Bazar ertəsi günü, 02 noyabr 2026
     

Suverenlik günü dövlət və ictimai mənafeləri tam əks etdirən fəxri rəmzdir

Image


Dövlət və ictimai maraqların uzalaşdığı, bir-birini tamamladığı hadisələrdən biri  Dövlət Suverenliyi Gününün təsis edilməsidir ki, bu Azərbaycanın əzəmətli Zəfərinin təntənəsidir. 23 saatlıq antiterror əməliyyatları nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, terrorçuların fəaliyyətinə birdəfəlik son qoyuldu və Azərbaycanın üçrəngli bayrağı Xocalıda, Xankəndidə, Ağdərədə də dalğalandı, dövlətimizin ərazi bütövlüyü bərpa olundu, ərazilərimizdə sverenliyimiz bərqərar edildi.

Şəhidlərimizin canı, qazilərimizin qanı hesabına, Müzəffər Ordumuzun rəşadəti ilə əldə etdiyimiz qələbə Azərbaycan xalqının, Azərbaycan ictimaiyyətinin alqışla qarşıladığı tarixi hadisə oldu.   Biz xalq və dövlət olaraq Dövlət Suverenliyi Gününü haqq etdik və qələbə bəxş edən bu günü əziz bayramlarımızdan biri olaraq qeyd edirik. 

20 sentyabr müasir tariximizə Dövlət Suverenliyi Günü olaraq daxil edilib. 

"Biz buradayıq, Azərbaycan gerbi və Azərbaycan bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də əbədi bu qələbə bizimlə olacaq, əbədi bu qələbə bizim tariximizdə olacaq. Bizdən sonra gələn nəsillər əbədi bu qələbə ilə haqlı olaraq fəxr edəcəklər". Bu fikirlər Prezident İlham Əliyevin 20 sentyabr Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı paylaşımında yer alıb. 

Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır... 

Sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. 

Sərəncamda bildirilir: "2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir". 

"Dövlət Suverenliyi Gününün təsis olunmasının böyük əhəmiyyəti var" 

Müasir İnkişaf Birliyinin rəsbəri, siyasi şərhçi Mübariz Göyüşlü "Bakı-Xəbər"ə bildirdi ki, Dövlət Suverenliyi Günün təsis edilməsi dövlət və ictimai maraqların təmin olunmasına tam olaraq uyğundur: "Hesab edirəm ki, hər baxımdan bu Sərəncamın çox böyük əgəmiyyəti var. Çünki Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin olunması məsələsi bizlər üçün həyati önəm daşıyan tarixi bir hadisədir.  Qarabağ torpaqlarının 30 ilə yaxın işğal altında olması xalqımıza, dövlətimizə çox ciddi çətinliklər, mənəvi narahatlıqlar yaşadırdı. Bizim xalq olaraq, ictimaiyyət, dövlət olaraq bütün resurslarımız bu problemin həllinə yönəlirdi, istiqamətləndirdi. Bu baxımından, bu münaqişənin mövcudluğu  xalq və dövlət olaraq inkişafımıza çox ciddi maneə törədirdi. Başqa bir tərəfindən, ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyəti, yarıtmaz təşkilatçılığı ilə aparılan danışıqlarda da müşahidə edirdik ki, erməni tərəfi Xankəndi və onun ətraf əraziləri ilə bağlı məsələlərin müzakirə olunmamasına, bunun gündəmdən çıxarılmasına çalışırdı. Yəni deyək ki, digər rayonların azad olunması müzakirə predmeti olurdusa Xankəndi mövzusunu ermənilər gündəlikdən çıxarmağa cəhdlər edirdilər. 1923-cü ildə qondarma "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin yaradılması baş verəndən, orada separatizm ocağı formalaşandan 2023-cü ilin sentyabrında baş verən lokal xarakterli antiterror tədbirlərinə qədər yüz illik bir "xərcəng şişi"Azərbaycan Respublikasının daxilində metastaz verən bir yaraya çevrilmişdi. Biz bu qanqren verən məsələni kəsib atmalı, onu kökündən həll etməli idik. Antiterror tədbirləri ilə biz bu problemi kökündən həll etdik və istəyimizə nail olduq. Antiterror tədbirləri ilə Xankəndini, Xocalını, Ağdərəni, digər işğalda olan ərazilərimizi tamamilə azad etdik. Bununla da bizim uzun illər arzusunda olduğumuz, uğrunda mübarizə apardığımız ərazilərimiz üzərində suverenliyimizin tam bərpa olunması, ərazi bütövlüyümüzün təmin edilməsi nəinki mümkün oldu, hətta biz tarixi ədalətsizliyə son qoyduq, böyük bir problemi həll etdik. Bu mənada Dövlət Suverenliyi Günün təsis olunmasının böyük əhəmiyyəti var. Bu bizə bütövlüyümüzü, gücümüzü özümüzə xatırladır,   əzəmətimizi dünyaya göstərir"-deyə bildirən M.Göyüşlü qeyd etdi ki, bu bizim birliyimizi, dövlət və xalq birliyinin, dövlət və ictimai maraqların bağlılğını, monolitliyini bir daha təsdiqləyir. 

"Bu həqiqətən də bizim birliyimizin və gücümüzün simvolu olacaq" 

"Biz xalq olaraq göstərdik ki, bizim birliyimizi heç nə sarsıda bilməz. Dövlət Suverenliyi Günü bir daha sübut edir ki, biz xalq, dövlət və ordu birliyi nəticəsində çox şeyə nail olmuşuq, gələcəkdə də çox məsələlərə nail olacağıq. Bu, Azərbaycan dövlətində bu cür separatizm ocaqlarının yaradılmasının mümkün olmadığını düşmənlərimizə göstərir, bu niyyətə düşənlərin məkrli məqsədlərini bloklayır. Bu ermənilərə xatıraladaq ki, Azərbaycan Respublikasının daxilində heş bir separatizm ocağı yaradıla bilməz, Azərbaycanla diqtə dilində danışmaq olmaz və sair. 

Bu baxımdan, hesab edirəm ki, Dövlət Suverenliyi Günün təsis olması həm dövlət, həm də ictimai əhəmiyyətli bir tarixi hadisəsdir. Bu tarix də xalqımız və dövlətimiz üçün əhəmiyyətli günlərdən biri kimi hər zaman qeyd ediləcək. Bunun çox böyük simvolik mənası var. Bu həm də bizim ərazi bütövlüyümüz uğrunda şəhid olan insanlarımız, əsgərlərimizi, hərbiçilərimizi, bu uğurda qan tökən qazilərimizi bizə xatırladacaq. Bu bütpvlükdə ictimaiyyətə, xalqa onu təlqin edəcək ki, dövlətin suverenliyini qorumaq lazımdır, onu heç bir halda təslim etmək olmaz, bu məsələdə heç bir zaman güzəştə gedilməz. Bu həm də xalqının bu məsələdə qətiyyətini bir daha dünyaya nümayiş etdirmiş olacaq. Bu həqiqətən də bizim birliyimizin və gücümüzün simvolu olacaq"-deyə M.Göyüşlü vurğuldadı.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ