Bazar ertəsi günü, 02 noyabr 2026
     

Təhlükəsizlik Forumunun daimi Bakı ofisi yaradıldı - Əliyevdən 50 ölkəni birləşdirən yeni təşəbbüs...

Image


Elşad Həsənov: "Prezident İlham Əliyevin təşəbbüsü ilə təhlükəsizlik forumunun daimi katibliyinin yaradılması çox müsbət haldır"

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi "Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar" mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib. Bu barədə mətbuata DTX-dən məlumat verilib. 

Bildirilib ki, tədbirdə Prezident İlham Əliyevin forumun iştirakçılarına müraciəti səsləndirilib, konfransın mövzusunu əhatə edən videomaterial təqdim olunub. Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev ötən ilin may ayında keçirilmiş və bu il yenidən təşkil olunan Bakı Təhlükəsizlik Forumunun tərəfdaş qurumlar arasında məlumat mübadiləsinin və qarşılıqlı əlaqənin digər sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Xidmət rəisi, həmçinin, beynəlxalq terrorçuluqla və bütövlükdə təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsinin vacibliyini qeyd etməklə, tədbirin ümumi maraq kəsb edən məsələlər ətrafında ölkələrin təhlükəsizlik strukturlarının müzakirə aparmaları üçün önəmli platforma olduğunu nəzərə çatdırıb.

Xidmət rəisi builki forumun COP29 ərəfəsində keçirilməsinin təsadüfi olmadığına diqqət çəkərək, enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən və bu xüsusda birgə səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılmasının zəruriliyindən danışıb.

Ə.Nağıyev Prezident İlham Əliyevin beynəlxalq aləmdə aktual olan məsələlərə dair tədbirlərin respublikamızda təşkil olunmasına davamlı siyasi dəstək verdiyini vurğulayaraq, bu konfransın qlobal nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin üzləşdiyi risqlərlə mübarizədə ortaq yanaşmaların formalaşdırılmasına və fəaliyyət strategiyasının təkmilləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
 Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı Təhlükəsizlik Forumunun Bakıda daimi əsasda fəaliyyət göstərəcək Katibliyinin yaradılması iştirakçı ölkələr tərəfindən yekdilliklə dəstəklənib.

Əliyevin təşəbbüsü ilə Bakı təhlükəsizlik forumunun daimi katibliyi yaradıldı. Bunu necə qiymətləndirmək olar? Bu forumun daimi katibliyinin yaradılmasının faydası nədir?

"Daimi katibliyin Bakıda yaradılmasının üstünlüyü ondan ibarətdir ki..." 

Siyasi ekspert Elşad Həsənov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, müasir dövrdə dünyanın yenidən bölünməsi zamanı təhlükəsizliyin təmin edilməsi ön plana çıxır. "Çünki hər şey hər bir ölkənin təhlükəsizliyinin necə qurulmasından asılıdır. Bu da son dövrlər  Azərbaycanda çox yüksək səviyyədə qurulub və ölkəmiz təhlükəsiz bir məkana çevrilib. Bunun üçün də bizim hüquq-mühafizə orqanları, xüsusilə də təhlükəsizlik orqanları gecə-gündüz var qüvvələri ilə çalışırlar. Bu günlərdə Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar" mövzusunda II Bakı Təhlükəsizlik Forumu keçirilib. Düzdür, mətbuatda bu barədə çox az məlumat verilib, ancaq orda Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin çıxışından müəyyən məsələlər verilib və burada qlobal nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin üzləşdiyi risqlərlə mübarizədə ortaq yanaşmaların formalaşdırılmasının və fəaliyyət strategiyasının təkmilləşdirilməsinin vacib olduğu nəzərə çatdırılıb. 

Forumda, eyni zamanda, enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəfə alan terror-təxribat aktları qlobal xarakterli iqtisadi, ekoloji fəlakətlərə səbəb ola biləcəyindən, bu sahədə birgə səylərin artırılmasının daha da vacib olduğu vurğulanıb.

Onu da xatırladım ki, bu forumda 50-yə yaxın ölkənin təhlükəsizlik orqanlarının rəhbərləri iştirak edib. Bu Forumun da Bakıda keçirilməsi və Prezident İlham Əliyevin təşəbbüsü ilə təhlükəsizlik forumunu daimi katibliyinin yaradılması çox müsbət haldır. Çünki bilirik ki, Azərbaycan Şimal-Cənub, Şərq-Qərb, "Orta Dəhliz" kimi böyük beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi bir ölkədir. Buna görə də Bakının strateji mövqeyi aydındır, Azərbaycansız bunların təhlükəsizliyinin təmin olunması çətindir. Ona görə də, daimi katibliyin Bakıda yaradılmasının üstünlüyü ondan ibarətdir ki, tərəfdaş ölkələr təhlükəsizliklə bağlı əldə etdikləri məlumatları katibliyə ötürəcəklər, katiblik də bu işləri müvafiq yerlərə göndərəcək. İnformasiyalar operativ olaraq vaxtında çatdırılacaq. Bir məsələni də deyim ki, təhlükəsizlik orqanlarının işinin effektivliyini artıran əsas şərtlərdən biri də hadisə baş verməmiş informasiya  əldə edib hazırlanan terror-təxribat hadisəsinin qarşısını almaqdır. Biri var, terror-təxribat hadisəsi törədilir, sonra onu törədənlər tapılır tutulur cəzalandırılır, bu da dövlətə həm  böyük iqtisadi, həm də siyasi zərər verir. Çünki həmin hadisənin törənməsi, terror-təxribat hadisəsinin baş verməsi məhz elə təhlükəsizlik və hüquq-mühafizə orqanlarının da imicinə zərbə vurur. Ona görə də burda əsas qayə həmin törədiləcək hadisələrin vaxtında qarşısının alınmasıdır. Bu gün kommunikasiyalarsız heç bir yer təsəvvür etmək olmaz"-deyə E.Həsənov bildirdi. 

Siyasi ekspert hesab edir ki, yaxın zamanlarda Ermənistan da "Zəngəzur dəhlizini" açacaq. E.Həsənovun sözlərinə görə, bu Forumda  Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın da çıxışında bildirib ki, Azərbaycan- Ermənistan-Naxçıvan-Türkiyə-Avropa,  Ermənistan-Naxçıvan-İran, Ermənistan-Azərbaycan-Rusiya, Ermənistan-Türkiyə-Avropa, İran-Naxçıvan, Ermənistan-Gürcüstan  marşurutları, yəni bu nəqliyyat dəhlizləri üzrə  kommunikasiyalar açılacaq. "Regionda ərazi bütövlüyünün və suverenliyin qorunması şərtilə kommunikasiyalar açılacaq və təhlükəsizlik qarşılıqlı olaraq təmin ediləcək.  Bu, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının fikirləridir. Bir daha onu qeyd edim ki, katibliyin burada açılması çox müsbət haldır". 

E.Həsənovun fikrincə, bu da Azərbaycandan keçən və Azərbaycana gələn kommunikasiyaların təhlükəsizliyinin qorunması baxımından ölkələrlə qarşılıqlı olaraq informasiya mübadiləsinin həyata keçirilməsi (məxvi informasiyaların əldə olunması-E.H), onların vaxtında çatdırılması və terror-təxribat hadisələrinin qarşısının alıması üçün çox vacib məsələdir. "Hesab edirəm ki, bu bir daha ölkəmizin necə bir təhlükəsizlik adası olmasını göstərən amillərdən biri olacaq"-deyə E.Həsənov qeyd etd.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ