Bazar ertəsi günü, 02 noyabr 2026
     

İran prezidenti 1979-dan sonra ilk dəfə bunu etdi - şiələrin başının üstündən...

Image


Sədrəddin Soltan: "Bu, sünni təriqətinə şərait yaradılması deyil, bu, kürd etnik qrupunun İran hakimiyyətinə qarşı mübarizəsini önləmək üçün atılmış addımdır"

İranın yeni Prezidenti Məsud Pezeşkian sentyabrın 18-də sünni müsəlman azlığın nümayəndəsini Kürdüstan vilayətinin qubernatoru vəzifəsinə təyin edib.

Bu barədə  IRNA agentliyi məlumat yayıb. Agentlik xəbər verir ki,  Araş Zərehtan ölkənin qərb vilayətinin başçısı təyin edilib. Bu barədə agentliyə İran hökumətinin sözçüsü Fatimə Muhacerani məlumat verib.

Araş Zərehtan 1979-cu il İslam inqilabının ilk günlərindən bəri şiələrin çoxluq təşkil etdiyi ölkədə regional qubernator təyin edilən ilk sünnidir. Qırx səkkiz yaşlı siyasətçi 2020-ci ildən Pave şəhərinin deputatıdır. Sünnilər rəsmi dövlət dini şiəlik olan İran əhalisinin təxminən 10 faizini təşkil edir. Onlar inqilabdan sonra çox nadir hallarda əsas hakimiyyət vəzifələrinə təyin olunublar.

Pezeşkian seçki kampaniyası zamanı etnik və dini azlıqların, xüsusilə də sünni kürdlərin mühüm vəzifələrdə təmsil olunmamasını tənqid edib. O, avqust ayında sünni azlığın başqa bir üzvünü – Əbdülkərim Hüseynzadəni vitse-prezident vəzifəsinə təyin edib.

1979-cu ildən bəri ilk dəfə şiələrin çox olduğu yerə sünni qubernator təyin edilib. Nə baş verir? Bu, İranda məzhəblərarası savaşı dayandırmaq məqsədi daşıyır? Məsələnin mahiyyətində nə dayanır?

"Hesab edirəm ki, bəhs etdiyim əyalətdə baş verən hadisələr Tehran hakimiyyətini..." 

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Bakı-Xəbər"ə şərhində bildirdi ki, İran konstitutsiyasına əsasən, başlıca üstünlük şiələrin Cəfəri məzhəbinin nümayəndələrinə verilir. "İran özünü din, məzhəb azadlığının təmin olunduğu ölkələrdən saysa da, bu ölkədə fərqli dinlərin, zərdüştlərin, bəhailərin hüquqları daim tapdanıb, eləcə də sünni təriqətinin ayrı-ayrı məzhəblərinin nümayəndələrinin. Məsələn, ölkənin Pakistan və Əfqanıstanla həmsərhəddə yaşayan sünni bəlucların hüquqları tapdanıb və bu gün də tapdanmaqdadır. İranda sünnilərə aid olan etnik qruplardan birini də kürdlər təşkil edir. Kürdlərin də arasında şiələr az deyil, eləcə də ərəblərin bir hissəsi də sünnidir və sair. İddia olunurdu ki, guya kürdlərə, kürd etnik qrupunun sünii təriqətinin nümayəndələrinə İranda vəzifə verilmir. Bu o qədər də inandırıcı deyil. Məsələn, etnik qrupun sünni nümayəndələri İran parlamentində təmsil olunurlar. Amma onu bəluclar haqqında söyləmək mümkün deyil. Yəni bu, sünni təriqətinə şərait yaradılması deyil, bu, kürd etnik qrupunun İran hakimiyyətinə qarşı mübarizəsini önləmək üçün atılmış addımdır. Burada məqsəd, təriqət məsələsindən daha çox, kürdlərin hakimiyyətdə iştirakının təmin olunmasıdır. 

Pezeşkian elan etmişdi ki, onun hökuməti koalision deyil, milli birlik hökumətidir. Yəni İran əhalisinin bütün etnik qruplarından ibarət nümayəndələrin təmsil olunduğu hökumətdir. Bu baxımdan, həmin Kürdüstan əyalətindən təyin olunan qubernator daha çox etnik mənsubiyyətinə görə o vəzifəyə layiq görülüb. Kürdlər İran hakimiyyəti ilə həmişə bərabər işləyiblər, yaxın olublar. Bunun da əsas səbəblərindən biri İran hakimiyyətinə qarşı kürd müxalifətini neytrallaşdırmaq istəyi olub. Bununla belə, təriqət mənsubiyyətindən, sünni və şiəliyindən asılı olmayaraq, Kürdüstanda və Qərbi Azərbaycandakı kürd etnik qrupunun təmsilçiləri Güney Azərbaycan torpaqlarına iddialı çıxışlar edirlər. Kürdüstan əyalətində türklər də yaşayır və bununla belə, həmin kürd ziyalıları, hətta vəzifəli şəxsləri də zaman-zaman Qərbi Azərbaycan torpaqlarına iddialı çıxışlar ediblər. Hətta "Urmiya kürd şəhəridir" deyə təbliğat da aparırlar. Məsələn, Türkiyədə tanınmış və Azərbaycanda bir çoxlarının yanlışcasına sevdiyi Məhsun Qırmızıgülün "Urmiya kürd şəhəridir" adlı mahnısı var və onu o, həmişə oxuyur. Azərbaycan Respublikasında və Güney Azərbaycanda Məhsun Qırmızıgülün Güney Azərbaycana qarşı bu haqsız davranışını, təəssüf ki, nəzərə almırlar. Bəlkə də bir çoxunun bundan heç xəbəri yoxdur. Məhsun Qırmızıgülün Azərbaycan Respublikasında təbliğ olunması Güney Azərbaycan türklərinə, onların mübarizələrinə qarşı sayğısızlıqdır". 

S.Soltan Kürdüstan əyalətinə kürd etnik qrup nümayəndəsinin təyin olunmasının perspektivdə Güney Azərbaycan türkləri üçün ziyanın da ola biləcəyini qeyd edir. S.Soltanın sözlərinə görə, çünki bir zamanlar keçmiş Dağlıq Qarabağ ərazisinəki bəzi rayonlara erməni  etnik qrupunun nümayəndələrini vəzifəyə gətirdilər, Azərbaycanın iri şəhərlərində ermənilərə, erməni xanımlara müxtəlif vəzifələr verdilər və bu da nəticədə 1988-ci,1989-cu illərdə başlayan proseslərdə Azərbaycana qarşı hadisələrə çevrildi. "Ona görə də bu şəkildə kürdlərə üstünlük verilməsi perspektivdə həmin ərazilərdə, məsələn, Kürdüstandakı Güney Azərbaycan türkləri üçün   problem yarada bilər. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Məsud Pezeşkian əski adı Soyuqbulaq olan Məhabad şəhərindəndir. Onun da kürd etnik qrupu ilə qarışığı var. Ehtimal etmək olar ki, bu qarışıq hissəsində də o etnik amil nəzərə alınıb. Digər hallarda İran hakimiyyəti və İran hakimiyyətinə müxalif olan qüvvələr Güney Azərbaycan türklərinin milli hərəkatını ənənəvi olaraq nəzərə almayıblar. Amma bəhs etdiyim etnik qrupu daim nəzərə alıblar, daim onunla hesablaşıblar. Hesab edirəm ki, bəhs etdiyim əyalətdə baş verən hadisələr Tehran hakimiyyətini həmin əyalətə bu etnik qrupun nümayəndəsini təyin etməsinə səbəb olub"-deyə S.Soltan qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ