Bazar ertəsi günü, 02 noyabr 2026
     

Hollandiya Azərbaycandan Bonayre adasının qisasını belə alır...

Image


Akif Nağı: "Bu ölkənin Azərbaycanla bağlı dedikləri tamamilə qərəzlidir, qisas xarakteri daşıyır"

Niderland Krallığı (Hollandiya) tərəfindən sentyabrın 13-də dərc olunmuş hökumət proqramının "Beynəlxalq təhlükəsizlik" bölməsində Azərbaycana qarşı iddialar yer alıb. Burada Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi "Dağlıq Qarabağın ələ keçirilməsi" kimi qeyd edilib. 

Hollandiya hökumətinin bu iddiasına Azərbaycanın Xarici İşlər Nazirliyi kəskin cavab verib, mövqe bildirib. Hollandiyanın "Azərbaycan Dağlıq Qarabağı işğal edib" fikrini işlətməsi bu ölkənin qərəzinin, qisasçılığının göstəricisi deyilmi? Çünki bu yaxınlarda Hollandiyanın müstəmləkəsindən Bonayre adasının azad olunması məsələsi Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda keçirilən tədbirdə qaldırılılıb, onlara azadlıq tələb edilib.

Bu hesabat Hollandiya dövlətinin, hökumətinin qisasçılığı kimi qiymətləndirilə bilərmi?

"Niderland Bonayre adasının müstəqilliyinə, müstəmləkədən azad olmasına dəstək verdiyinə görə Azərbaycandan..." 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə bildirdi ki, Niderland da bəzi digər Avropa ölkələri kimi Azərbaycana qarşı qərəzli mövqe tutur, Fransanın yolu ilə getməyə cəhd edib ölkəmizə təzyiq göstərmək istəyirlər. "Amma özləri hər yerdə istifadə etdikləri şüarların prinsiplərini pozurlar. Özlərini guya demokrat, insan haqlarının müdafiəçisi kimi göstərirlər, amma bunların heç birinə reallıqda əməl etmirlər. Niderland rəhbərliyi həmişə Azərbaycana qarşı qərəzli və pozucu mövqedə olub. Onlar Azərbaycana təzyiq göstərməyə cəhd etməklə, ola bilsin, ölkəmizin mövqeyində hansısa dəyişikliklərə nail olmaq istəyirlər. Azərbaycanın bütün məsələlərlə bağlı ədalətli və barışmaz mövqeyi çoxlarının xoşuna gəlmir. Bəzi Avropa dövlətləri, Avropanın regional qurumları, ATƏT, Avropa Şurası, Avropa İttifaqı  Azərbaycana qarşı qərəzli mövqedən çıxış edir. Hesab edirəm ki, bunun kökündə Azərbaycanın müstəqil siyasət yeritməsi dayanır. Azərbaycan heç kəsin diqtəsinə boyun əymir, həmişə də haqlı olduğunu sübut edir, göstərir. İstər ərazi bütövlüyünün bərpası, istər insan haqlarının, demokratik prinsiplərin qorunması və sair bütün məsələlərə bağlı Azərbaycanın öz dəst-xətti, yol xəritəsi, əsas rəhbər tutduğu tezislər var. Bu da onların xoşuna gəlmir. İstəyirlər ki, Azərbaycan da digər ölkələr kimi onların dediyi ilə hərəkət etsin, onlar bir bəyanat versinlər, bir komissiya göndərsinlər, guya filan məsələlər Azərbaycanda yanlışdır, biz də onu dərhal nəzərə alaq və sair. Yəni Azərbaycanı bu cür təzyiqlərlə, təhdidlərlə idarə etsinlər. Məqsədləri budur. Azərbaycan isə bununla razılaşmır və imkan vermir ki, onlar hansısa bir hərəkət etsin. Niderland da həmin dövlətlərdən biridir. Birincisi, faktları saxtalaşdırırlar. Azərbaycan özünün ərazi bütövlüyünü bərpa edib, Azərbaycan heç kəsin ərazisini işğal etməyib, onların iddia etdiyi kimi, heç bir ərazini də ələ keçirməyib. Qarabağ Azərbaycan ərazisidir, bu faktdır. Bunu bilərəkdən görmürlərsə, deməli reallığı, həqiqəti ortaya qoymaq istəmirlər. Azərbaycan o mövqeni, o münasibəti ortaya qoyur ki, məsələnin mahiyyəti bundan ibarətdir, istəyirsiz açın tarixə, beynəlxalq qurumların sənədlərinə baxın, hər yerdə "Dağlıq Qarabağ" dedikləri ərazinin Azərbaycan ərazisi olduğunu görəcəksiniz. Tarixi bilmək, tarixi oxumaq istəmirlərsə BMT Təhlükəsizlik Şurasının, BMT Baş Assambleyasının sənədlərinə baxsınlar. Hər birində bu ərazi Azərbaycan ərazisi kimi göstərilib. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib"-deyə A.Nağı qeyd etdi. 

Bəzi Avropa dövlətlərinin 30 il ərzində haqsız mövqedə olduğunu və bu gün də o cür yanaşdıqlarını deyən A.Nağının sözlərinə görə, onlar Azərbaycanın torpaqlarını zəbt etmiş Ermənistanı müdafiə ediblər. A.Nağının bildirdiyinə görə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra o dövlətlər Azərbaycana qarşı istifadə etmək üçün özlərindən bu cür ifadələr, ibarələr kəşf edirlər. A.Nağının fikrincə, onlar Azərbaycanın uğurlarını qəbul edə bilmirlər ki, Azərbaycan regionda özü öz gücünə, heç kəsdən kömək almadan, heç kəsin təzyiqinə əhəmiyyət vermədən öz ərazi bütövlüyünü bərpa etdi və müstəqil siyasət yürüdür, bu dövlətlər bunu Azərbaycana bağışlaya bilmirlər. "Başqa bir məsələ isə Bonayre adasının azadlığı ilə bağlı Bakı Təşəbbüs Qrupunun qaldırdığı təşəbbüslərdir. Azərbaycan dünyada yeganə dövlətdir ki, hələ də müstəmləkə altında olan xalqların və ərazilərin hüquqlarını müdafiə edir. 

Bu, Asiya qitəsində də, Afrikada da elədir.  Amerika qitəsindəki Bonayre adası da haqqı pozulan bir ərazidir, uzun illərdir ki, Niderlandın müstəmləkəsi altındadır. Bonayre adasının müstəqillik haqqı Niderland tərəfindən pozulur, o hələ də bu adanı öz müstəmləkəsi olaraq saxlayır. Onlar referendumlar keçirirlər, amma Niderland hökuməti o referndumun nəticələrini nəzərə almaq istəmir. Azərbaycan dünyanın bir neçə yerində müstəmləkəçiliyə qarşı mübarizə aparır, Bakı Təşəbbüs Qrupu yaradılıb. Eyni zamanda bu işlər Bonayre adası və orada yaşayan xalqlarla bağlı aparılır, bu istiqamətdə konfrans keçirildi, beynəlxalq hüquq normalarına uyğun olan sənəd qəbul olunub, onların müstəqillik haqqının Niderland hökuməti tərəfindən tanınması tələb edilib. Qoyun, onlar desinlər görək Azərbaycan nəyi düz demir? Eyni zamanda, keçən əsrin 60-70-ci illərində müstəmləkə ərazilərinin azad olunması prosesi getdi, müstəmləkəçi dövlətlər bunun qarşısını ala bilmədilər. Amma bəzi yerlərdə müstəmləkələri müxtəlif adlar altında saxladılar. O cümlədən, Fransanın və Niderlandın belə müstəmləkələri qalıb. Azərbaycan haqlı olaraq müstəmləkədə olan xalqların və ərazilərin haqqını müdafiə edir. Beynəlxalq aləm isə bunu görməzliyə vurur. Bu da dünyanın ədalətsiz mövqeyinin göstəricilərindən biridir. Niderland Bonayre adasının müstəqilliyinə, müstəmləkədən azad olmasına dəstək verdiyinə görə Azərbaycandan intiqam almaq istəyir. Bu ölkənin Azərbaycanla bağlı dedikləri tamamilə qərəzlidir, qisas xarakteri daşıyır. Amma Niderlandın hansı mövqedə olması onun öz işidir. O belə qərəzli bəyanatlarla Azərbaycanı öz yolundan döndərə bilməz. Azərbaycan yenə də o istiqamətdə haqq işini davam etdirəcək, müstəmləkə xalqlarının azadlıq mübarizəsinə dəstək verəcək.

Azərbaycan bütün dövlətlərlə, o cümlədən də Avropa dövlətləri ilə, Niderlandın özü ilə normal münasibətlər saxlamağa hazırdır. Siyasi, iqtisadi, mədəniyyət sahələrində əlaqələr yerində olmalıdır. Bunun tərəfdarıdır, heç bir dövlətə qarşı qərəzli mövqedən çıxış etmir. Azərbaycan öz mübarizəsini davam etdirəcək. Kimlərsə Azərbaycana qarşı bu prinsiplərdən kənar addım atacaqlarsa məqsədlərinə nail ola bilməyəcəklər. Çünki Azərbaycan həm haqlıdır, həm də dediklərini əsaslandırır, sübut edir. Ona görə də onların hansısa bir qərəzli sənəd qəbul etmələrinin, orada hansısa fikir işlətməklərinin heç bir təsiri yoxdur. COP29 tədbirlərinin vaxtı yaxınlaşdıqca erməni mərkəzlərinin, yaxud Azərbaycanı istəməyən digər mərkəzlərin pullu sifarişləri artacaq və Azərbaycanı qaralayan qüvvələr şər-böhtan atacaq, amma heç nəyə nail ola bilməyəcəklər"-deyə A.Nağı bildirdi. 

İradə SARIYEVA        




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ