Bazar ertəsi günü, 02 noyabr 2026
     

Ermənistan Zəngəzur dəhlizini Azərbaycanın dediyi kimi açır?

Image


"Ermənistan, bildiyiniz kimi, 10 noyabr üçtərəfli bəyanatının bir müddəasını yerinə yetirmir və faktiki olaraq, öz öhdəliyinə laqeyd yanaşır... Onu da bildirməliyəm ki, "Zəngəzur dəhlizi" sözü onları çox qıcıqlandırır və mən deyəndə ki, axı dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır, - Şimal-Cənub dəhlizi var, Azərbaycan ərazisindən keçir. 

Bu o demək deyil ki, bizim suverenliyimiz burada şübhə altına düşür. Şərq-Qərb dəhlizi var, - amma nədənsə, Ermənistanda bu dəhliz sözünə münasibət bir az fərqlidir. Ona görə bu erməni yol kəsişməsi, ya yolayırıcı, ondan sonra bunu "sülh yol kəsişməsi" adlandırmışlar. Amma faktiki olaraq bu, piar aksiyadan başqa bir şey deyil. Onlar, ilk növbədə, Zəngilanla Ordubad arasındakı ərazidə bizə maneəsiz keçid verməlidirlər. Bu, onların öhdəliyidir. Mən artıq demişəm, bir daha demək istəyirəm, Azərbaycandan Azərbaycana gedən yüklər, vətəndaşlar və avtonəqliyyat vasitələri heç bir yoxlamadan keçmədən, gömrük inzibatçılığına cəlb edilmədən sərbəst keçməlidirlər". 

Bu fikirlər hələ cari ilin əvvəlində prezident İlham Əliyev tərəfindən yerli televiziya kanallarına müsahibədə səsləndilirilib.

Erməni mediasının yazdıqlarından belə bəlli olur ki, İrəvan Bakının yanaşması ilə razılaşmaq niyyətindədir. Hər halda, "Qraparak" qəzeti bu xüsusda maraqlı iddia ilə çıxış edib: "Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycana Zəngəzur dəhlizi vədini verdiyini etiraf edib. Paşinyan illərdir ictimaiyyəti əmin etməyə çalışsa da ki, Sünik dəhlizindən (Zəngəzur) söhbət gedə bilməz, belə bir razılaşma yoxdur, onun bu məsələdə prinsipial mövqeyi var, bu onun qırmızı xəttidir, sentyabrın 18-də keçirilən Dünya Erməniləri Sammitində əksini söylədi. Paşinyan sözün əsl mənasında dedi ki, Ermənistan Bakıya dəhliz vermək istəyir. "Dəhliz" ifadəsini işlətmədi, "keçid" sözünü dilinə gətirdi, amma bu, mahiyyəti dəyişmir. Sitat: "Bizim sosial şəbəkələrdə, siyasi dairələrdə də belə müzakirələr gedir, deyirlər ki, o yol açılsa, növbəti xəyanət olar. Anlamıram, deməliyik ki, Azərbaycanın qərb və ya əsas hissəsi ilə Naxçıvan arasında öz ərazimizdən keçməyə icazə vermirik? Bu hansı məntiqdir? Bunu niyə deməliyik? Əksinə, biz hazır olduğumuzu deməli olduğumuza inanırıq və dediklərimizdə heç bir riyakarlıq yoxdur". Paşinyan söylədi ki, müəyyən prosedurlar sadələşdirilə bilər. Bu isə o deməkdir ki, insanlar və yüklər Azərbaycandan (əsas hissəsindən) Naxçıvana və əks istiqamətdə gömrük yoxlaması olmadan keçməlidir. Bu da Azərbaycanın tələbi və dəhliz məntiqidir". Ermənistanın "Henaket" analitik mərkəzinin rəhbəri, erməni hərbi ekspert Vitali Manqasaryan da qeyd edir ki, Azərbaycan istəyinə nail olacaq. Onun sözlərinə görə, əgər aylar əvvəl Tavus istiqaməti də Azərbaycan üçün vacib və əsas idisə, indi Ermənistan tərəfi Azərbaycanın bu istiqamətdə tələbini həyata keçirəndə, strateji əhəmiyyətli hissələri təhvil verəndə və faktiki olaraq həmin hissədə bütün təhlükəsizlik arxitekturasını məhv edəndə, Naxçıvan istiqaməti Azərbaycan üçün yeganə prioritet halına gəlib: "Təbii ki, rəqib, xüsusilə Ermənistandan müxtəlif vaxtlarda rəsmi İrəvanın coğrafi baxımdan həmin ərazilərdə yerləşən Kərki yaşayış məntəqəsini azərbaycanlılara verməyə hazır olduğu barədə açıqlamalar gələndə, müəyyən uğurlar əldə etməyə çalışacaq".

Bunar fonunda hesab edilir ki, Zəngəzur dəhlizinin Azərbaycanın istədiyi şərtlər əsasında açılma ehtimalı artır. Hazırda prosesdə yeganə əngəl yaradan tərəf İrandır. Bu xüsusda sabiq xarici işlər naziri Tofiq Zülfüqarov  qeyd edir: "Dəhlizin açılması təkcə Rusiya yox, həm də Azərbaycan, Türkiyə və ABŞ-ın marağına uyğundur. İlkin mərhələdə bununla bağlı müsbət bəyanatları Avropa Birliyi vermişdi. Onların bu məsələdə Ermənistana maliyyə baxımından kömək edəcəyinə dair fikir də var idi. Görürük ki, dəhliz məsələsinin qarşısında duran və onu qəbul eləməyən təkcə İrandır". Politoloq "axar.az"a bildirib ki, Tehranın mövqeyinin konkret olaraq nədən ibarət olduğunu anlamaq çətindir: "Bəzən deyirlər ki, dəhliz hansısa kənar qüvvələrin nəzarətində olmamalıdır. Faktiki olaraq isə 1992-ci ildən bu bölgə rus sərhədçilərin nəzarəti altındadır və buna qarşı İranın heç bir etirazı ilə qarşılaşmamışıq. Digər sərgilənən mövqe isə, guya ki, Tehranın "Turan-NATO dəhlizi"nə qarşı olmasıdır". T.Zülfüqarov Zəngəzur dəhlizi ilə bağlı hazırda Rusiyanın ciddi fəallıq göstərməsinə diqqət çəkib: "Kreml bu dəhlizə Rusiya FTX-nin Sərhəd Xidmətinin nəzarət etməsini istəyir. Müxəlif mövqelər olduğu üçün bununla bağlı təmaslar davam edir". O, Rusiyanın kommunikasiya məsələsində İranın mövqeyini dəstəklədiyi ilə bağlı xəbərlərə də münasibət bildirib:"Maraqlıdır: Rusiya İranın hansı mövqeyini, hansı həddə, hansı hissəsini dəstəkləyir? Bu haqda məlumat yoxdur. Ona görə də gözləyək və baxaq görək, bunun nəticəsi necə olacaq! Danışıqlar gec, ya tez digər ölkələrin mövqelərinə uyğunlaşacaq. Çünki İranın etirazı üçün heç bir əsas yoxdur". Politoloq qeyd edib ki, İranda dəhliz mövzusunun daha çox daxili siyasi məsələ ilə əlaqədar olduğunu düşünür:"Dəhliz məsələsindən bir bəhanə kimi istifadə olunur. Hazırda İrana rəhbərlik edən müxtəlif qüvvələr təzə administrasiyanın formalaşmasında bir-biri ilə rəqabət aparır. Bu məsələdə SEPAH-ın da mövqeyi tez-tez qabardılır. Amma bilirsiniz ki, SEPAH Tehranda Haniyənin öldürülməsindən sonra tənqid atəşinə tutulur. Gündəmi dəyişdirmək üçün də Zəngəzur dəhlizi məsələsi aktuallaşdırılıb. Bu baxımdan, ümumi prosesi müsbət dəyərləndirirəm. Praktiki şəkildə dəhlizin açılması artıq daha realdır". Rusiya TŞ katibi Şoyqunun avqust və sentyabr aylarında İrana iki dəfə səfər etməsinə, eyni zamanda İran TŞ katibi Əhmədianın Sankt-Peterburqa getməsinə toxunan ekspertin fikrincə, bu danışıq və təmasların gündəmi olduqca genişdir: "Rusiya İrandan hansısa silahların alınmasında maraqlıdır. Digər tərəfdən, guya Rusiyanın da öz növbəsində İrana çatışmayan hansısa texnologiyanı verməyi vəd etdiyinə dair məlumatlar var. Burada bəzi raket texnologiyalarından söhbət gedir. Çünki İran bəzi texnologiyalardan məhrumdur və bu mövzuya çox böyük önəm verir. Nəticə olaraq Rusiyanın vəziyyətindən istifadə edib, bu texnologiyaları əldə etməkdə maraqlıdır. Ola bilər ki, Zəngəzur mövzusu bu məsələdə İran tərəfindən alver kimi istifadə olunur. Ümumilikdə İranın bu vəziyyətə, proseslərə təsir imkanları çox məhduddur. Diplomatik alverdə İran bu məsələyə digər bir mövqe sərgiləməyə razı olacaq".

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ