Bazar ertəsi günü, 02 noyabr 2026
     

Paşinyan KTMT-yə son nöqtəni qoydu: "Ermənistana ciddi təhdid mənbəyidir..."

Image


Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın təhlükəsizliyini, suverenliyini və dövlətçiliyini təhdid edir. Belə bir açıqlama ilə Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində çıxış edib. 

O, həmçinin, bəyan edib ki, ölkəsi bu təşkilatla bağlı geri dönülməsi mümkün olmayan nöqtəyə yaxındır: "Biz KTMT-yə üzvlüyümüzü təkcə ona görə dondurmuşuq ki, KTMT Ermənistanın təhlükəsizliyini təmin etmək üzrə öz öhdəliklərini yerinə yetirmir, həm də KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdidlər yaradır".

Qeyd edək ki, cari il fevralın 23-də Paşinyan Ermənistanın KTMT üzvlüyünün faktiki olaraq dondurulduğunu bəyan edib: "Çünki təşkilat İrəvanla bağlı öz funksiya və öhdəliklərini yerinə yetirmir". İyunun 12-də Ermənistanın baş naziri respublikanın KTMT-dən çıxa biləcəyini bəyan edib . O, vaxtı dəqiqləşdirməyib. Paşinyanın sözlərinə görə, İrəvan "həqiqi Ermənistan, suveren, sülhsevər, sərhədləri müəyyən edilmiş dövlət yolundadır". Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Ermənistanın KTMT-dən çıxması respublikanın maraqlarına xidmət etmir. Qurumun rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, hər bir ölkə hansı assosiasiyalarla münasibətləri inkişaf etdirmək istədiyini seçə bilər, lakin bu, "reallığa əsaslanaraq" edilməlidir. Baş verənlər fonunda erməni ekspert Sergey Melkonyan bildirir ki, ölkəsini müsbət heç nə gözləmir: "44 günlük müharibədən sonra regionda qüvvələrin hərbi-siyasi balansında əhəmiyyətli dəyişiklik ona gətirib çıxarıb ki, İrəvanın nöqteyi-nəzərindən Moskva ilə təhlükəsizlik sahəsində ikitərəfli razılaşmalar və Ermənistanın KTMT-yə üzvlüyü məhdudlaşdırıcı amil olmaqdan çıxıb. Nəticədə Ermənistan faktiki olaraq KTMT-yə üzvlüyünü dondurdu. Moskva Ermənistanın əvvəllər satın aldığı silahları təmin edə bilmədiyi üçün Rusiya ilə münasibətlər pisləşdi və hakimiyyət hərbi texnika idxalı üçün yeni bazarlar axtarmağa başladı. Silahların alınması ilə bağlı müqavilələrin böyük əksəriyyəti Hindistanla imzalanıb və ümumi dəyəri 900 milyon dollardan çox olub. Hindistan öz hərbi attaşesini də təyin edib. Fransız silah tədarükü ilə bağlı şayiələr daha çox səs-küyə səbəb oldu, halbuki onların miqdarı xeyli az idi. Fransa və Ermənistan zirehli avtomobillərin, radarların, Fransanın hava hücumundan müdafiə sisteminin və "Ceasar" özüyeriyən artilleriya qurğularının tədarükü barədə razılığa gəliblər. Beləliklə, əvvəllər Rusiya hərbi sənaye kompleksinin Ermənistan Silahlı Qüvvələrinin tərkibindəki payı 90%-dən çox qiymətləndirilirdi. Bu gün bu yer əsasən Hindistan tərəfindən tutulur, lakin burada risklər də var. Bir ölkədən təchizat asılılığını saxlamaq bu problemlərə səbəb olur: əvvəllər Rusiya var idi, indi Hindistan var. Logistika: Hindistan və Fransadan çatdırılma uzun müddət çəkir və coğrafiyaya görə problemlər var. Dil maneəsi: Yeni silahların inteqrasiyası və istifadəsi uzun müddət tələb edir".

Ekspertlər hesab edir ki, Ermənistan KTMT-dən çıxmaqla Rusiyanın bölgədəki təsir vasitələrini daha da zəiflətməyə çalışır. Bu prosesdə Qərbdən gələn təlimatlar da az rol oynamır. Bu gün həm Qərb, həm də Rusiya məhz bölgənin ən zəif bəndi olan Ermənistan vasitəsilə regiondakı maraqlarını təmin etməyə çalışırlar. İndi Ermənistanın gələcəkdə KTMT-dən hüquqi baxımdan da çıxması istisna deyil. Məsələ ilə bağlı rusiyalı politoloq Boqdan Bezpalko bildirir ki, İrəvanın qarşısında artıq konkret olaraq iki yol var: "Ya Ermənistan KTMT-dən çıxır və bu addımın bütün iqtisadi nəticələrini öz üzərinə götürür, ya da KTMT-nin tamhüquqlu üzvü olur və siyasətini korreksiya edir". Onun sözlərinə görə, aydındır ki, bu, yarımçıq vəziyyət deyil, Ermənistan rəhbərliyini özünə gətirmək və hansısa qərarlar qəbul etmək cəhdidir. Bezpalko qeyd edib ki, Ermənistan bir tərəfdən KTMT-nin tamhüquqlu üzvü deyil, digər tərəfdən formal olaraq üzvlüyünü saxlayır: "Qeyd etdiyiim kimi ya Ermənistan KTMT-dən çıxır və bu addımın bütün iqtisadi nəticələrini öz üzərinə götürür, ya da müvafiq olaraq KTMT-nin tamhüquqlu üzvü olur, Rusiya və digər KTMT üzvləri ilə hərbi satınalmalar, geosiyasət, xarici siyasət sahəsində siyasətini yenidən nəzərdən keçirir. Burada başqa variant yoxdur". Rusiyalı politoloq vurğulayıb ki, məsələn, NATO-ya üzv olan hər hansı ölkə Rusiyadan avadanlıq almağa başlasa, bu, olduqca qəribə olardı. Şübhə yoxdur ki, Qərbin təhriki ilə İrəvanın KTMT-dən çıxması və Rusiyaya meydan oxumaq cəhdləri perspektivdə Ermənistanın iki tərəf arasında hərbi poliqona çevrilməsi ilə nəticələnə bilər. Bundan öncə isə "Hayastan" fraksiyasının deputatı Armen Rüstəmyan Ermənistanın Rusiya ilə Qərb arasındakı qarşıdurmada əzilməməyi, əksinə, bu savaşdan xeyirlə çıxmağı üçün yollar aramağı təklif edib: "Düşmən ölkə olsa da, etiraf etməliyik ki, biz xarici siyasətimizi düzgün qurmağı, ölkəni çətinliklərdən salamat çıxarmağı qonşu Azərbaycandan öyrənməliyik".

Xatırladaq ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını maliyyələşdirməkdən imtina edib. 

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ