Bazar ertəsi günü, 02 noyabr 2026
     

Ermənistanda uğursuz hərbi çevriliş cəhdi - dərin təhlil ortaya çox şeylər çıxarır...

Image


Paşinyan zəif müxalifətin sıralarını bir qədər də azaltmaqla "payız döyüşlərı"nə hazırlaşır

Ermənistanda siyasi gərginliyin artması payıza doğru gözlənilən prosesdir. Çünki Baqrat Qalustyan hərəkatı küçələrdən çəkilməyə başlayanda müxalifət söz vermişdi ki, Nikol Paşinyan iqtidarı ilə bu payız qəti və həlledici döyüşə girəcək. 

Sözsüz ki, Ermənistanda buna ciddi hazirlıq gedir. Müxalifət anlayır ki, Paşinyanı seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırmaq mümkün deyil. Ona görə də müxalif qüvvələr küçə döyüşlərinə girmək və itkilərini polisin üstünə ataraq, bunu əldə bayraq etməklə Paşinyanı devirmək fikrindədirlər. Paşinyan isə onları ya səngərdə yaxalamaq, ya da vaxtından əvvəl səngərdən çıxarmaq istəyir. Artıq bu mübarizənin işartıları görünməkdədir.

Belə ki, erməni mediasında yayılan xəbərlərə görə, Ermənistan milli təhlükəsizlik xidmətinin əməkdaşları hakimiyyəti hərbi çevriliş yolu ilə ələ keçirmək cəhdinin qarşısını alıblar.

Ermənistan istintaq komitəsinin yaydığı açıqlamada bildirilir ki, hərbi çevriliş planı ölkə vətəndaşlarından və keçmiş Qarabağ ermənilərindən ibarət qrup tərəfindən hazırlanıb. İstintaq komitəsi iddia edir ki, qrupun üzvləri Rostov şəhərinə gedərək orada hansısa "Arbat" bazasında təlim keçiblər. "Müəyyən edilib ki, təlimlərin məqsədi Ermənistana qayıtmaq və mövcud hökuməti devirmək olub", - deyə istintaq komitəsi bildirib.

Qeyd olunub ki, 7 nəfər barəsində cinayət işi başlanıb. Onlardan üçü həbs edilib, dördü isə axtarışa verilib.

Saxlanılan şəxslərə ittihamlar irəli sürülüb, onların barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəməyə ərizələr təqdim olunub. Cinayət qrupunun digər üzvlərinin aşkar edilməsi üçün fəal tədbirlər görülür. Ermənistan sözügedən cəhdə görə Rusiyanı ittiham edib.

Yuxarıda qeyd etdiyimiz kimi, həm müxalifət, həm də iqtidar payız döyüşlərinə hazırlaşır. Paşinyan hökuməti dəqiq bilir ki, ona müxalif olan qüvvələr Rusiyanı müdafiə edən keçmiş iqtidar, onların ətrafı isə Qarabağdan Ermənistana köcmüş narazı ermənilərdir. Ona görə də polis və təhlükəsizlik orqanları bu qəbildən olan adamlari və qrupları ciddi nəzarət altında saxlamağa çalışır. Müxalif qüvvələrə aid olan siyasi personalar və onların tərəfdarlarınin siyahısı artıq çoxdan Paşinyan hökumətinin əlindədir. Bu siyahıda olan adamların bir-iki dəfə Rusiyaya gedib-gəlməsi artıq təhlükəsizlik orqanlarında "ciddi şübhə" doğurur və onlar hərəkətə keçir.

Əvvəla, hazırkı Ermənistan müxalifətinin ölkə daxilində silahlı üsyan etmək imkanları yoxdur. Çunki Qalustyan hərəkati və son seçkilər göstərdi ki, Ermənistan müxalifətinin çox zəir kontingentə malik elektoratı var. Heç bir ağılsız qüvvə belə bu qədər zəif elektoratla özünu kamana bağlayıb, silahlı üsyan etməz. Amma xəbərdə bildirilir ki, saxlanılan şəxslər Rusiyanın Rostov vilayətində təlim keçirmişlər, yəni silahlı üsyana hazirlaşırmışlar.

Rusiyanın bu istiqamətdə hazırlıq görməsi Ermənistan cəmiyyətində inandırıcı, ağlabatan görülür. Paşinyan da cəmiyyətin bu rəyindən istifadə edərək hərəkətə keçir. Lakin çox güman ki, Rusiya Ukrayna müharibəsini başa çatdırmamış, ən azı atəşkəsə nail olmamış Ermənistanla məhsuldar məşğul ola bilməyəcəyinə əmindir. Ona görə də hələlik Ermənistanın nazı ilə oynayır, onunla dil tapmağa çalışır. Əgər Rusiyanın Ermənistanda silahlı üsyan etmək fikri olsa, özünün bu ölkədəki hərbi varlığından və agentura şəbəkəsindən istifadə etməsi kifayətdir.

Ermənistan isə Rusiyayanin indiki durumundan istifadə edərək, həm bu kimi hadisələrlə onu şantaj edir, həm də ondan daha çox divident qoparmaq istəyir. Bu iki ölkə elə bir tarixi şərait yaşayir ki, bir-biri ilə həm üst-üstə düşən, həm də toqquşan ciddi maraqlara malikdirlər.

Paşinyan hakimiyyəti siyasi baxımdan Kerml üçün problemdir. Amma Rusiya hərbi varlığını bu ölkədə saxlamaq və İrəvanın imkanlarından nəfəslik kimi istifadə etməkdədir. Məsələn, Rusiya ordusuna lazım olan çiplərin böyük əksəriyyəti Ermənistan vasitəsilə idxal edilir, gələcəkdə açılacaq, Rusiyaya hava-su kimi lazım olan Zəngəzur dəhlizi məhz Ermənistanla razilaşdırılmalıdir və s. Ermənistan isə yalniz Rusiya ilə deyil, bütün Aİİ ölkələri ilə ticarət dövriyyəsini sürətlə artirmaq hesabına iqtisadiyyatını inkişaf etdirir.

Ermənistan hakimiyyəti eyni zamanda Qərbə vədlər verməklə, bu istiqamətdə də dividendlər götürür. Yəni hələ ki, Paşinyanın ikitərəfli oyunu Ermənistana dividend gətirir. Amma hansısa bir nöqtədə Paşinyan seçım etməli olacaq. Həlledici hadisə məhz onda baş verəcək - Ermənistan Qərbə, və ya Şərqə üz tutacaq.

Sonda nəticə olaraq qeyd edək ki, bu əməliyyat daha çox Paşinyanın rəqiblərinə qarşı hərəkətə keçməsinin bir nümunəsi kimi görünür. Qarşıdakı aylarda biz buna bənzər digər hadisələrin də şahidi ola bilərik. Paşinyan bu yolla ona qarşı küçə savaşına çıxa biləcək potensial rəqiblərinin sırasını azaltmaq istəyir. Müxalif qüvvənin potensialı onsuz da azdır, bu cur əməliyyatlar nəticəsində bu kontingenti qorxudaraq, onların sayıni bir qədər də azaltmaq istəyirlər. Üç nəfər həbs edilirsə, otuz tərəfdar qorxusundan evindən çıxmır.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ