Bazar ertəsi günü, 02 noyabr 2026
     

Zəngəzur dəhlizində Ermənistanın və İranın müqavimət imkanları tükənir...

Image


Ermənistandan keçən tranzit marşrutlar bu ölkənin ərazi bütövlüyünü pozmayacaq. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Rusiyanın Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasının açılmasına yeni çağırışlarını şərh edərkən deyib: "Kommunikasiyaların blokdan çıxarılması üç dövlətin başçıları tərəfindən əldə olunmuş 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının icrası ilə mümkündür. Siz bilirsiniz ki, Rusiya bu prosesə qoşulmağa və suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsipi əsasında kömək etməyə həmişə hazırdır".

Xatırladaq ki, Overçuk Ermənistana ötən həftə səfər edərək baş nazir Nikol Paşinyanla görüşmüşdü. Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanı Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasının açılmasını sabotaj etməkdə ittiham edən bəyanatları İrəvanı hiddətləndirmişdi. Məsələ burasındadır ki, Moskva və İrəvan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndini fərqli şəkildə yozurlar. Moskva iddia edir ki, həmin bəndə görə Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasına Rusiya sərhədçiləri nəzarət etməlidir. Ermənistan rəsmilərinin sözlərinə görə isə, bu heç də o demək deyil ki, Azərbaycan və Naxçıvan arasında adamların və yüklərin hərəkətinə Rusiya nəzarət etməlidir. Lavrov bundan əvvəl demişdi ki, Moskva orada neytral sərhəd və vergi nəzarətinin olmasını istəyir. Overçuk Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri ilə birlikdə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üzərində işləyən üçtərəfli komissiyanın həmsədrlərindən biridir. Ermənistanda olarkən Overçuk erməni həmkarı Mher Qriqoryanla danışıqlar aparıb. Bu danışıqlarda hər hansı razılaşmanın əldə olunub-olunmadığı məlum deyil. Ermənistan politoloqlarından Armen Bağdasaryan bildirir ki, məsələ Ermənistanın sözügedən 9-cu bəndi ləğv etdirə bilib-bilməməsindədir: "Söhbət təkcə Naxçıvana yol açılmasından getmir. Əgər həmin marşrut Rusiyanın nəzarəti olmadan işləsə, Moskvanın regiondakı mövqeyi əhəmiyyətli dərəcədə zəifləyəcək. Yox, əgər kommunikasiya kanalları Rusiyanın nəzarəti altında olsa, Ermənistan Rusiyanın təsir dairəsindən çıxmaq niyyətindən həmişəlik əl çəkməli olacaq".

Xatırladaq ki, Rusiyanın Zəngəzur dəhlizi kimi tanınan nəqliyyat kommunikasiyasının açılmasında belə israrlı mövqeyi İran tərəfindən hələ də tənqid olunur. Tehran bildirir ki, regionda hər hansı "geosiyasi dəyişiklik" onun üçün qeyri-məqbuldur. Rusiya XİN bildirmişdi ki, Moskva bu məsələdəki mövqeyini Tehrana aydınlaşdırmaq üçün "bütün zəruri izahatları" verib. Lakin İran millət vəkillərindən Fəda Hüseyn Maleki bəyan edib ki, Rusiyanın Zəngəzur dəhlizi məsələsindəki mövqeyi Tehrana arxadan zərbədir. Amma belə fikirlər də səslənir ki,  Dəhlizin açılması indiki halda daha çox Rusiya üçün lazımdır. Müəyyən daşınmaları Moskva İran vasitəsilə Fars körfəzinə çıxarmaq niyyətindədir. Zəngəzur dəhlizi açılmadan bunu etmək çox çətindir. Dəniz yolu ilə bu uzun prosedur tələb edir. Rusiya öz tabeliyində olan Ermənistan dəmir yolundan bu məqsədlər üçün istifadə etmək istəyir. Əslində, indiki mürəkkəb geosiyasi məqamda Rusiya və İran bir–biri üçün vacib partnyorlardır. Amma ehtimal etmək olar ki, əgər Zəngəzur dəhlizi ilə bağlı tərəflər arasında fikir ayrılığı davam edərsə, bu, öz növbəsində ikitərəfli münasibətlərə də təsir edəcək. Bu isə tərəflərin heç biri üçün sərfəli deyil. O səbəbdən tərəflərin ortaq məxrəcə gəlməsi mümkün hesab olunur. Bir məqamı da qeyd edək ki, İranın bu məsələ ilə bağlı radikal mövqeyi bu dövlətin özü üçün bumeranq effekti verə bilər. Çünki bu, Türkiyə ilə ikitərəfli münasibətlərin perspektivi üçün də yaxşı nə isə vəd etmir. Üstəgəl, nəzərə almaq lazımdır ki, Qərb hər nə qədər Cənubi Qafqazla bağlı riyakar mövqə sərgiləsə də, İrana təzyiq üçün bir bəhanə axtarır. Bu mənada, rəsmi Tehranın Zəngəzur dəhlizi ilə bağlı radikal mövqeyindən istifadə edilməsi mümkündür. Belə bir vaxtda Ermənistan tərəfi İranın Zəngəzur dəhlizinə qarşı çıxmasının əsas səbəbini açıqlayıb. Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasında keçirilən görüşdə bu məsələ müzakirə edilib. Görüş zaman hakim partiyanın üzvlərindən biri İranın Zəngəzur məsələsində səmimiyyətinə inanmadığını bildirib. O deyib ki, Tehran Zəngəzur dəhlizi məsələsində Rusiyaya qarşı çıxmaqla həmin yolun İran ərazisindən keçiməsinə nail olmaq istəyir. Elə bu fonda xarici işlər naziri Ararat Mirzoyan İranın Zəngəzur dəhlizinə qarşı sərt çııxş etməsinin əsas səbəbini açıqlayıb. O, bu məsələyə aydınlıq gətirərək deyib ki, burada problem təkcə yolda deyil, əsas məsələ Tehranın Cənubi Qafqaz regionunda təsir gücünü qoruyub saxlamaqdan gedir: "Zəngəzur məsələsində Tehran uğursuzluğa düçar olarsa, o zaman bölgədə Türkiyə və Azərbaycan, həmçinin Qərb dominant gücə malik olacaq". Belarusdan olan ekspert Aleksandr Tixanski isə qeyd edir ki, İranın Zəngəzur dəhlizi ilə bağlı iddiaları siyasi-iqtisadi xarakter daşıyır: "İran BRICS və ŞƏT-in üzvüdür və bu, Zəngəzur dəhlizi ətrafında yaranmış vəziyyətin fonunda heç də az əhəmiyyət kəsb edən amil deyil. Nəzərə almaq lazımdır ki, məhz Ermənistanla Azərbaycan arasındakı Zəngəzur dəhlizi - Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında quru əlaqəni təmin etmək üçün nəzərdə tutulmuş nəqliyyat marşrutu ilə bağlı mübahisələrdə İran faktoru ortaya çıxıb. Bundan başqa, Tehran layihədən qəti şəkildə imtina etdiyini bu dəhlizi Bakı ilə birlikdə fəal şəkildə dəstəkləyən Moskvaya çatdırmaq üçün diplomatik addımlar atıb. Hesab olunur ki, Tehran müttəfiqi Ermənistanla əlaqəni itirməkdən qorxur, çünki onun ərazisindən salınmalı olan dəhliz daha çox əraziyə nəzarəti nəzərdə tutur. Amma başqa fikirlər də var: İranın iddiaları sırf iqtisadi xarakter daşıyır, əlbəttə, deyirlər ki, guya Tehran dəhlizin Araz çayının sahilindən, öz ərazisindən keçməsini istəyir". Azərbaycanın Zəngəzur dəhlizinin çəkilməsi məsələsindən imtina etdiyini deyən, bunu İrəvanla sülhün bağlanması üzrə danışıqlarda sıçrayış əldə etmək istəyi ilə əsaslandıran A.Tixanski bildirib ki, hazırda ABŞ-ın arzuladığı Çin-Qazaxıstan-Azərbaycan-Ermənistan-Türkiyə "dəhlizi" sual altındadır. O, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyevin Bakının Tehranla analoji layihə üzərində işləyəcəyini bildirən sözlərini xatırladıb. Analitikin fikrincə, Azərbaycan regional tərəfdaşlara arxalanıb, ilk növbədə ABŞ-ı Ermənistanla danışıqlar prosesinə təsir imkanından məhrum edib. İkincisi, İrəvanın hələ mövcud olmayan "dəhlizə" çıxışını əngəlləyib: "Tehran öz dəhlizini yaratmaq istəyir və Türkiyənin regionda güclənməsindən qorxur. Bundan başqa, biz İranla Rusiya Federasiyası arasında çoxlu ziddiyyətləri, o cümlədən Cənubi Qafqazda baş verənlərlə bağlı fikir ayrılığını da yaddan çıxarmamalıyıq. İran bu bölgədə xarici aktorların mövcudluğunun artmasına həmişə çox həssas yanaşıb. Zəngəzur dəhlizinin açılması Türkiyənin Azərbaycan və Mərkəzi Asiyaya birbaşa çıxışı deməkdir ki, bu da Ankaranın regionda iştirakını artırır. Rusiyanın buna şərait yaratması Tehranda anlaşılmazlığa səbəb olur. İran rəsmiləri öz şərhlərində bunu açıq şəkildə ifadə etmirlər və tez-tez sərt ifadələrlə çıxış etmək üçün dövlətə bağlı xəbər agentliklərindən istifadə praktikasına əl atırlar, çünki konkret olaraq heç kim onlara görə məsuliyyət daşımır. Agentlik nə istəsə yaza bilər, o, formal qurumdur, rəsmi şəxs deyil". Tixanskinin sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi Türkiyə-Azərbaycan müttəfiqliyi kontekstində Zəngəzur dəhlizini israrla və davamlı tələb edəcək, Tehran isə bu layihəyə qarşı çıxacaq. "Beləliklə, müxtəlif geosiyasi aktorlar arasında manevrlər edən, hətta Rusiya Federasiyasının Zəngəzur dəhlizinə təkbaşına nəzarətini əngəlləməyə çalışan Qərbin qaydaları ilə oynayan İran öz təsirini gücləndirməyə çalışır. Düşünürəm ki, İran prezidenti Məsud Pezeşkian yaxın vaxtlarda Rusiya rəhbərliyinin mövqeyinə şəxsən aydınlıq gətirə bilər. Onun Kazanda keçiriləcək BRICS-in oktyabr sammitində iştirak edəcəyi artıq təsdiqlənib. İranın Rusiyadakı səfiri Kazem Cəlili bildirib ki, bu tədbir çərçivəsində Pezeşkian ilə Putin arasında danışıqlar planlaşdırılır. Oktyabr ayını gözləyirik".

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ