Bazar ertəsi günü, 02 noyabr 2026
     

Azərbaycan sərhəd delimitasiyasında daha əlverişli mövqeyə çıxdı...

Image


Azərbaycan delimitasiyanı yalnız onun üçün faydalı olan yerdə aparacaq. Bunu Ermənistanın keçmiş müdafiə naziri, "Hayastan" fraksiyasının lideri Seyran Ohanyan parlamentdə keçirdiyi brifinqdə delimitasiya komissiyalarının reqlamentinin mətnini şərh edərkən deyib.

Qeyd edək ki, sentyabrın 5-də Ermənistan hökuməti müzakirəsiz Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyalar haqqında müddəanın ratifikasiyasını təsdiqləyib. Sənəd Konstitusiya Məhkəməsinə göndərilib və ona sentyabrın 24-də baxılacaq. Ohanyan bu xüsusda bildirib: "Reqlamentdə mövcud olan ziddiyyətlər Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunarsa, Azərbaycanın Ermənistana təzyiq göstərməsi üçün əsas olacaq... Orada ən azı iki qeyri-real məqam var". Birincisi, deputatın fikrincə, Almatı Bəyannaməsi ilə bağlı bənddə dəyişiklik edilməsinin, ikincisi müəyyən ərazilərdə delimitasiya və demarkasiyanın aparılmasının mümkünlüyünə aiddir: "Harada Azərbaycan öz maraqlarına uyğun olaraq delimitasiya aparmaq istəyirsə, bunu edəcək. Harada yoxdursa, o da olmayacaq". Onun fikrincə, Azərbaycan İrəvana daha da təzyiq göstərmək üçün Konstitusiya Məhkəməsinin icazəsindən istifadə edəcək. Ohanyanın blokdakı həmkarı Qeqam Manukyan Ermənistan Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Xidmətinin rəhbərlərinə Konstitusiya Məhkəməsinin Gürcüstanla delimitasiya komissiyalarının reqlamentinə baxıb-baxmaması ilə bağlı sorğular göndərib. Xatırladaq ki, ötən ay İrəvan və Bakı sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə imzalayıblar. Burada  qeyd edildiyi kimi, o, delimitasiya işinin təşkili və müvafiq sənədlərin qəbulunu, dövlət sərhədinin keçməsini təsvir edən protokolun, müvafiq miqyasda delimitasiya xəritəsinin tərtib edilməsini və müvafiq sənədlərin qəbulunu nəzərdə tutur. 19 aprel razılaşmasının əsas götürüldüyü bu razılaşmada qeyd olunur: "Tərəflər delimitasiya prosesində 1991-ci il Almatı Bəyannaməsinə əsaslanacaqlarına dair razılaşıb və bunu baza prinsipi olaraq götürürlər. Əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq". Bu o deməkdir ki, Azərbaycan Ermənistanla sülh sazişində delimitasiya prinsiplərini dəyişdirə və 19 aprel razılaşmasının müvafiq bəndini sıradan çıxara bilər. Bu məqam da Ermənistanda müzakirələrə səbəb olub. "Hayastan" mərkəzinin rəhbəri Karen Bekaryan bildirib ki, 7 maddədən ibarət reqlament Ermənistan üçün təhlükəlidir: "Xüsusilə 5-ci maddə diqqət çəkir. Azərbaycan bu maddəyə əsasən istədiyi ərazilərdə delimitasiya-demarkasiya həyata keçirə bilər. Bununla yanaşı, proses başa çatmasa, həmin ərazilər demarkasiya-delimitasiya edilmiş hesab olunacaq. Bu o deməkdir ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi 100 il də davam edə bilər, Azərbaycan da yalnız demarkasiya etmək istədiyi ərazilərə diqqət ayıracaq. Rəsmi Bakı həm də istədiyi vaxt Almatı Bəyannaməsindən imtina etmək hüququnu özündə saxlayır. Əgər Azərbaycan bu bəyannamədən imtina edərsə, Paşinyanın elan etdiyi 29.743 kvadrat kilometr ərazini tanımayacaq". 

Bunlara cavabında "Vətəndaş müqaviləsi" fraksiyasının katibi Artur Ovannisyan bildirib ki, müxalifət yenə hədyan danışır: "Bu prosesi ətraflı müzakirə etmək üçün hələ vaxtımız olacaq. Tənzimləmə əsasən texniki həllərdən ibarətdir. Qeyd edək ki, biz konstitusiya məsələsi ilə çətinliklə məşğul oluruq, baxmayaraq ki, məsələ Konstitusiya Məhkəməsi sahəsindədir. Gözləyək, görək məhkəmə hansı nəticəni verəcək". Ovannisyan Kirantsda delimitasiya prosesindən sonra niyə yeni reqlamentin imzalandığı sualına da cavab verib:  "Qeyd edək ki, Tavuşda demarkasiya prosesi Ermənistan Respublikasının nailiyyəti idi, çünki Ermənistan silahlı qüvvələrinin nəzarəti altında qalan, lakin Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda qalan kəndlər müharibənin tətikçisi idi. Və burada heç bir problemimiz yoxdur. Bu prosesdə sərhədin demarkasiyası ilə bağlı tənzimləmə və iş proseduru formalaşdı və Almatı bəyannaməsi vurğulandı ki, bununla da Kiratsın özündə sərhəd demarkasiyası baş verdi. Biz qeyd edə bilərik ki, Kirantsda sərhədin demarkasiyası bir presedent idi, bunun əsasında biz iş qaydasını yaratdıq və onun əsasında onu bütün sərhəd boyu yayacağıq". Belə bir vaxtda diqqət həm də ona çəkilir ki, Ermənistana sərhəd zonalarda əhalinin köçü davam edir. Bu da sərhəddə erməni tərəfi üçün vəziyyəti çətinləşdirir. Erməni ekspert  Hayk Xanumyan bu xüsusda bildirir: "2020-ci il müharibəsindən sonra Tavus, Zəngəzur və Göyçədən 50 min insan çıxıb. Bu, Ermənistanın təhlükəsizliyinin problemidir, yoxsa yox? Niyə həll etmək üçün heç bir iş görülmür? İnsanların bu mühüm bölgələri tərk etməsinə səbəb "Qarabağ səlahiyyətliləri"dirmi?". Xanumyan bildirib ki, Ermənistan hakimiyyəti Azərbaycanın konstitusiyanın dəyişdirilməsi, ATƏT-in Minsk qrupundan imtina edilməsi, Bakıya qarşı ambisiyalardan imtina edilməsi ilə bağlı tezislərini təkrarlayır. "Qraparak" nəşri Ermənistan Statistika Komitəsinə istinadən Zəngəzur bölgəsindəki əhalinin sayının sürətlə azaldığını yazır: "Statistik məlumatlara görə, ötən ilin iyul ayından bu ilin iyul ayının 1-nə qədərki dövrdə Zəngəzur bölgəsinin əhalisi 18 min nəfər azalıb. Bunun 12 mini şəhər, 6 mini isə kənd əhalisidir. Təkcə Teğ kəndini min sakin tərk edib, bu kəndin əhalisinin sayı cəmi 6 mindir". Nəşr qeyd edir ki, ermənilər sərhəd bölgələrini sürətlə tərk edir.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ