Bazar ertəsi günü, 02 noyabr 2026
     

ABŞ "Ermənistanı mənfi təsirlər qarşısında gücləndirmək" kursunu rəsmi elan etdi...

Image


Abutalıb Səmədov: "Belə təsəvvür var ki, Ermənistan ciddi təhdidlər qarşısındadır..."

"ABŞ Ermənistanın özünün seçdiyi münasibətləri davam etdirməklə bağlı suveren hüququna hörmət edir". 

Bu barədə ABŞ Dövlət Departamentindən AZƏRTAC-ın ABŞ müxbirinin regionda Ermənistanın hərbiləşdirilməsi siyasətinin, keçmiş ATƏT-in Minsk qrupu ölkələrinin Ermənistanı dəstəkləməyə davam etməsinin və ABŞ və Avropa İttifaqının artan hərbi dəstəyinin Azərbaycanla Ermənistan arasında davam edən sülh sazişi danışıqlarına təsiri, o cümlədən Ermənistanla Rusiya arasında artan ticarət və hərbi əlaqələrin daha geniş regionda stabilliyə təhdid təşkil etməsi ilə bağlı sorğusuna cavabında deyilib. ABŞ-ın Ermənistana yardımlarını artırmasına gəldikdə, bildirilib ki, ABŞ-ın bu ölkəyə yardımı onun demokratik və iqtisadi inkişafını artırmaq, regional iqtisadiyyata inteqrasiyanı gücləndirmək, ticarəti şaxələndirmək və mənfi təsirlər qarşısında dayanıqlılığını gücləndirməyə xidmət edir.

Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycanın və Ermənistanın regionda təhlükəsizliyi və tərəqqini təmin edəcəyinə inanır, davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləyir: "Tərəflər razılaşmanın yekunlaşdırılması istiqamətində əhəmiyyətli irəliləyiş əldə ediblər və ABŞ bu prosesi istənilən şəkildə dəstəkləməyə sadiqdir".

ABŞ bəyan edib ki, bunu Ermənistanın mənfi təsirlər qarşısında dayanıqlığını artırmaq məqsədilə edir. 

"Ermənistanı gücləndirməkdə, ona hərbi cəhətdən ciddi dəstək verməkdə əsas məqsəd onu Azərbaycana qarşı qoymaqdır" 

ABŞ-ın  bu addımına şərh verən "Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə bildirdi ki, son günlər həm ABŞ və onun müttəfiqləri, həm də, nə qədər təəccüblü görünsə də, İran Ermənistan üçün mövcud təhlükələrdən danışır və onu bu təhlükələrdən qorumağın yollarını müzakirə edir. A.Səmədovun sözlərinə görə, xüsusilə İranın mövqeyi hamını təəccübləndirir. "Ermənistanın ABŞ-a və Avropa İttifaqına yaxınlaşmasına İran haqq qazandırır və bunun günahının Rusiyada olduğunu deyir. İran bildirir ki, Rusiya Ermənistanın təhlükəsizliyini təmin edə bilmədi və Ermənistan məcbur olub ABŞ-a və Avropa İttifaqına yaxınlaşdı, onların nümayəndələrini Ermənistana gətirdi, onlarla hərbi təlimlər keçirdi. Nikol Paşinyan bir gün əvvəl (18 sentyabr)  "KTMT Ermənistanın təhülkəsizliyinə dəstək vermək əvəzinə Ermənistan üçün təhlükəyə çevrilib" bəyanatını verdi. Yenə də İran Rusiyanı müharibə ilə hədələdi. Təbiidir ki, təkcə Rusiyanı yox, həm də Azərbaycanı və Türkiyəni. Əgər "Zəngəzur Dəhlizi"nin zor gücünə açılmasına cəhd göstərilsə İran buna qarşı siyasi və hərbi vasitələrlə müqavimət göstərəcək dedi. Yəni belə təsəvvür var ki, Ermənistan ciddi təhdidlər qarşısındadır, burada həm ABŞ, həm də İran Ermənistanın yanında olduğunu bəyan edir. Rusiya Ukrayna müharibəsini bu il yekunlaşdırmağa çalışır. Müəyyən qədər belə bir şans da yaranıb. ABŞ-da keçirilən seçkilərdə Tramp qalib gələrsə ilin sonuna qədər müharibəni bitirəcəyini deyir. Baxmayaraq ki, son günlər onun şansı xeyli azalıb. Almaniya kansleri də sülh təklifi ilə çıxış edir. Ümumiyyətlə, dünyada belə bir rəy mövcuddur ki, hərbi vasitələrlə Rusiyanı məğlub etmək mümkün olmayacaq və Ukrayna, ərazi itirmək hesabına olsa da, Rusiya ilə sülhə getməlidir. Təbii ki, Ukrayna ilə sülhə, yaxud atəşkəsə nail olunsa gündəliyə Ermənistan çıxacaq"-deyə A.Səmədov bildirdi.

A.Səmədov qeyd etdi ki,  Ermənistanın antirusiya bəyanatları və antirusiya xarakterli davranışları Rusiyanı çox qıcıqlandırır, bu davranışlara görə Ermənistanı mütləq cəzalandırmağa cəhd göstərəcək. "İndiyə qədər daha çox Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istiqamətində cəhdlər göstərmişdi və iki gün əvvəl hətta Ermənistanda dövlət çevrilişinə cəhd göstərildiyi və bu işi görmək istəyənlərin də Rusiyada hazırlandıqları rəsmi dövlət strukturları tərəfindən bəyan edildi. ABŞ və Fransa Ermənistanı həm Rusiyanın, həm də, nə qədər qəribə görünsə də, Azərbaycanın yaratdığı təhlükələrdən qorumaq əzmindədir. Rusiya ilə bağlı onlarla razılaşmaq olar, Rusiya asanlıqla Ermənistanın əldən çıxmasına imkan verməyəcək və istifadə olunacaq yeganə vasitə hərbi vasitədir. Digər vasitələr hələ ki, elə bir ciddi təsir göstərməyib. Ancaq Rusiya hələlik iqtisadi amillərdən də istifadə etməyib və tamamilə mümkündür ki, iqtisadi və hərbi amillər eyni vaxtda gündəliyə gəlsin. Ermənistana qarşı Rusiya təhlükəsinin olması realdır, ancaq Ermənistan Amerikadan, yaxud Fransadan aldığı silahlarla Rusiya qarşısında onsuz da dayana bilməz. Əgər Rusiya hərbi müdaxilə yolunu seçsə, deməli, Ermənistanı gücləndirməkdə, ona hərbi cəhətdən ciddi dəstək verməkdə əsas məqsəd onu Azərbaycana qarşı qoymaqdır. Bunu guya Azərbaycandan gələn təhlükələrlə əlaqələndirmək istəyirlər. Halbiki, Azərbaycan rəhbərliyi dəfələrlə bəyan edib ki, Ermənistana qarşı zor tətbiq etmək fikri yoxdur, müharibə bitib, Azərbaycan sülh istəyir və bölgəni əməkdaşlıq və sülh bölgəsinə çevirmək istəyir. Bunun üçün də qısa müddətdə sülh sazişini imzalamaq istəyini ifadə edir. Buna mane olan da Ermənistandır. Konstitutsiyanı dəyişdirmək istəmir, müxtəlif bəhanələr gətirir. Bu səbəbdən ABŞ-ın və Fransanın Ermənistanı silahlandırmaq cəhdləri, təbiidir ki, anlaşılmazdır. Onlar onu da dərk etməlidirlər ki, bu cəhdlərin nəticə verməsi də mümkün deyil. Çünki Azərbaycanın hərbi büdcəsi Ermənistanla müqayisədə təqribən üç dəfə artıqdır. Azərbaycanın bu silah yarışmasını udmaq ehtimalı dəfələrlə çoxdur. Ancaq nə ABŞ, nə Fransa Ermənistana bu silah yardımından imtina etmirlər və belə görünür ki, bundan sonra da  bu yardımları artırmaq fikrindədirlər. Görünür, məqsəd Ermənistana belə dəstək göstərməklə Rusiyadan daha cəsarətlə uzaqlaşmasını təmin etməkdir. Hərçənd ki, burda bu yardımlar Ermənistana Rusiya qarşısında nə üstünlük verə bilər, aydın deyil. Ancaq Ermənistanın başında bəzən reallıqları nəzərə almayan, avantüraya meylli və son dövrdə kifayət qədər avantürüst addımlar atan bir baş nazir var. Görünür, ABŞ onu bu istiqamətdə həvəsləndirmək istəyir. Nə olacaq, Ermənistanın bundan sonraklı taleyi necə olacaq, onu yəqin ki, yaxın bir-iki il göstərəcək. Ancaq son 3-4 ildə Ermənistan tarixinin ən böyük məğlubiyyətlərini yaşayıb və bunun əsas səbəblərindən biri də Nikol Paşinyanın yeritdiyi, reallıqları nəzərə almayan avantürüst siyasətdir"-deyə A.Səmədov qeyd etdi.    

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ