Bazar ertəsi günü, 02 noyabr 2026
     

Peycerlər, noutbuklar, mobil telefonlar "dəhşətli müharibə silahına" çevrilir...

Image


Sayı və coğrafiyası dünya boyu artan münaqişələrdə istifadə edilən silahların miqyası da çoxalır və daha təhlükəli xarakter alır. Livanın silahlı qruplaşması olan "Hizbullah"la bağlı baş verənlər bunu br daha təsdiq edir. 

Qruplaşmanın 3000-ə yaxın üzvü ölkə boyunca partlayışlar nəticəsində yaralanıb. Onların istifadə etdiyi peycerlər eyni anda partlamağa başlayıb. "Hizbullah" bu hadisəni olduqca müəmmalı adlandırıb. Yaralananlar arasında İranın Livandakı səfiri Müctəba Əmani də var.

Bununla yanaşı, Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Bundan əvvəl Livanın müxtəlif bölgələrində partlayış səsləri eşidilib. "Al Hadath" telekanalının məlumatına görə, bu dəfə mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri, noutbuklar və litium-ion batareyaları ilə işləyən cihazlar partlayışlara səbəb olub. Bu hücumun necə reallaşdırıldığı hələlik bəlli deyil, amma "Hizbullah" partlayışlara görə İsraili günahlandırıb. Qonşu Suriyada da azı 14 nəfərin peycer partalamasına görə yaralandığı açıqlanıb. Suriya İnsan Haqları üzrə monitorinq qrupu bildirib ki, yaralı şəxslərin hansı ölkənin vətəndaşı olduğu açıqlanmır. Livan təhlükəsizlik mənbələri BBC-yə bildiriblər ki, Hizbullah qrupu üzvlərinin bir-biriylə ünsiyyət üçün istifadə etdiyi peycerlər İsrail kəşfiyyat xidmətləri tərəfindən sındırılıb. Hadisə şahidlərinin ifadələrinə görə, insanların cibindən duman çıxdıqdan bir qədər sonra fişəng və silah səsinə bənzər partlayış səsləri eşidilib. Müşahidə kameralarının qeydə aldığı görüntülərdən birində bir mağazanın qarşısında dayanmış bir nəfərin cibində partlayış baş verdiyi görünür. Reuters xəbər agentliyi partlayışların təxminən bir saat müddətində davam etdiyini bildirib. Qısa müddət ərzində Livanda xəstəxanalara axın başlayıb və şahidlərin sözlərinə görə, qələbəlik olub. Döyüş sursatları üzrə mütəxəssis BBC-yə bildirib ki, peycerlər çox güman ki, 20 qrama qədər hərbi təyinatlı yüksək partlayıcı ilə dolu olub."Hizbullah"ın güclü təhlükəsizlik tədbirləri görən bir qruplaşma olduğunu deyən bir çox təhlilçi çərşənbə axşamı günü baş vermiş hücumun miqyasına təəccübləniblər. Partlayışların peycerlərin batareyalarının həddindən artıq qızması nəticəsində baş verməsi ehtimalı irəli sürülüb. Belə hadisə daha əvvəl heç vaxt baş verməyib. Lakin bir çox mütəxəssisi partlayışın görüntülərinin batareyaların hədsiz qızması ilə uyğun gəlmədiyini bildirir və məhz buna görə də bu ehtimalın üzərində dayanmırlar. Bu mütəxəssislərin fikrincə, hadisə peycerlərin istehsal və ya təchizat vaxtı müdaxiləyə məruz qalmış olması da daxil olmaqla, bir növ tədarük zənciri hücumu da hesab edilə bilər. Tədarük zənciri hücumları kibertəhlükəsizlik dünyasında getdikcə artan narahatlıq mənbəyidir. Son vaxtlar hücum edənlərin, məhsul hələ hazırlanarkən, ona çatımlılığını göstərən bir çox vacib hadisə baş verib. Lakin bu hücumlar, ümumilikdə proqram təminatı ilə məhdudlaşıb. Tədarük zəncirində əşyalara müdaxilə ilə hücumlar birbaşa müdaxilə tələb etdiyi üçün nadir hallarda müşahidə olunur. Adının açıqlanmasını istəməyən ingilis ordusunun bir keçmiş silah-sursat üzrə mütəxəssisi BBC-yə cihazların hər birinə 10-20 qram arasında hərbi təyinatlı yüksək partlayıcı maddə yerləşdirilmə ehtimalının olduğunu deyib. Mütəxəssis partlayışın da şifrəli mesajla aktivləşdirilmiş olma ehtimalını vurğulayıb.

Partlayışlara görə, hələ ki, heç kim məsuliyyəti üzərinə götürməyib. Ancaq Livan baş naziri Necip Mikati və "Hizbullah" İsraili günahlandırıb. Mikati partlayışların Livanın suverenliyinə ciddi müdaxilə və bütün hallarda bir cinayət kimi qiymətləndirib."Hizbullah" hücuma görə İsraili günahlandırıb və deyib: "Bu xain və cinayətkar düşmən ...bu günahkar təcavüzünə görə mütləq öz ədalətli cəzasını alacaq". Ötən ilin oktyabr ayından Qəzza müharibəsi ilə paralel olaraq "Hizbullah"la atışan İsrail ordusu bu iddialara, hələ ki, şərh verməyib. Lancaster Üniversitetinin beynəlxalq münasibətlər fakültəsinin rəhbəri professor Simon Mabon verdiyi açıqlamada  bu fonda qeyd edib: "İsrailin hədəfini təqib etmək üçün texnologiyadan istifadə məsələsində bir nümunə olduğunu bilirik. Hücumun miqyası görünməmiş həddədir". Britaniyada yerləşən "Chatham House"dan Lina Khatib hücumun İsrailin "Hizbullah"ın kommunikasiya şəbəkəsinə dərindən sızdığını göstərdiyini deyib. "Hizbullah" üzvləri ünsiyyət qurmaq üçün ciddi bir şəkildə peycerlərə aludədirlər. Peycer olaraq bilinən bu ünsiyyət cihazları səsli mesaj və ya sms qəbul etmək kimi xüsusiyyətlərə malikdir. İsrail HƏMAS-ın bomba üzrə mütəxəssisi Yahya Ayyaşı mobil telefonla öldürdükdən sonra mobil telefonlar "Hizbullah" üzvləri tərəfindən etibarlı hesab olunmadığı üçün istifadə olunmur. Ancaq bir "Hizbullah" üzvü peycerin daha əvvəl qruplaşmanın istifadə etmədiyi, yeni bir marka olduğunu deyib. Keçmiş ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi təhlilçisi Emily Harding təhlükəsizliyə etinasızlığın "Hizbullah" üçün ayıb olduğunu vurğulayıb: "Belə bir etinasızlığın təsiri, sadəcə fiziki olmayacaq. Bu, eyni zamanda bütün təhlükəsizlik qurğularını sorğulamağa səbəb olacaq. Diqqətlərini İsraillə mümkün mübarizədən uzaqlaşdıracaq, gərgin bir daxili araşdırma aparacaqlarını gözləyirəm". 

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ