Bazar ertəsi günü, 02 noyabr 2026
     

“1994-cü ildən bu günədək Ulu Öndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir, zənginləşir, zəfərlərə yol açır” - Vüqar Rəhimzadə

Image


Müasir müstəqil Azərbaycan dövlətinin neft strategiyasının əsası kimi dəyərləndirilən "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Şübhəsiz 30 ilin Azərbaycanın, o cümlədən ölkəmizin neft sənayesinin inkişafında hansı uğurlarla, mühüm hadisələrlə yadda qaldığını bir yazı çərçivəsində əhatə etmək mümkün deyil. Bununla belə keçilən yola  qısa nəzər salmaqla "Əsrin müqaviləsi"nin dövlətimizə və xalqımıza qazandırdığı dividentlərin aydın mənzərəsini yaratmaq mümkündür.

Məlumdur ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin qarşısında geniş üfüqlər açdı. Dahi şəxsiyyət Heydər Əliyevin şah əsərlərindən biri məhz Onun böyük uzaqgörənliklə və düşünülmüş siyasəti əsasında  dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə əsasən işlənib hazırlanan neft strategiyası və bu strategiyanın əsas tərkib hissəsi olan, Azərbaycana bugünkü reallıqları qazandıran, beynəlxalq münasibətlər sistemində əsl söz sahibinə çevirən, təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanıdan "Əsrin müqaviləsi"dir. Müqavilə 1994-cü il 20 sentyabr tarixində 7 ölkənin 11 ən məşhur neft şirkətinin iştirakı ilə imzalanan bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, müstəqilliyimizin mühüm təminatçısına çevrildi.

"Əsrin müqaviləsi" çağdaş Azərbaycanın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" tezisini irəli sürən Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsi idi. Ulu Öndər bildirirdi ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü ildə "Əsrin müqaviləsi"ndən öncə Bakıda Beynəlxalq Neft və Qaz Sərgisinin keçirilməsi Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynadı. Məhz 1994-cü ildən başlayaraq hər il ənənəvi keçirilən Xəzər Neft-Qaz Sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə kömək edir. 1994-cü il yalnız birinci Beynəlxalq Xəzər Neft-Qaz Sərgisi ili deyil, həmçinin "Əsrin müqaviləsi"nin imzalanması ili oldu. Bu saziş investisiyaların cəlb edilməsinə imkan yaratdı, iqtisadi sabitliyi və Azərbaycanın firavan gələcəyini təmin etdi. Başqa sözlə ölkəmizin  iqtisadi və siyasi inkişafı məhz "Əsrin müqaviləsi"ndən başladı.

Bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, bu saziş yeni-yeni müqavilələrə, Anlaşma memorandumlarına yol açdı. Regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası genişləndi. Ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən bu saziş illər keçdikcə Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı. "Əsrin müqaviləsi"nin 20 illiyində, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Dövlətimizin başçısı İlham Əliyev bu mühüm hadisəni neft-qaz sektorunda görülən işlərin zirvəsi kimi dəyərləndirdi. Cənab Prezident çıxışlarında daim bu reallığı diqqətə çatdırır ki, əgər 1994-cü ildə "Əsrin kontraktı" imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə "Əsrin kontraktı" yaratdı. 1994-cü ildən bu günə qədər Ulu Öndər Heydər Əliyevin neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. 1994-cü ildən bu günədək ölkənin neft-qaz sahəsində həyata keçirilən tədbirlərin xronologiyasına nəzər salsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır.

Baş redaktor onu da qeyd edib ki, "Əsrin müqaviləsi"nin uğurlu icrası 2017-ci ildə "Yeni əsrin müqaviləsi"nin imzalanmasını şərtləndirdi. Belə ki, 2017-ci ilin 14 sentyabr tarixində Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Bu sazişin imzalanması ilə "Azəri-Çıraq-Günəşli" nəhəng neft yatağının işlənilməsində yeni dövr başladı. Onun icra müddəti 2050-ci ilə qədər uzadıldı. Prezident İlham Əliyev yeni imzalanan kontraktın Azərbaycan üçün daha da əlverişli olduğunu belə əsaslandırdı ki, müqavilə imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək. SOCAR-ın "AzAÇG" şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün  kontraktın çox böyük əhəmiyyətə malik olduğu  diqqətə çatdırıldı. 2017-ci il "Yeni əsrin müqaviləsi"nin imzalanması ilə yanaşı, ölkəmiz üçün 2 milyardıncı ton neftin hasil edilməsi ilə də  əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci ildə  çıxarılmışdı. Bu reallığı da xüsusi qeyd etməliyik ki, 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyev neft sənayesinin inkişafı üçün çox mühüm addımlar atmışdır. O illərdə  neft hasilatının artırılması, yeni qurğuların işə düşməsi, dərin özüllər zavodunun məhz Azərbaycanda tikilməsi və digər önəmli hadisələr Azərbaycanın neft potensialını böyük dərəcədə möhkəmləndirdi. Həmin dövrdə  yaradılmış potensial, xüsusilə Bakı Dərin Özüllər Zavodunun fəaliyyəti bu gün bizim neft potensialımızı gücləndirir.

Vüqar Rəhimzadə neft strategiyasının uğuru icrasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rolunu xüsusi qeyd edib. Bildirib ki, SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük investisiya layihələri həyata keçirən müasir bir Şirkətdir. Hazırda Azərbaycandan dünyanın onlarla ölkəsinə neft və neft məhsulları, 10 ölkəyə təbii qaz ixrac edilir. Bu fikir beynəlxalq səviyyədə də xüsusi qeyd edilir ki, SOCAR-ı yalnız uğurlar müşayiət edir. Dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirən Şirkət qarşıya qoyulan hədəflərə nail olmaq, həmçinin gündəmə gətirilən layihələrin icrası üçün kadr hazırlığına da xüsusi diqqət yönəldir. Kompleks tədbirlər ölkənin dayanıqlı inkişafında SOCAR-ın töhfələrinin artmasında əhəmiyyətli rol oynayır. Çıxışlarında BP-SOCAR əməkdaşlığının bu gün bir çox ölkələr üçün nümunə olduğunu bildirən dövlət başçısı İlham Əliyev bildirir ki, "Əsrin kontraktı", "Şahdəniz" yatağı üzrə imzalanmış və icra edilən kontrakt, eyni zamanda, Dövlət Neft Şirkətini böyük beynəlxalq şirkətə çevirib. Dövlətimizin başçısı tərəfindən bu məqsəd qarşıya qoyulmuşdu ki, SOCAR böyük beynəlxalq neft şirkətinə çevrilməlidir. Bunun üçün SOCAR-ın fəaliyyəti genişləndirildi. Bu gün həm ölkə daxilində, həm xaricdə SOCAR-ın çox böyük fəaliyyəti var. Azərbaycan dövləti SOCAR-ın fəaliyyətini dəstəkləyir.

Baş redaktor bildirib ki, son 21 ilə yaxın dövrdə Azərbaycan yalnız enerji deyil, qeyri-neft sektorunda da qazandığı uğurlarla diqqətdədir. Bu da "Əsrin müqaviləsi"nin uğurlu nəticələrindəndir. Dövlətimizin başçısı İlham Əliyevin "Neft kapitalını insan karitalına çevirək!" tezisi artıq reallığa çevrilib. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin həyata keçirilməsi   neft gəlirlərindən səmərəli istifadəyə əsaslanır. Onu da qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev "Neft Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə məxsusdur" çağırışını etməklə yanaşı, böyük uzaqgörənliklə bugünümüzə və gələcəyimizə xidmət edən bu mühüm addımı da atmışdır. Ulu Öndər Heydər Əliyevin Fərmanı əsasında 1999-cu ildə Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılmışdır. Bu Fond neft gəlirlərindən səmərəli istifadəni təmin etməklə toplanan vəsaiti Azərbaycanın hərtərəfli inkişafına xidmət edən mühüm sosial-iqtisadi layihələrin uğurlu icrasına yönəldir. Hazırda Dövlət Neft Fondunun vəsaitlərinin həcmi 58 milyard dollardan artıqdır. Fond şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilir. Bu vəsaitlərin yönəldildiyi istiqamətlərə diqqət yetirməklə ölkəmizin inkişafı barədə aydın təsəvvürə malik olmaq olar.

Vüqar Rəhimzadə qeyd edib ki, hər dövrün öz çağırışları vardır. Tarixən neft ölkəsi kimi tanınan Azərbaycan bu gün , eyni zamanda, qaz və elektrik enerjisi ixracatçısıdır. Ölkəmiz hazırda bərpaolunan enerji potensialı ilə dünyanın diqqətindədir. Bu sahədəyə investisiya qoyuluşu günümüzün əsas çağırışları sırasındadır. Azərbaycan enerji diplomatiyasının qısa təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan nəinki ənənəvi, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Ölkəmizin noyabr ayında ev sahibliyi edəcəyi COP29 bütün bu məqamlara, Azərbaycanın beynəlxalq nüfuzuna və malik olduğu imkanlara işıq salacaq.

Baş redaktor onu da əlavə edib ki, "Əsrin müqaviləsi" Azərbaycana yalnız iqtisadi deyil, həm də siyasi dividend gətirdi. Ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi möhkəmləndi. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu bunun bariz nümunəsidir. Ən əsası ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri bu roluna mütəmadi olaraq yeni əlavələr edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumAvropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Azərbaycanın Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Azərbaycanın dünyadakı rolu artır və bunun təməlində Ulu Öndər Heydər Əliyevin dahiyanə uzaqgörənliyi ilə işləyib hazırladığı neft strategiyası dayanır.

Vüqar Rəhimzadə bildirib ki, bu gün hər bir sahədə "Əsrin müqaviləsi"nin uğurlarını görmək mümkündür. Azərbaycanda iqtisadi tərəqqi bütün inkişafın əsasıdır. Ölkəmizdə iqtisadi inkişaf, eyni zamanda, güclü sosial siyasətlə tamamlanır. Hər zaman bu reallıq önə çəkilir ki, neftlə zəngin çox ölkələr var. Amma bu resurslar onlara heç də uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi gedir. Amma Azərbaycanın neft strategiyasını dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə uyğun müəyyənləşdirməsi bu problemi yaşamamasını təmin edir. Neft gəlirlərinin ədalət prinsipi əsasında bölgüsü, eyni zamanda, düzgün istiqamətləndirilməsi əhalinin sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycan hazırda sosial dövlət kimi dünyanın diqqətindədir. Bu gün "Əsrin müqaviləsi"nin nəticələrini işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində görürük. Azərbaycan iqtisadi imkanlarına söykənərək dünya hərb tarixində ilkə imza atdı. Belə ki, müharibədən dərhal sonra bərpa işlərinə başlamaqla nəhəng iqtisadi və maliyyə imkanlarını nümayiş etdirdi. Düzgün qurulan siyasət davamlı uğurların əsasıdır. Azərbaycanın iqtisadiyyatını düzgün əsaslar üzərində qurması bütün iqtisadi çətinliklərin öhdəsindən gəlməsinə geniş imkanlar açır.

Baş redaktor "Əsrin müqaviləsi"nin imzalandığı tarixin, 20 sentyabrın Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə Neftçilər Günü kimi təsis olunduğunu önə çəkərək bu sahədə çalışanları bayram münasibətilə təbrik edib, onlara neft strategiyasının icrasında uğurlar diləyib. Bildirib ki, dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, neftçilər hər zaman Azərbaycanda böyük hörmətə layiq insanlar olub. Bu gün də belədir və neftçilərin əməyi əsl qəhrəmanlıqdır. Neftçi peşəsi həm hörmətli, eyni zamanda, riskli, təhlükəli peşədir. Neftçilərin ölkəmizin uğurlu inkişafında çox böyük rolu vardır. Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və bu, bundan sonra uzun illər belə olacaq. Söhbət ondan getmir ki, digər sektorlar inkişaf etmir, edir, ancaq nə qədər inkişaf etsə də, yaxın gələcəkdə neft-qazdan əldə edilən gəlirlərin yerini tuta bilməyəcək. Eyni zamanda, yeni layihələrin icrası bundan sonra da neft-qaz amilinin önəmli rolunu təsdiqləyəcək. Heç də təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev həyatının 9 ilinin Dövlət Neft Şirkətində keçməsi ilə fəxr etdiyini bildirir.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ