Bazar ertəsi günü, 02 noyabr 2026
     

Sentyabrda antiterror keçirilməsəydi, separatizmin kökünü 10 ilə də kəsmək olmazdı - faktlara baxın...

Image


İbrahim Rüstəmli: "Antiterror əməliyyatı keçirilməsəydi Azərbaycan çox ciddi problemlərlə üzləşəcəkdi"

Azərbaycan ordusu bir il əvvəl həyata keçirdiyi lokal antiterror tədbirləri ilə Qarabağda separatçıların kökünü kəsdi, separatçıların qanlı yuvasını dağıtdı, terrorçuları zərəsizləşdirdi. 

2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən antiterror əməliyyatlarının məntiqi nəticəsi ərazilərimizdə suverenliyimizin bərpası oldu. Azərbaycan bununla həm hərbi, həm də siyasi, diplomatik cəhətdən növbəti qələbəyə imza atdı. 

Müdafiə Nazirliyi bir il bundan əvvəl antiterror əməliyyatının keçirilməsinə zərurət yaradan səbəblərin daha bir neçəsi açıqlayıb. 

Bildirilib ki, Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına məxsus Yer-Hava raket sistemləri üçün 12 HHM vasitəsi, 30-dək radioelektron mübarizə vasitəsi və 6 radiolokasiya sistemi aşkar edilmişdi.

Bundan başqa, 17 silah-sursat və yanacaq anbarı, 70-dən artıq polimer tipli yeraltı sığınacaq, 45 daimi dislokasiya və komanda məntəqəsi, 11111 təlim və tədris mərkəzi aşkar edilmişdi.

Qeyd edək ki, dünən açıqlanan səbəblərə əsasən, Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələrinin qalıqlarına məxsus 500-dən artıq döyüş mövqeyinin hazırlandığı müəyyən edilmişdi.

Müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyin hazırlandığı aşkarlanmışdı.

Təmas xəttinin 2 km genişliyində 100 km-ə yaxın ərazilərdə minalar basdırılmışdı.

480 km-dək təmas xətti boyu bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək məqsədilə 200-dən artıq müşahidə kamerası quraşdırılmışdı.

Bu məlumatdan açıq görsənir ki, 2019-cu ilin sentyabrına qədər ermənilər Xankəndi ətrafında, onların nəzarətində qalan yerlərdə nələr yaradıblarmış. Yüzlərlə atəş nöqtəsi, yüzlərlə təlim məntəqələri, yüzlərlə döyüş sahələri, atəş sahələri, silah-sursat anbarları yaradıbmışlar, eyni zamanda  minlərlə əlavə minalar basdırıbmışlar, yeraltı sığınacaqlar qurubmuşlar, radiolokasiya sistemləri yaradıbmışlar, radiodivdrsiya sistemləri, raket hücum sistemləri yerləşdiriblərmiş. 

Əlbəttə, əgər antiterror tədbirləri ilə bunlar məhv edilməsəydi və ermənilər bu prosesi axıra qədər çatdıra bilsəydi Azərbaycan dövlətinin işini nə qədər çətinə sala bilərdilər. Sentyabrda antiterror əməliyyatı keçirilməsəydi, separatizmin kökünü 10 ilə də kəsmək mümkün olmazdı. 

"Azərbaycanın antiterror əməliyyatı keçirməsi zamanında və yerində görülmüş tədbirlərin biri və bəlkə də birincisi idi" 

Hərbi ekspert İbrahim Rüstəmli "Bakı-Xəbər"ə bildirdi ki, bu olduqca ciddi bir məsələdir. "Azərbaycanın antiterror əməliyyatı keçirməsi zamanında və yerində görülmüş tədbirlərin biri və bəlkə də birincisi idi. Bilirsiz ki, Ermənistanla Azərbaycan arasındakı sərhəd zolağında Avropa İtifaqının orada 50-yə yaxın hərbi müşahidəçisi, əslində isə Avropanın casusu dolaşır. Bunların hamısı xüsusi xidmət orqanının əməkdaşları idilər. Eyni zamanda antiterror əməliyyatının gerçəkləşməsinə səbəb olan çox ciddi həyəcan siqnalları mövcud idi. Bizə çox ciddi problemlər yarada biləcək məsələlər barədə məlumatlar alırdıq. Bura, xüsusilə Fransanın təxminən 500 nəfərdən ibarət sülhməramlı qüvvələrinin yerləşdirilməsi ilə bağlı məsələlər daxil idi. Fransa əslində bizim ərazilərimizə burnunu soxmaq istəyirdi. Əlbəttə, belə olduqda biz çox ciddi problemlər yaşayacaqdıq. Orda hazırlanan quldur dəstələrinin, fəaliyyət göstərən separatçıların, terrorçuların, revanşistlərin, eyni zamanda qurulan istehkam qurğuları, yaradılan silah anbarları, o anbarların silahla təminatı və sair faktlar vardı. Bunların da arxasında Avropanın və Qərbin bir sıra dövlətləri, o cümlədən də bu gün Ermənistanda müəyyən hərbi təlimlər keçirən və yaxınlıqları ilə yada qalan ABŞ-da vardı. Əlbəttə, burada baş aktor rolunu Fransa oynayırdı. Azərbaycanın antiterror əməliyyatı qabaqlayıcı bir tədbir idi, son dərəcə zərgər dəqiqliyi ilə hazırlanmışdı. Təsəvvür edin, 23 saatdan bir az artıq davam edən antiterror əməliyyatı zamanı orda yaşayan mülkü ermənilərin heç bir nəfərinin də burnu qanamamışdı. Yəni Azərbaycan bu antiterror əməliyyatını o qədər doğru, o qədər mükəmməl, o qədər yüksək səviyyədə zərgər dəqiqliyi ilə hazırlamışdı ki, burda digər güclərin, xüsusilə də Azərbaycana qarşı olan qüvvələrin hər hansı bəyanatı üçün bir yer qalmamışdı. Bu o qədər mükəmməl hazırlanmış əməliyyat idi ki, bu əməliyyat zamanı yalnız separatçı, revanşist, terrorçu ermənilərə məxsus istehkamlar, eyni zamanda istehkamlarda dayanan, o müdafiə qurğularının şəxsi heyəti, silah anbarları və sair məhv edildi. Əlbəttə, antiterror əməliyyatı keçirilməsəydi Azərbaycan çox ciddi problemlərlə üzləşəcəkdi. Bu problemin də arxasında bu gün müxtəlif hərbi nəqliyyat vasitələri ilə Ermənistana silah daşıyan, canlı qüvvə göndərən ABŞ, Ermənistanın təəssübünü çəkən Fransa hökuməti və sair gəlib orda məskən salacaqdılar. Biz antiterror əməliyyatını həyata keçirməklə bu cür yabançı qüvvələrin o zaman işğal altında olan ərazilərimizə daxil olmasına imkan vermədik. Ona görə də Azərbaycan Prezidenti dəfələrlə bu xüsusda ayrıca vurğulayıb, xüsusi notla məlumat verib ki, Qarabağ probelminin həllində Azərbaycan hər hansı bir üçüncü, yaxud yabançı dövlətlərin köməyinə ehtiyac duymur, Qarabağ məsələsi Azərbaycanın daxili problemidir və Azərbaycan o problemləri öz daxili resursları hesabına aradan qaldırmaq üçünb bütün imkanlara sahibdir". 

İ.Rüstəmlinin sözlərinə görə, bu antiterror tədbirləri Fransanın, Amerikanın bəzi hərbi kontingentinin ya müşahidə missiyasında, ya da sülhməramlı qismində Azərbaycan ərazisinə, konkert olaraq həmin dövrdə ermənilərin kompakt yaşadığı Xankəndi şəhərinə daxil olmaq  niyyətinin qarşısını birdəfəlik aldı. O hesab edir ki, bu ölkələrin hərbi kontingenti ayrı-ayrı missiyalar şəklində Qarabağa daxil olsaydılar, bu bizim üçün çox ciddi problemlər yaradacaqdı. "Ona görə də Azərbaycanın antiterror əməliyyatını dövlətimizin hərb tarixində həyata keçirilmiş ən mükəmməl əməliyyatlardan biri kimi dəyərləndirirəm. Burada Azərbaycan hərbi qulluqçularının göstərdiyi xüsusi rəşadəti, qəhrəmanlığı və verilən tapşırığı son dərəcədə yüksək səviyyədə yerinə yetirməsi də öndə dayanan amillərdən biri və bəlkə də birincisi idi. Onlar dövlətimizin, Ali Baş Komandanın etimadını doğrultdular və verilən tapşırığı zərgər dəqiqliyi ilə həyata keçirdilər. Bunun da ən böyük əhəmiyyəti ondan ibarət idi ki, antiterror əməliyyatlarında bizim yalnız hərbi obyektləri, Azərbaycana qarşı silahlanmış güc nöqtələrini, mənbələrini, mərkəzlərini vurmağımız, heç bir mülki erməninin burnunun belə qanamaması yabançı qüvvələrin Azərbaycana qarşı hər hansı bir bəyanatının, növbəti təhdidinin qarşısını aldı, blokladı"-deyə İ. Rüstəmli bildirdi. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ