Bazar ertəsi günü, 02 noyabr 2026
     

İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - İnanılmaz fenomen...

Image


Zəngəzur dəhlizi ilə bağlı Rusiya artıq daha sərt mövqe nümayiş etdirməkdə, bu xəttin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanat çərçivəsində açılmasını şərt kimi irəli sürməkdədir. 

Mövzuya yenidən toxunan Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanda səfərdə olarkən bir daha bildirib ki, Cənubi Qafqazda nəqliyyat kommunikasiyaları Azərbaycan-Rusiya-Ermənistan 10 noyabr üçtərəfli anlaşması çərçivəsində açılmalıdır: "Blokadanın ləğvi üç dövlətin başçılarının 9-10 noyabr 2020-ci il tarixli birgə bəyanatında öz əksini tapmış razılaşmalar çərçivəsində mümkündür. Bildiyiniz kimi, Rusiya həmişə Ermənistanın suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası prinsipləri əsasında bu prosesə qoşulmağa və kömək etməyə hazırdır". 

Dəhlizə qəti etiraz edən İranın mövqeyində də son günlərdə yumşalmalar hiss olunur. Düzdür, İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Məlaki yenə ölkəsinin buna qarşı olduğunu bəyan edir. Bildirir ki, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı ambisiyaları qəbuledilməzdir: "Bu yaxınlarda Rusiya rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı iddia irəli sürüblər və bu məsələ İran xalqı və parlament üçün qəbuledilməzdir, ona görə də Xarici İşlər Nazirliyi bu münasibətlə Rusiyaya ciddi xəbərdarlıq etməlidir". O xatırladıb ki, İran Ukrayna müharibəsində Rusiyanın tərəfində olmaqda ittiham olunur, ruslar isə İranın üç adasını (Böyük və Kiçik Tunb və Əbu Musa) Birləşmiş Ərəb Əmirliklərinə aid hesab edir və Zəngəzur dəhlizi ilə bağlı iddialar irəli sürürlər. Məlaki həmçinin vurğulayıb ki, Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışır və bu, İran üçün də qəbuledilməzdir. Lakin İran icraedici qurumları Zəngəzur dəhlizinə artıq fərqli yanaşma nümayiş etdirirlər. Beləliklə, Zəngəzur dəhlizi ilə bağlı son günlər Rusiya, İran və Ermənistanda maraqlı bir yanaşma formalaşıb. Bir daha qeyd eək ki, avqustun 18-19-da Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərindən sonra Zəngəzur dəhlizi ilə bağlı daha sıx bəyanatlar eşidilməyə başladı. Rusiya xarici işlər naziri Sergey Lavrov elə Bakıda ikən İrəvanı Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj etməkdə suçladı. Bundan sonra İrandan dəhlizə görə Rusiyaya qarşı kəskin bəyanatların ardı-arası kəsilmədi. Rusiyanın Tehrandakı səfirinin XİN-ə çağırılaraq Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı siyasətinə görə tənbeh edildiyi deyildi. İran mediasının yazdığına görə, "Rusiyaya tövsiyə edilib ki, Moskva və Tehran arasında strateji münasibətlərə ziyan vura biləcək addımlardan çəkinsin, çünki Zəngəzur dəhlizi İranın şimal-qərb sərhədində yeni münaqişə ocağı yarada bilər. İran rəsmiləri bu dəhlizə qarşı çıxdıqlarını dəfələrlə vurğuladılar, Ermənistan da onlara dəstəyə görə təşəkkür etdi. Bunlar fonunda Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın dediyinə görə, Rusiyaya qarşı kampaniyanın müəyyən dairələr tərəfindən həvəsləndirildiyi aydındır: "Onlar "Moskva və Tehran arasında genişlənən strateji tərəfdaşlığa ixtilaf səpmək üçün ən absurd imkandan belə yararlanırlar".Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə qeyd edir ki, Zəngəzur dəhlizinin Rusiyaya lazım olması iddiası nağıldır, çünki Rusiyanın İranla Xəzər dənizindən keçməklə əlaqəsi var. Amerikalı təhlilçi Pol Qobl qeyd edir ki, Bakı və İrəvan tranzit xətlərinin açılmasını sülh sazişi layihəsindən çıxarmağa razılaşsa da, Azərbaycan Moskvanın, ola bilsin, Tehranın bu məsələni gələcəkdə gündəmə gətirməsində maraqlıdır – ya Bakıya Zəngəzur dəhlizinə nəzarət imkanı verməklə, yaxud da İran ərazisindən Naxçıvana alternativ marşrut təklif etməklə. Təhlilçi Tehranın öz ərazisindən alternativ marşrut təklif etdiyini da vurğulayır. Ekspert deyir ki, Tehran əslində Zəngəzurdan kommunikasiyanın açılmasına deyil, həmin ərazidə suverenliyin dəyişdirilməsinə, nəzarətin Ermənistandan Azərbaycana keçmə ehtimalına etiraz edir: "Məncə, Bakı bunu anlayır, inanır ki, suverenlikdə dəyişikliyi çıxmaqla istədiyini alacaq, İranla əməkdaşlıqdan digər imtiyazlar da əldə edəcək". İmtiyazlara gəlincə, təhlilçinin fikrincə, İran həm Bakı, həm də Rusiya üçün nəqliyyat dəhlizi rolunu oynayacaq, həmçinin Tehran İrandakı azərbaycanlı azlığa münasibətdə daha az repressiv davranacaq: "Bakı həm də Araz çayının suyundan istifadə, eləcə də Urmiya gölünün quruması ilə bağlı İranla razılığa gəlməkdə maraqlıdır. Bunlar real məsələlərdir". Amma Azərbaycan rəsmiləri indiyədək İranın Qərbi Azərbaycan vilayətindəki Urmiya gölünün quruması ilə bağlı açıq bəyanat səsləndirməyiblər. Ermənistandan təhlilçi Riçard Qiraqosyan "Azatutyun" radiosuna müsahibəsində deyir ki, İranın Zəngəzur dəhlizi məsələsində qırmızı xətlə bağlı tələbi yerinə yetirilib, yəni Azərbaycanla Ermənistan arasında yol-dəmiryol danışıqlarında İran-Ermənistan sərhədinə təhdid görünmür. Təhlilçi Qəzza müharibəsinin, Suriya, İraqda, Yəməndə İranın əlaltılarının gücləndirilməsinin Tehranın diqqətini yayındırdığını vurğulayır. Bu fonda Rusiya Zəngəzur dəhlizini ona görə istəyir ki, alternativ olaraq Çindən, Hindistandan, Asiyadan yükdaşımalar onun nəzarəti altında gerçəkləşsin, Türkiyə ilə də Azərbaycan vasitəsilə əlaqədə olsun, Qərbin sanksiyalarından kənar Rusiyaya yükdaşımaları həyata keçirə bilsin. Erməni politoloq Qiraqosyan rəsmi Bakının Moskva ilə münasibətlərindən danışarkən prezident İlham Əliyevin Moskvanı, Vladimir Putini Ermənistan rəhbərliyindən daha yaxşı anladığını deyir: "Əliyev prezident Putin ilə özünü daha rahat hiss edir, nəinki baş nazir Paşinyan. Eyni zamanda Azərbaycanın regionda Rusiyanın maraqlarına meydan oxuduğunu düşünürəm. Ancaq qeyd etmək lazımdır ki, Rusiyanın yaddaşı yaxşıdır, dözümlülüyü azdır. Deyərdim ki, əsas narahatlıq regionda rəqabətin artması ilə bağlıdır və Azərbaycan burada ustalıqla gedişlər edir". 

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ