Bazar ertəsi günü, 02 noyabr 2026
     

Rusiyanın “beşinci kolonu” Ermənistan üçün “Donetsk ssenarisi” hazırlayır...

Image


"Təəssüf ki, beşinci kalon həm dövlət idarəetmə sistemində, həm də parlamentimizdə hələ də geniş şəkildə təmsil olunur". Bu fikirlər Ermənistanın "armenianreport" portalında yer alıb. 

Portal qeyd edir ki, Ermənistanda "beşinci kolon"un – Rusiyaya işləyən və onun maraqlarına xidmət edən daxili düşmənlərin mövcud olması barədə dəfələrlə deyilsə də durum dəyişməyib: "Bizim kiçik məmləkətimizin, demək olar ki, hər bir sakini açıq və ya bacarıqsız şəkildə müəyyən şüarlar arxasında gizlənənlərin, Rusiyaya işləyən və ya işləməkdə davam edənlərin adlarını bilir. Bunlar hamısı ikinci və üçüncü prezidentlər dövründən olan məmurlar, deputatlardır. Bunlar Köçəryan və Sarkisyanın özləridir. Və daha kiçik fiqurlar da var. Məsələn, elə Andranik Tevanyan. Rusiyayönlü "Ana Ermənistan" müxalifət blokunun lideri  olan bu şəxs son vaxtlar bir çox soydaşlarımızın üzünü demokratik dünya ictimaiyyəti qarşısında qızardıb. Və bunun bir səbəbi var. Zarafat deyil – özünü "Ana Ermənistan" müxalifət blokunun lideri adlandıran Rusiyayönlü "beşinci kolon"un bu mənfur nümayəndəsi bir neçə əlaltısı ilə birlikdə Donetskdə Rusiyanın işğal etdiyi Ukrayna ərazilərinə səfər edib. Təsəvvür edin, "Sputnik-Armeniya", "RİA Novosti" və digərlərinin həyəcanla xəbər verdiyi kimi, "yerli parlamentarilərlə görüşən" bu əclaf "Donetsk Xalq Respublikası"na baş çəkib. "Bu, görünməmiş səfərdir, çünki əvvəllər Ermənistandan heç bir siyasi nümayəndə heyəti "Donetsk Xalq Respublikası"na səfər etməyib. Səfərimizlə Ermənistanda Ermənistan-Rusiya münasibətlərinin möhkəmləndirilməsini müdafiə edən qüvvələrin olduğu mesajını veririk", - deyə Tevanyan jurnalistlərə bildirib. "Birgə görüş zamanı Ermənistan nümayəndə heyətinin üzvləri və "Donetsk Xalq Respublikası" parlamentariləri əlaqələrin inkişafının vacibliyini vurğuladılar, həmçinin Ermənistanda Ukrayna kimi mənfi nəticələrin inkişafının qarşısının alınması ilə bağlı fikir mübadiləsi apardılar", - Rusiya KİV-i yazır. Tevanyanın hərəkətləri əsl pislikdir. Şəxsən bizim də yüz minlərlə soydaşımız kimi, sadəcə olaraq, başqa sözüm yoxdur. Bizi, erməniləri, Ermənistanımızı o rüsvay etdi, dünya ictimaiyyətinə yaraşmayan şəkildə təqdim etdi. Axı bütün demokratik dünya Rusiyanın təcavüzü ilə üz-üzə qalan Ukraynaya fəal şəkildə yardım etdiyi bir vaxtda Ermənistandan olan erməni soyadlı bir şəxs Rusiyanın işğalı altında olan Donetskə açıq səfər edir və hətta oradan hansısa mesaj göndərməyə cəsarət edir. Deyir ki, guya Ermənistanda "erməni-rus münasibətlərinin gücləndirilməsinin tərəfdarı olan qüvvələr var". Bu, ABŞ və Aİ-nin bizə demokratikləşmə üçün böyük maliyyə tranşları ayırdığı, Avropa ilə viza rejiminin liberallaşdırılması prosesinin getdiyi və ümumilikdə Ermənistanın Aİ-yə daxil olması məsələsinin gündəmə gətirildiyi bir vaxtda baş verir. Bunlar fonunda belə bir iyrənc zərbə...

Bununla belə, korrupsioner bir şəxsdən, Köçəryanın əlaltısından başqa nə gözləmək olardı? Axı o, 2021-ci ildə Köçəryanın "Hayastan" partiyalar blokunun siyahısı ilə Milli Məclisə daxil olub. Alma isə ağacdan uzağa düşmür - Köçəryan da, Sarkisyan da özlərinə uyğun deputatlar toplayıblar. Həmin deputatlar eyni manqurtlar, rusiyapərəstlər, ruslar başlarına sığal çəkdiyinə görə özlərini və Ermənistanı satmağa hazır olanlardır. Əmr etsələr, ana-bacılarını, arvadlarını rusların altına qoymağa hazırdırlar. Axı, yaşlarına baxmayaraq, onlar hələ də Moskvadan gələn əmrləri yerinə yetirməyə öyrəşmiş qısa şalvarlı oğlanlardır. Təəssüflər olsun ki, ölkəmizdə hələ də belə iyrənclər kifayət qədərdir. Paşinyan 6 ildən artıqdır ki, bütün dövlət qurumlarını onlardan təmizləyir, amma orada hələ görüləsi işlər çoxdur. Xoşbəxtlikdən, hökumət ordusunu "beşinci kolon"dan təmizləməyə nail oldu. Paşinyanın vaxtilə aydınlaşdırdığı kimi, orduda "beşinci kolon" dedikdə, o öz hərəkətlərində və ideyalarında öz dövlətinin siyasətindən daha çox, başqa ölkələrin yeritdiyi siyasətə üstünlük verən insanlar toplusunu nəzərdə tutur. Və burada mübahisə etmək çətindir - ordumuzda Köçəryana və Ohanyana şəxsən sadiq olan və Moskvanın əmri ilə işləməyə hazır olan kifayət qədər orta və yuxarı rütbəli zabitlər yox idimi? Onlar bütün bu illər ərzində çalışıblar. 

Bəli, Paşinyan ordunu çox təəssüf ki, çox gec təmizlədi. Ancaq heç olmamaqdansa, gec olmaqdan yaxşıdır. Təəssüf ki, "beşinci kolon" həm dövlət idarəetmə sistemində, həm də parlamentimizdə hələ də geniş şəkildə təmsil olunur. "Hayastan" və "Şərəfim var" parlament blokunun üzvləri nə qədər dəyərlidir? Haranı qazsan, rus casusu çıxacaq. Tarixi geri qaytarmaq üçün onları Milli Məclisə sıxışdıran Köçəryan və Sarkisyan olub. Onlarla isə hələ də ölüm-dirim mübarizəsi ilə qarşılaşırıq. Əgər bizi məğlub etsələr, o zaman Ermənistan öz gələcəyini itirəcək, bizi yenidən Moskvanın boğucu qucağına sürükləyib Tevanyanın baş çəkdiyi əclaf qurumun simasına çevriləcəyik. Köçəryan, Sarkisyan, Ohanyan, Tevanyan və digər Moskvayönlü insanların Ermənistanda gələcəyi olmamalıdır - nə siyasi, nə də ki, fiziki olaraq. Yalnız daxildən rusiyapərəst təsirin aradan qaldırılması ilə biz kürəyimizdən bıçaq qorxusu olmadan demokratik millətlər ailəsinə qoşula biləcəyik".

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ