Bazar ertəsi günü, 02 noyabr 2026
     

Ermənistanın KTMT-dən çıxışı başlanır...

Image


Ermənistanın Baş naziri Nikol Paşinyanın Ümumdünya Erməni Sammitində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı dedikləri qurumla İrəvan arasında uçurumun daha da dərinləşməsinin təsdiqi oldu. Eyni zamanda belə hesab edilir ki, əslində, Paşinyan faktiki ölkəsinin KTMT-dən çıxmağa başlamasının anonsunu verib. 

Xatırladaq ki, Paşinyanın deməsinə görə, Ermənistan suverenliyinə təhdid yaratdığı üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurub. Paşinyan vurğulayıb ki, KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər yaradır. O, həmçinin bəyan edib ki, ölkəsi bu təşkilatla bağlı geri dönülməsi mümkün olmayan nöqtəyə yaxındır. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova qeyd edir ki, Ermənistanın baş nazirinin KTMT-dən  ölkəsinin suverenliyinə təhlükə olması ilə bağlı bəyanatları sağlam düşüncəyə ziddir: "Mənə elə gəlir ki, onun bəyanatları sağlam düşüncə və reallıqla ziddiyyət təşkil edir. Çünki əgər sizi, xüsusən də milli təhlükəsizliyinizi nəsə "təhdid edir"sə, Ermənistanın KTMT-də   qalmaq barədə danışmasının mənası nədir?! Təşkilatda hələ də qalırlarsa, deməli, bunda hansısa məqsədəuyğunluq görürlər. Onlar eyni zamanda KTMT-nin "Ermənistandan çəkildiyini" də bildiriblər. Bütün bunlar sağlam düşüncəyə və məntiqə ziddir". Rusiyanın digər dairələrində də Paşinyanın dedikləri süngü ilə qarşılanıb. Ermənipərəstliyi ilə ad çıxaran  Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin bildirib ki, Ermənistan hökumətinin başçısı Rusiyaya meydan oxuyur. Deputatın sözlərinə görə, Paşinyan təxminən eyni şeyi illər əvvəl heç kim onu ciddi siyasi fiqur hesab etməyəndə də deyib: "O, marjinal jurnalist idi və hətta bundan sonra da təkid edirdi ki, Ermənistan Rusiyaya diqqət yetirməyi dayandırsın, KTMT-dən çıxsın, Gümrüdəki bazanı ləğv etsin və sair. Bunu o, az adamın dinlədiyi bir müxalifətçi kimi demişdi. Onun 2018-ci ildə baş nazir olması ilə qısa müddət ərzində yalançı dostluq vədləri oldu və indi o, özünə qayıdıb". Zatulin hesab edir ki, Paşinyanın tənqidi ona eyni tonda cavab verməməyə üstünlük verən Rusiyaya "birmənalı çağırış"dır. O xatırladıb ki, KTMT Ermənistanı hələ də assosiasiyanın üzvü hesab edir və onunla əməkdaşlığı davam etdirir: "Lakin biz başımızı quma gömməməliyik, amma Paşinyan Ermənistanı görün nəyə doğru aparır? Əhəmiyyətli olan Paşinyanın bütün dünya ermənilərinə təsiridir, sanki "əsas erməni", bəzilərinin hesab etdiyi kimi, bizə meydan oxuyur, iddia edir ki, biz Ermənistana qarşı sui-qəsd edirik". Deputat bildirib ki, KTMT haqqında danışarkən, Paşinyan Rusiyanı hədəf alıb: "Çünki hamı başa düşür ki, KTMT Rusiya üçün müdafiə məkanında özünüifadə formasıdır. O, açıq şəkildə Rusiyaya qarşı çıxır, onun Ermənistanda və Qafqazda təsirinin minimal olmasını təmin etməyə çalışır. Xüsusilə hərbi əməliyyatlar apardığımız, Qərblə qarşı-qarşıya qaldığımız vaxtda. Hər asqırana reaksiya verməyimizin əleyhinəyəm. Paşinyan hökumətinin və özünün mahiyyəti barədə daxili nəticə çıxarmaq lazımdır".

Məsələ ilə bağlı rus politoloq Stanislav Pritçin qeyd edir ki, indi Ermənistan hakimiyyətinin Rusiya ilə əlaqəli təşkilatlara və siyasətçilərə qarşı yeni təzyiq mərhələsini müşahidə etmək olar. Ekspert qeyd edir ki, bu, KTMT-yə üzvlüyün dondurulmasından sonra Moskva ilə əlaqənin kəsilməsinin yeni mərhələsi oldu. Pritçinin fikrincə, Paşinyan və komandası üçün oxşar mənzərə daxili siyasətdə çox faydalı ola bilər: ölkədə Rusiya ilə əməkdaşlığa yönəlmiş siyasətçilər var. Digər rusiyalı politoloq Vadim Muxanov qeyd edir ki, İrəvan tərəfindən KTMT çərçivəsində artıq aktiv fəaliyyət yoxdur. Üstəlik, onun sözlərinə görə, ümumilikdə indiki Ermənistan rəhbərliyinin siyasətində Rusiya istiqaməti prioritet olmaqdan çıxıb. Muxanovun fikrincə, rəsmi İrəvan Rusiyanın müttəfiqləri ilə deyil, Aİ və Qərblə münasibətləri inkişaf etdirməyə çalışır. Erməni politoloq Arman Qriqoryan isə qeyd edir ki, Paşinyan KTMT ilə yollarını qəti ayırmaq niyyətindədir və bu fonda belə bir açıqlama ilə çıxış edib: "Nikol Paşinyanın KTMT-nin ölkə üçün təhlükə yaratması ilə bağlı açıqlamaları onun tələsik və düşünmədən yürütdüyü siyasətə uyğundur. Paşinyanın Ermənistanı Rusiyadan uzaqlaşdıraraq Qərbə doğru strateji istiqamətləndirməyə yönəlmiş düşünülməmiş və ehtiyatsız siyasəti mənim diqqətimi yönəltdiyim və tənqid etdiyim məsələlərdən biri olub. Mən onun açıqlamalarını son dərəcə narahatedici hesab edirəm". Digər erməni ekspert Avetis Babacanyan isə vurğulayır ki, əgər hansısa təşkilat Ermənistanın suverenliyinə və dövlətçiliyinə təhlükə yaradırsa, mövcudluğu bir yana qalsın, onu məhv etmək lazımdır: "Niyə Ermənistan hələ də təhlükəsizliyinə və dövlətçiliyinə təhdid olan bir təşkilatın üzvüdür – bu, Paşinyanın çox məxfi bir fiqur kimi sona qədər açıqlamayacağı dövlət sirridir". O bildirib ki, Paşinyan həqiqətən hara gedəcəyinə qərar verə bilmir: "Şərq, yoxsa Qərb, Rusiya, yoxsa Aİ və ABŞ? O, KTMT və Aİİ üzvü olaraq qalmalıdır, yoxsa həmin strukturları tərk etməli, orada gözlənilmədiyini bilə-bilə Aİ və NATO-ya üz tutmalıdır? Paşinyan üçün şəxsiyyətin bu ikililiyinin sadə izahı var. O, ABŞ tərəfindən hakimiyyətə gətirilib və onun gücünün xarici dəstəkçisi ABŞ və Aİ-dir, lakin hakimiyyəti saxlamaq üçün pul da lazımdır və o pul Rusiya ilə ticarətdən gəlir. O pul olmasa, ölkədə elə bir üsyan inkişaf edəcək ki, heç bir Amerika dəstəyi onu xilas edə bilməyəcək. Hətta öz komanda yoldaşları da pulsuz ona xidmət etməyəcək. Odur ki, Paşinyan bir tərəfdən KTMT əleyhinə danışır, Qərbi özünə cəlb etməyə çalışır, digər tərəfdən Aİİ üzvü olmaqda davam edir, həmin strukturun üzvləri ilə sərfəli ticarət imkanlarını qoruyur, amma eyni zamanda Aİ üzvlüyündən bəhs edir. Ermənistanın Aİ-yə üzvlüyü yuxu deyil, xəyaldır, daha dəqiq desək, kabusdur. Beləliklə, Paşinyanın siyasi konsepsiyası belədir: KTMT-ni söyür, amma Aİİ çərçivəsində pul qazanır, Aİ-yə daxil olmaq istəyindən və Avropa dəyərlərinə sədaqətindən danışır, bunun müqabilində Qərbin onun diktator addımlarına laqeydliyini gözləyir. Ermənistan üçün nəticələr faciəli olsa da, Paşinyanın öz gücünü saxlamaqda uğuru göz qabağındadır".

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ