçmiş "DQMV"də azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artdı"

Bu fakta şərh verən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyevin bildirdiyinə görə, Kremlin Azərbaycana laqeyd münsibəti və ermənilərə yaratdığı sonsuz şərait keçən əsrin 60-cı illərində elə bir nöqtəyə gəlib çatdı ki, həm Azərbaycan hökumətinə, həm də yerli strukturlara qarşı ermənilərin fəal təsir göstərməsi başladı. O dövrə aid tədqiqat materiallarında, qəzet və jurnallarda nəşr olunan məqalələrdə ermənilərin çıxışları ilə tanış olduğunu deyən Q.Hacıyevin sözlərinə görə, eyni zamanda Qarabağda yaşadığına görə onların orda antiazərbaycan təbliğatının da şahidi olub. "Keçmiş "Dasğlıq Qarabağ Muxtar Vilayəti" ərazisində elə bir şəhər yox idi ki, orda Azərbaycan dilində bir reklam löhvəsi olsun. Küçə adları, reklamlar və sair rus və erməni dilində yazılırdı. Ora daxil olanda Ermənistanda olduğunu zənn edirdin. Yəni onlara o qədər şərait yaradılmışdı ki, Azərbaycan Respublikasının rəsmi dilindən istifadə etmirdilər. Onların özbaşınalıq etməsinə Kremlin göz yumması nəticəsində ermənilər o qədər həvəsləndilər ki, yuxarı təşkilatlara, o cümlədən də SSRİ Kommunist Partiyasına məktublar göndərməyə başladılar. Bu məktublara tonlarla kağız sərf edirdilər. Ermənilər Moskvaya yazırdılar ki, Azərbaycanın tərkibində yaşamaq mümkün deyil, Azərbaycan bizi iqtisadi cəhətdən geri salır, eyni zamanda erməni mədəniyyətinin inkişafına da imkan vermirlər. Ona görə də belə "qərar" vermişdilər ki, azərbaycanlılarla bir yerdə yaşamaq olmaz. Ayrı-ayrı gizli təşkilatlar yaratdılar, qurumlar təşkil etdilər. "Krunk", "Qarabağ komitəsi" yaradıb orada gizli şəkildə külli miqdarda vəsait toplayırdılar və öz mənfur təbliğatlarını geniş şəkildə yayırdılar. İş axırda o yerə gəlib çatdı ki, artıq bunlar hədlərini aşmağa başladılar. 1969-cu ilin iyulunda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katib seçildi.  O, azərbaycanlıların milli xüsusiyyətini, ermənilərin isə xislətini bildiyi üçün  lazımı addımlar atmağa başladı. Heydər Əliyev  Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində işləmişdi və ermənilərin bütün məkrli planlarını dərindən bilirdi, onların əsl məqsədlərinin nə olduğundan xəbərdar idi. Heydər Əliyev ermənilərin gizlin məkrli fəaliyyətlərini ifşa etdi. Çünki bilirdi ki, onlar gizli təşkilatlar yaradıb antiazərbaycan təbliğatı ilə məşğul olurlar. Bu təşkilatların ziyanlı əməllərinin üstü açılandan sonra başqa bir proses başladı. Xatırlayıram ki, Heydər Əliyev Qarabağı Azərbaycanın güncündə, qıraqda qalmış vəziyyətdən çıxardı. Yəni ora dəmir yolu çəkdirdi, stansiyalar yaratdı, orada müəyyən strukturları möhkəmləndirdi, səhiyyə şöbələrini, məktəbləri yaxşı vəziyyətə saldı ki, ermənilərin Moskvaya şikayət etməsinə bir bəhanə yeri qalmasın. Ermənilər şikayət edirdi ki, guya məktəb, tibb ocaqları yoxdur və sair. Bu bir yandan Azərbaycanın var-dövləti, sərvəti hesabına ermənilərin imkan qazanmasına səbəb olsa da, amma ora Azərbaycan torpağı, Azərbaycan Respublikasının ərazisi olduğuna görə bu, Azərbaycan və Azərbaycana bağlılıq üçün də çox vacib idi.  Buna bəzən iki məna verirdilər. Bəziləri deyirdi ki, nahaq ermənilərə şərait yaradılır, bəziləri isə "ermənilərin ağzını yummasan bunlar çox baş aparacaq" fikrində idi.  Ümumiyyətlə, bu işlərin görülməsi erməni separatizminin qarısının alınmasına xidmət etdi. Orada Pedaqoji İnstitutun Xankəndi filialı açıldı, təhsil müəssiələrinin fəaliyyəti gücləndirildi ki, Bakı ilə əlaqələr daha da artsın. Belə də oldu, əlaqələr güclənməyə başladı. Qarabağ Azərbaycanın ərazisi kimi inkişaf etdirilirdi. Amma təəssüflər olsun ki, ermənilər buna qane olmaq istəmədilər, sakitləşmək niyyətində deyildilər. Heydər Əliyev nə qədər ki Azərbaycan rəhbərliyində idi, onların səsləri çıxmırdı. Sanki qurbağa gölünə daş atmışdılar".

Q.Hacıyev bildirdi ki, H.Əliyev keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayətində" (DQMV) yaşayan ermənilərinin sayının süni şəkildə artırıldığını yaxşı bilirdi və bunun da ziyanlı nəticələrini əvvəlcədən görürdü: "Heydər Əliyev "muxtar vilayətdə" ermənilərin sayının süni şəkildə artırılmasının qarşısını almaq üçün müfaviq addımlar atdı. Dediyim kimi, orada Pedaqoji İnstitutun filalını açdı, burada Azərbaycan məktəbləri üçün müəllim kadrları yetişdirilirdi, Azərbaycandilli məktəblərin sayına xüsusi fikir verdi, yeni iş yerləri yaratdı. Eyni zamanda azərbaycanlı kadrların vəzifələrə çəkilməsi prosesini həyata keçirdi. Bir sözlə, orada ermənilərin əl-qolunu bağladı. Əslində, ermənilər o ərazilərdə məskunlaşana qədər əhali tamamilə Azərbaycan türklərindən ibarət idi. Sonradan ki, qondarma vilayət yaradıldı və ermənilər aktivləşməyə, azərbaycanlıları öz yurdlarına sıxışdırmağa başladılar, Ermənistandan, başqa yerlərdən ora erməni axını təşkil olundu. Bütün bunları da Heydər Əliyev yaxşı bilirdi. Azərbaycanlıların öz doğma şəhərlərinə qayıdıb yaşaması üçün ulu öndər şərait yaratdı, anadilli məktəblərin fəaliyyəti, Pedaqoji İnstitutun filalının açılması, iş yerlərinin mövcudluğu orada azərbaycanlı əhalinin sayının artmasına səbəb oldu. Məhz Heydər Əliyevin gördüyü məqsədyönlü və uzaqgörən işlərin nəticəsində keçmiş "DQMV"də azərbaycanlıların sayı əhəmiyyətli dərəcədə artdı və bu 9 faizdən, təqribən 30 faizə qədər təşkil etdi.     

Ulu öndər Moskvaya yüksək vəzifəyə dəvət edildikdən və orada fəaliyyətə başladıqdan sonra ermənilər burada gizli təşkilatlarını yenə də fəallaşdırlar. Hətta Kamran Bağırovun dövründə heç şikayətə də baxan yoxdu, ermənilər nəinki Qarabağda, Azərbaycanın paytaxtında belə bəzi vəzifələri ələ keçirib ölkəmizdə özbaşnalıqlar etməyə başlamışdılar. Ulu öndər Siyasi Büro üzvlüyündən gedəndən sonra ermənilər daha da ağzınlaşdılar. Bundan sonra ermənilərin iç üzləri tamamilə açıldı və aktiv təxribata keçdilər. Ondan sonra Ermənistan-Azərbaycan-Qarabağ münaqişəsi yenidən kəskinləşdi. Bu, keçən əsrin sonları idi. 1987-ci ildə İrəvanda nümayişlərə başladılar. 1988-ci ildə Qarabağda mənfur çağırışlarla nümayiş geçirməyə başladılar, tətillər, özbaşınalıqlar Azərbaycanın hər yerini laxlatdı. Ondan sonra 1991-ci ildə Azərbaycan kəndlərinə, şəhərlərinə  açıq silahlı hücumlar təşkil edildi. 1992-ci ildə artıq Ermənistan dövlət şəklində hərbi təcavüzə başladı və Azərbaycanın torpaqlarının 20 faizini işğal etdi. Bu hadisələr doğrudan da bu cür davam edib. Prezidentin dediklərində çox böyük həqiqət var, tarixi ardıcıllıqla bütün prosesləri çox gözəl şərh edib. Bizim bugünkü günümüzə gələn tarixi yol kimi çox düzgün qeyd edib və Prezidentin fikirləri çox əhəmiyyətlidir. Mən də bunları çox geniş şəkildə kitablarda əks etdirmişəm. "Heydər Əliyev və Azərbaycan Respublikasının ərazi bütövlüyü" adlı monoqrafiyada da bu məsələləri geniş təhlil etmişəm. Həm ulu öndərin hakimiyyətə gəlişi, rəhbərliyi, sonradan ikinci dəfə siyasi rəhbərliyə qayıdışı, onun nəticələri, Azərbaycan torpaqlarının işğal olunmasının, münaqişənin həll edilə bilməməsinin   səbəbləri barədə geniş yazmışam, onlar hamısı orada aydınlaşdırılıb. Cənab Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra tutduğu düzgün yol, ulu öndərin işini davam etdirməsi,  ölkənin iqtisadiyyatının gücləndirilməsi, hərbi qüdrətinin artırılması, xalq-dövlət birliyi nəticəsində bizi qələbəyə gətirib çıxardı"-deyə Q.Hacıyev bildirdi.

İradə SARIYEVA





DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ