Bazar ertəsi günü, 02 noyabr 2026
     

QHT sədrləri şəhidlərin məlumatlarının Vikipediyadan silinməsinə etiraz etdi...

Image


Bir neçə gündür ki, Vikipediyada Qarabağ müharibəsi şəhidlərinin məlumatlarının silinməsi ilə bağlı yayılan məlumatlar və cəmiyyətin sərt reaksiyaları geniş müzakirələrə səbəb olub. Bu addım Azərbaycan cəmiyyətində böyük narahatlıq doğurub və milli dəyərlərə qarşı ciddi hörmətsizlik kimi qiymətləndirilib. Silinən məlumatlar şəhid ailələrini və vətənpərvər vətəndaşları haqlı olaraq hiddətləndirib. Bir çox QHT rəhbərləri də bu məsələyə öz münasibətlərini bildirərək, belə addımları milli xəyanət və şəhidlərimizin əziz xatirəsinə dərin hörmətsizlik kimi dəyərləndiriblər.

Bu hadisə ilə bağlı QHT rəhbərləri və ictimai fəallar narahatlıqlarını ifadə edərək, bunu Azərbaycan xalqının qəhrəmanlıq irsini və tarixi yaddaşını təhrif etmək cəhdi kimi görürlər. Xüsusilə, milli düşüncəmizə zidd olan bu addımlar şəhidlərimizin əziz xatirəsinə qarşı ən böyük haqsızlıq kimi vurğulanır. Müxtəlif QHT sədrləri də məsələ ilə bağlı öz fikirlərini QHT.az saytı ilə bölüşüblər.

Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu:

"Vikipediyada yazı silənlər dəstəsi nəzarətə götürülsün. Vikipedianın Azərbaycan seqmentinə "məsul" olan bəzi ibtidai yabanı bitkilərin alaqotu düşüncəsinin, kərtənkələ əməlinin törətdiyi milli soyqırımla bağlı dəfələrlə həyəcan təbili çalanlardan biri də mənəm. Bu dəstənin bir neçə üzvü ilə virtual sektorda danışıb murdar hərəkətlər etdiklərini dəfələrlə xatırlatmışam. Bu mövzuda mötəbər tədbirlərdə, media orqanlarında, sosial şəbəkələrdə çıxışlar etmişəm. 

Demişəm və deyirəm ki, bu dəstənin milliliyimizi hədəf alan üzvləri məhz Vətən əleyhinə işlər görürlər. Məqsəd tariximizə, dəyərlərimizə, şəxsiyyətlərimizə, bütövlükdə varlığımıza "vikipedik deyil" bəhanəsi ilə zərbə endirmək, kimliyimizi zədələməkdir. Bu da növbəti acı və ağrıdıcı faktdır. Həmin alaqotu düşüncəli dəstə yüzlərlə şəhidlərimiz barədə məqalələri "vikipedik deyil" iddiası ilə vikipediyadan siliblər. Hadisədən ilk dəfə dəyərli həmkarım Fərid Pərdəşünasın paylaşımı vasitəsilə xəbər tutmuşam. İlk reaksiyam belə olmuşdu: axı bu adamlar kimdir ki, belə rəzalətə çəkinmədən müəlliflik edirlər?  

Əziz həmkarım Rey Kərimoğlunun paylaşımı sualıma dəqiq cavab oldu. Şəhidlərimizin ruhuna həqarət edən bu dəstənin təmsilçilərinin haradan sifariş aldığı aydınlaşdı. Bizimki olmayanların bizim vikipedianı idarə etməsinə imkan vermək olmaz. Yerləşdirilən məqalələri vikipediyadan silmək səlahiyyətinə malik olan hər kəs nəzarətə götürülsə, onların fəaliyyətini hüquq-mühafizə orqanları izləsə, şəhidlər barədə yazıların silinməsi halı baş verə bilməz.

"Solavirum", "Grenzsoldat", "Nemoralis", "Dr.Wiki54" nikləri altında gizlənən Ayxan Zayıdzadə, Cəlal Cavadov, Nəriman Məmmədli, Cavid Rəsulzadə və bu sinfə daxil olan ibtidai yabanı bitkilər kimi həyat tərzi keçirənlərin strateji informasiya sahəsində rol almağı düzgün deyil."

Keçmiş QHT rəhbəri Elçin Mirzəbəyli:

"Zahirən və mahiyyət etibarilə Azərbaycan xalqı ilə yaxından-uzağa heç bir əlaqəsi olmayan bu vikipediaçıların şəhidlərimizlə bağlı məqalələri antiterror əməliyyatlarının ildönümü öncəsi kütləvi şəkildə pozmaları əsla təsadüfi deyil. Bu şərəf və ləyaqət yoxsullarının torpaqlarımızın işğal altında olduğu zaman kəsiyində, çeşidli proqramlar vasitəsilə azərbaycanlıları təslimçi sülhə sövq etmək istəyənlərin, 44 günlük müharibə və postmüharibə dövründə, eləcə də antiterror əməliyyatları zamanı və daha sonra "müharibə əleyhinə" çağırışlar etməklə müharibə canilərini, terrorçu-separatçıları müdafiə edənlərin cərgəsində yer aldıqlarına da zərrə qədər də şübhə etmirəm. Baş verənlər informasiya təhlükəsizliyi ilə bağlı olduğu üçün ciddi şəkildə araşdırılmalı, sifarişin haradan və hansı məqsədlə verildiyi müəyyənləşdirilməlidir."

İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı:

"Bu adamlar Vikipediyada şəhidlərimizlə bağlı məlumatları silənlərdir. Şəhidlərimizlə bağlı məqalələri silən bu şəxslər xalqımıza və dəyərlərimizə xəyanət edirlər. Onların xəyanətkar əməlləri davam edir və hazırda Xocalı qurbanlarına dair məqalələrin silinməsinə cəhd göstərirlər. Bütün bunların Zəfər tariximizin başlandığı sentyabr ayına təsadüf etməsi isə heç də təsadüfi deyil. Hesab edirəm ki, bu şəxslərin xarici xüsusi xidmət orqanları ilə mümkün əməkdaşlığı ciddi şəkildə araşdırılmalıdır."

Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə:

"Azərbaycan tarixinin əsl həqiqətləri müxtəlif ideologiyalar tərəfindən təhrif ediləndə başqa dövr idi. İndi isə ən yaxın tariximizi yazan şəhidlərimiz haqqında yazıları silən xainləri tanıyın. Bu kibercinayətdir və onlar cəzalarını almalıdır. Bu şərəfsizləri müdafiə edənlər də rədd olub getsinlər. Şəhidlərimiz haqqında o qədər yazılar var və olacaq ki, bu selin qarşısını kimsə ala bilməz!"

"Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin sədri İradə Rizazadə:

"Şəhidlərimizə qarşı belə hərəkətlər edən şəxslərin azərbaycanlı olması böyük sual doğurur. Bu, hər hansı siyasi məsələ deyil, fərqli etiqadınız olsa belə, söhbət Vətən uğrunda canlarını fəda edən insanlardan gedir. Bu qədərmi alçalaraq mənliyini pula satan insanlar ola bilər? Çox güman ki, onlar ölkə xaricində fəaliyyət göstərirlər. Lakin belə şəxslərin ən ağır şəkildə cəzalandırılması vacibdir ki, xalqın şəhidlərinə qarşı hər hansı hörmətsiz hərəkətin nəticələrini anlasınlar. Qeyd edim ki, bu məxluqlar son günlərdə müzakirəyə çıxarılan, Vikipediyada şəhidlərimizin məqalələrini silən və sildirənlərdir – Ayxan Zayıdzadə, Cəlal Cavadov, Nəriman Məmmədli və Cavid Rəsulzadə."

Qadın Problemlərinin Tədqiqatları Mərkəzinin sədri Sevil Allahverdiyeva:

"Şərəfsiz haramzadələr! Bunlar ömürlük həbs cəzasına məhkum edilməlidirlər. Anaları baxıb fəxr etsinlər yetimçələri ilə."

Regional Gender Mərkəzinin sədri Şərqiyyə Dadaşova:

"Şəhidlərimizə qarşı bu cür münasibət bağışlanmazdır. Onlar hər zaman bizim qəlbimizdədir. Bu adamlara isə Azərbaycanın dəyərindən və gerçəkliyindən xəbərsiz olmaq yaraşır. Ayıb olsun!"

Azərbaycan Milli İnkişaf Layihəsi İctimai Birliyinin sədri Rauf Rəcəbov:

"Bunların özlərini təftiş etmək lazımdır. Kimi istəyirlər, məlumatlarını Vikipediyadan silirlər. Şəhidlərimizə qarşı olan bu hərəkətlər bağışlanmazdır. Kim onlara bu ixtiyarı verib? Manqurtlar."

Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Zamin Zeynal:

"Bu cür düşmən dəyirmanına su tökən gənclərin olması təəssüf doğurur. Faktiki olaraq bu cür hərəkətlər dövlətimizə və millətimizə xəyanətdir. Buradan aydın olur ki, ölkəmizin informasiya təhlükəsizliyi ilə bağlı məsələlərə vətəndaş cəmiyyəti olaraq diqqətimizi daha da artırmalıyıq."

Qarabağın Tərəqqisi Naminə İctimai Birliyinin nümayəndəsi Urfan Sərkərov:

"Son zamanlar Vikipediyanın Azərbaycan bölməsində şəhidlərimizə həsr olunmuş məqalələrin silinməsi hadisəsi ilə qarşılaşmışıq. Qarşı tərəfin bunu etməsi müəyyən mənada başa düşülə bilər, lakin "sapı özümüzdən olan baltalar"ın belə bir addım atması təəssüf doğurur. Vikipediyaçılar arasında şərəfli insanlar olduğunu bilirəm və ad çəkməklə kimisə hədəf göstərməyin doğru olmadığını düşünürəm, amma bu, təkcə tariximizə deyil, həm də milli kimliyimizin vacib hissəsinə qarşı bir təhqirdir.

Şəhidlərimiz Vətənimizin azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş qəhrəmanlardır. Onların həyat hekayələri, göstərdikləri şücaət və fədakarlıqları gələcək nəsillər üçün ilham mənbəyi olmalıdır. Vikipediya kimi açıq bir platformada bu məqalələrin silinməsi, onların xatirəsinin silinməsi cəhdidir. Bu cür hərəkətlərin arxasında duran arqumentlər, əsasən, "ensiklopediklik" və "neytrallıq" prinsiplərinə əsaslanır. Lakin bu prinsiplərin şəhidlərimizin xatirəsinə tətbiq edilməsi absurddur. Şəhidlərimiz təkcə tarixi şəxsiyyətlər deyil, həm də millətimizin qəhrəmanlarıdır. Onların hekayələri hər bir Azərbaycan vətəndaşı üçün əhəmiyyətlidir və heç bir prinsip onların xatirəsinin silinməsini əsaslandıra bilməz. Hazırda Vikipediyanın Azərbaycan bölməsində yüzlərlə "ensiklopedik olmayan" məlumat olduğunu nəzərə alsaq, şəhid məqalələrinin silinməsi, həmçinin informasiya müharibəsinin bir təzahürüdür. Tariximizi və qəhrəmanlarımızı unutdurmaq istəyən qüvvələr bu cür hərəkətlərlə məqsədlərinə çatmağa çalışırlar. Bu, milli yaddaşımıza qarşı yönəlmiş bir hücumdur və biz buna səssiz qala bilmərik.

Bir Azərbaycan vətəndaşı kimi aşağıdakıları tələb edirəm:

1. Vikipediya Azərbaycan bölməsi administrasiyası şəhid məqalələrinin silinməsi hallarını araşdırmalı və bu cür hərəkətlərə yol verən şəxslərə qarşı tədbirlər görməlidir.
2. Şəhidlərimizin xatirəsinin qorunması üçün Vikipediyada xüsusi bir bölmə yaradılmalı və bu bölmədə şəhidlərimizə həsr olunmuş məqalələr qorunmalıdır.
3. İnformasiya müharibəsinə qarşı mübarizə gücləndirilməli və tariximizi, qəhrəmanlarımızı unutdurmaq istəyən qüvvələrə qarşı qətiyyətli tədbirlər görülməlidir.

Şəhidlərimizin xatirəsi əbədidir!"




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ