çərşənbə axşamı günü, 25 avqust 2026
     

NATO Ukraynaya girir - dünya məhv olmaq üzrədir...

Image


Rusiya və NATO ölkələri arasında Ukrayna münaqişəsi ilə bağlı davam edən ziddiyyət dünyanı sürətlə nüvə müharibəsinə yaxınlaşdırmaqdadır. Hər halda, verilən açıqlamalar da bu qənaəti gücləndirir. 

Bunlar fonunda İngiltərənin "The Guardian" qəzeti hökumətdəki mənbələrə istinadla iddia edir ki, Britaniya Ukraynaya Rusiya ərazisinin dərinliklərinin vurulması üçün "Storm Shadow" qanadlı raketlərindən istifadə icazəsi verib, lakin bu barədə rəsmən bəyan edilməyəcək.

Qəzetin mənbələri iddia ediblər ki, "Storm Shadow" raketləri ilə bağlı müsbət razılaşma əldə olunmasaydı, böyük bir ehtimalla, Kiyevdə Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə Ukrayna prezidenti Volodimir Zelenskinin görüşü də baş tutmazdı. "The Guardian" eyni zamanda vurğulayır ki, Lemmi bu barədə açıq bəyanat versəydi, onun sözləri təxribat kimi yozula bilərdi. Qəzetin məlumatına görə, düşünülməmiş və lüzumsuz hücumların baş verməməsi üçün Kiyevin raketlərdən istifadəsinə yenə də müəyyən məhdudiyyətlər qoyulacaq. Bunun ardınca ABŞ dövlət katibi Entoni Blinken  Volodimir Zelenski ilə görüşündə ona Kiyevin uzaqvuran silahlardan Rusiya ərazisinə zərbələrin endirilməsi üçün icazə istəyini prezident Co Baydenə yetirəcəyini vəd edib. Zelenski bu görüşlərdən sonra Entoni Blinken və Devid Lemmi ilə danışıqları məzmunlu və geniş adlandırıb. O bildirib ki, ən mühümü Ukraynanın arqumentlərinin nəzərə alınmasıdır: "Söhbət həm uzaqvuran silahlardan, həm cəbhə xəttindəki briqadaların təchizatından, həm də ədalətli sülhü yaxınlaşdırmağın ümumi strategiyasından gedir". Bu arada Kreml bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya onun ATACMS uzaqmənzilli raketləri ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirilməsi icazəsi verərsə, Moskva buna "uyğun" cavab verəcək. "Reuters" agentliyi yazır ki, Moskva artıq belə bir icazənin verildiyini ehtimal edir. Bundan əvvəl xəbər verilmişdi ki, Bayden administrasiyası Kiyevə belə bir icazənin verilməsi üzərində işləyir. Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə gündəlik brifinqində deyib ki, belə görünür, Vaşinqton Rusiya ərazisinin dərinliklərinə zərbə endirilməsi üçün Ukraynaya icazə verib. Ukrayna təhlükəsizlik xidmətinin polkovniki, Ali Radanın deputatı, parlamentin təhlükəsizlik, müdafiə və kəşfiyyat komitəsinin katibi Roman Kostenko  bildirib ki, Ukraynaya təkcə vurma radiosu 300 kilometrədək olan ATACMS raketlərindən deyil, həm də daha uzaqvuran raketlərdən istifadə icazəsi veriləcək: "Belə bir cəbhədə 300 kilometr yaxşı operativ dərinlikdir, lakin bu, Rusiya ilə müharibədə bütün problemləri həll etməyəcək. Üstəlik bizim öz raket proqramımız fəaliyyətdədir. Mən ümid edirəm ki, yaxın gələcəkdə bunun nəticələrini görəcəyik".   

Qeyd edilənlərə cavab olaraq, Rusiya prezidenti Vladimir Putin deyib ki, Kiyevə uzaqvuran silahlarla Rusiya ərazisinə zərbələr endirilməsinə icazə verilməsi NATO və Avropa dövlətlərinin müharibədə birbaşa iştirakı kimi qiymətləndiriləcək. Sankt-Peterburqda jurnalistlərin suallarına cavab verən Putin bildirib ki, NATO ölkələri hazırda, sadəcə olaraq uzaqvuran silahlardan istifadə edilməsinə icazə verilməsini deyil, həm də əslində, münaqişəyə özlərinin birbaşa qoşulub-qoşulmaması məsələsini müzakirə edirlər. Rusiya prezidentinin sözlərinə görə bu raket sistemlərinə uçuş tapşırıqları texniki baxımdan yalnız NATO ölkələrinin hərbi qulluqçuları tərəfindən verilə bilər. Putin qeyd edib ki, Qərb ölkələrinin Ukrayna münaqişəsində birbaşa iştirakı onun xarakterini dəyişmiş olur: "Beləliklə Rusiya yaranmış təhdidlərdən çıxış edərək qərarlar qəbul etməli olacaq". Bu arada Blinkenlə görüş zamanı Polşanın xarici işlər naziri Radoslav Tsikorski deyib ki, Moskva Ukraynada mülki obyektlərə hücumlar etməklə hərbi cinayətlər törədir və belə olan surətdə Kiyevə Rusiya ərazisini uzaqmənzilli raketlərlə vurmaq icazəsi verilməlidir. Belə qənaətə gəlmək olar ki, Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya Federasiyasının dərinliklərində yerləşən mühüm hərbi və strateji hədəflərə uzaqmənzilli raket zərbələri endirilməsi təhlükəsi realdır. Ukrayna Silahlı Qüvvələri hərbi logistikanı pozmaq və Rusiyanın ehtiyatlarının qarşısını almaq üçün strateji hədəflərə hücum etmək niyyətindədir. Kiyevə təhvil verilmiş yüksək dəqiqlikli silahlar haqqında açıq məlumatların təhlili belə qənaətə gəlməyə imkan verir ki, Rusiyanın dərinliklərində 560 km-ə qədər hədəflər vurula bilər. Məsələn, Bryansk vilayətinin sərhədinə yaxın Ukrayna ərazisindən buraxılan "Storm Shadow" raketi Moskva vilayətindəki obyektləri təhdid etmək gücündədir. "Storm Shadow" Ukraynanın Su-24M bombardmançılarından buraxılış üçün uyğunlaşdırılıb. Ukrayna Silahlı Qüvvələrində belə təyyarələr çox deyil, lakin mövcuddur. Raketdəki döyüş başlığının çəkisi demək olar ki, yarım tondur. O, saatda təxminən 1000 km sürətlə cəmi 30–40 m hündürlükdə hədəfə uçur və onu vurmaq çox çətindir. Kiyev bu silahlardan artıq 2023-2024-cü illərdə Donbas və Krımdakı hədəflərə qarşı istifadə edib. Hazırda Ukrayna Silahlı Qüvvələrində nə qədər "Storm Shadow" olduğu bilinmir. Qərb mətbuatının yazdığına görə, əvvəllər Kiyevə təhvil verilmiş "Storm Shadow" və Fransanın SCALP-EG raketi 250 km məsafə ilə məhdudlaşıb. Bu məhdudiyyətlər aradan qaldırılarsa, raketlər 560 km-ə qədər məsafədəki hədəfə uça biləcək.  Belə br vaxtda Birləşmiş Ştatlar Ukraynaya 370 km-ə qədər hədəf vurma diapazonuna malik AGM-158A JASSM qanadlı təyyarə raketləri tədarük etmək barədə razılaşmaya yaxındır. Hər birinin çəkisi yarım ton olan döyüş başlığı olan bu raketlərdən ikisini F-16 qırıcıları daşıya bilir. Artıq bir neçə belə təyyarə Ukrayna Silahlı Qüvvələrinə verilib. Bu vəziyyətəd Rusiyanın Ukrayna tərəfindən Qərbin iştirak etməsini əsas gətirirək taktiki nüvə silahlarına əl atması ehtimalı yüksəkdir. Elə bu da dünyanı nüvə savaşına yaxınlaşdırır.

Tahir  TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

Azərbaycan və daha 2 türk dövləti Avrasiyanın "orta gücləri"nə çevrilir...

SON XƏBƏRLƏR

25.08.2026 / 18:11
Astarada həyətində narkotik bitkilər yetişdirən şəxs saxlandı

25.08.2026 / 17:57
Türkiyədə trekkingin ən qeyri-adi ünvanı - Duz Gölündə ultra-trail macərası

25.08.2026 / 17:39
Tramp İranla bağlı dünya liderlərinə bir-bir zəng vuracaq - xəbərdarlıq və hədə zəngi...

25.08.2026 / 17:25
Paşinyan Köçəryanın bütün gəlir qaynaqlarını da qurudur… Şirkət direktorları saxlandı - 2,6 milyardlıq yeyinti…

25.08.2026 / 17:11
Paşinyan Köçəryan və Sarkisyanı bitirmək üçün hərəkətə keçdi – biri həbs edildi, digərinə cinayət iş açıldı…

25.08.2026 / 16:55
Qazaxıstanda "Ədalət"lə "Əmanət" birləşsə də, Tokayevin planları ilə bağlı qeyri-müəyyənlik qaldı...

25.08.2026 / 16:34
“Azəripək” “Azərxalça”ya birləşdirilir - FƏRMAN

25.08.2026 / 16:32
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevrilir...

25.08.2026 / 16:29
Formula 1-lə bağlı viza proseduru sadələşdirilir - SƏRƏNCAM

25.08.2026 / 16:25
Zelenski Prezident İlham Əliyevə təşəkkür etdi

25.08.2026 / 16:22
Qeyri-neft ixracı 184 faiz böyüdü - qızılın ölkə iqtisadiyyatında xüsusi çəkisi artır...

25.08.2026 / 16:03
İsrail özünü "Yaxın Şərqdə ən demokratik ölkə" elan etdi - Türkiyə bu bəyanatı cavabsız buraxdı...

25.08.2026 / 15:45
Ukrayna Rusiyanın Afipski və Həştərxan neft-qaz emalı zavodlarını vurdu…

25.08.2026 / 15:30
Ermənistanın Avroittifaqa üzvlük referendumunun vaxtı bəyan edildi...

25.08.2026 / 15:17
Laçında Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü keçirildi

25.08.2026 / 15:12
Azərbaycan memarlığında xəlvətiyyələr...

25.08.2026 / 15:03
Prezident seçkiləri Ukraynanı məğlubiyyətə sürükləyə bilər...

25.08.2026 / 15:00
Bakı ilə Daşkənd bir-birinə əvəzsiz qapılar açır - biri Mərkəzi Asiyaya, digəri Avroatlantik məkana...

25.08.2026 / 14:52
Moskva ilə İrəvan “səssiz boşanma” mərhələsində?...

25.08.2026 / 14:34
ABŞ İranla əlaqəli ölkələri dollar sistemindən ayırmaqla hədələdi - əlaqələri kəsin…

25.08.2026 / 14:18
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına mane olan yeni qüvvə...

25.08.2026 / 14:02
Pezeşkian ABŞ-ı İranla danışıq tonunu dəyişməyə çağırdı…

25.08.2026 / 13:28
Azərbaycanla Özbəkistan Xəzərdə birgə dəniz donanması yaradır...

25.08.2026 / 13:10
Azərbaycanda bu pulu 250 manata alırlar...

25.08.2026 / 12:55
Özbəkistan nefti Azərbaycan üzərindən Qərbə nəql edilə bilər – qərar verildi...

25.08.2026 / 12:27
ABŞ SEPAH-ın beş yüksək rütbəli komandirinin başına pul qoydu - 10 milyon dollar...

25.08.2026 / 12:15
866 qutu tütünü sərnişinlərə paylayaraq ölkəyə keçirməyə cəhd etdilər....

25.08.2026 / 12:01
Netanyahu İranın oğluna sui-qəsd cəhdi etdiyini açıqladı...

25.08.2026 / 11:47
Köçəryan və oğlu Sedrak saxlandı – ailənin bağlı olduğu bütün şirkətlərdə axtarış aparılır…

25.08.2026 / 11:34
Paşinyan dəmir yolları ilə bağlı Rusiyaya çağırış etdi - üçüncü bir ölkəyə satın...

25.08.2026 / 11:21
Rusiya Ukrayna və Moldova sərhədində daha bir keçid məntəqəsini vurdu…

25.08.2026 / 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə xəbərdarlıq...

25.08.2026 / 09:54
Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6500-ü keçdi

25.08.2026 / 09:36
ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləmədi...

25.08.2026 / 09:12
Gələn həftədən su obyektlərindən istifadə ödənişli olacaq - Məbləğlər

25.08.2026 / 08:47
Yaponiya baş naziri tənhalıqdan şikayət etdi - “…tarakanı öldürmədim”…

25.08.2026 / 08:31
İsrail çərpələnglərə qarşı savaş açdı - “…dronlar ilə eyni münasibət göstəriləcək”

25.08.2026 / 08:18
Vaxtilə Navalnının tutulmasına səbəb olan bloger həbsə atıldı - Putini “müharibə cinayətkarı və oğru" adlandırdığına görə

25.08.2026 / 08:01
Oman sahillərində neft tankerinə şübhəli hücum…

25.08.2026 / 07:56
Trampın “Suriyanı çiçəkləndirmək” vədinin icrasına başlandı - “Təhrir əş-Şam” terrorçu siyahısından çıxarıldı

25.08.2026 / 07:35
İsveçrə Rusiya aktivlərinin istifadəsini mümkünsüz saydı

24.08.2026 / 22:50
Rusiyanın Avropadakı silah zavodlarına GİZLİ HÜCUM ƏMƏLİYYATI ortaya çıxdı – azı beş zavodda yanğın, partlayışlar…

24.08.2026 / 22:25
Kremldən Paşinyana cavab - ehtiyacı yoxdursa, KTMT-dən çıxa bilər…

24.08.2026 / 22:08
Adi “TIR" sürücüsü də Rusiyada casus kimi tutulur - çünki azərbaycanlıdır...

24.08.2026 / 21:53
ABŞ-ın borcu yenə dodaq uçuqladır, üstəlik hər saniyə 58 min dollar artır...

24.08.2026 / 21:40
Paşinyan işğaldakı 3 kəndimizin adını çəkdi - Bəs 4 idilər?

24.08.2026 / 21:27
"Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir" - Vüqar Rəhimzadə

24.08.2026 / 21:17
Qlobal maliyyə "qızıl cənnətə" qayıdır

24.08.2026 / 20:58
Azərbaycan-Özbəkistan əməkdaşlığı dünya üçün Avrasiya məkanının strateji əhəmiyyətini artırır

24.08.2026 / 20:46
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO

24.08.2026 / 20:24
Mərkəzi Asiya və Azərbaycan böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

24.08.2026 / 20:02
Ermənistan Rusiyanı əsas tərəfdaşları sırasında birinci yerdən səkkizinci yerə atdı, böhran dərinləşdi

24.08.2026 / 19:56
Yeni Xəzər karkası: region ölkələri istehsal və logistikanı birləşdirir

24.08.2026 / 19:52
Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində yeni dinamik yüksəliş mərhələsi başladı

24.08.2026 / 19:48
Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - FOTO

24.08.2026 / 19:36
İlham Əliyevin Naxçıvandakı məlum bəyanatından Zaxarova bu nəticəni çıxardı...

24.08.2026 / 18:57
Çinin Qırğızıstanla məşhur dəmiryolu Zəngəzur dəhlizi ilə birləşəcək...

24.08.2026 / 18:25
Azərbaycanla Özbəkistan beynəlxalq təşkilatlara “əbədi dostlar” kimi çıxacaq...

24.08.2026 / 18:03
Azərbaycan-Özbəkistan ticarətinin hədəf rəqəmi müəyyənləşdi - bu il 33 faiz artım var

24.08.2026 / 17:48
Mirziyoyev 8 avqust Əliyev-Paşinyan sazişinə fərqli siyasi məzmun verdi...

24.08.2026 / 17:32
Paşinyan KTMT ilə bağlı qəti mövqeyini açıqladı və son qərarı Putinin verməsini istədi - məmnun olardıq…

24.08.2026 / 17:05
Rusiyadan Ermənistana mesaj - fitosanitar nəzarət tələblərinə əməl olunmalıdır…

24.08.2026 / 16:57
DİN əməliyyat keçirdi - 116 kiloqram narkotik və 9 500 həb ələ keçirildi - VİDEO

24.08.2026 / 16:50
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar - FOTO

24.08.2026 / 16:45
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərində “Ark” qalası ilə tanış olublar - FOTO

24.08.2026 / 16:44
Prezident İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı VİDEO paylaşılıb

24.08.2026 / 16:33
Səudiyyə sahillərində tanker vuruldu...

24.08.2026 / 16:24
Azərbaycan-Özbəkistan Əbədi Dostluğunun tarixi, etnik və mədəni aspektləri

24.08.2026 / 16:09
Tarix bir qəsəbədən necə görünür? - “Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr"

24.08.2026 / 15:57
Netanyahu Ərdoğana “diktator-antisemit” dedi – Türkiyə Akın Gurləkin “ağlı“ ilə İnterpola müraciət etsə...

24.08.2026 / 15:47
“Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi

24.08.2026 / 15:33
Günə 77 qəpiyə “Nar”dan smartfon!

24.08.2026 / 15:05
ABŞ-ın 40 ölkə ilə birgə Rusiyaya "24 saatlıq xəbərdarlıq" müraciəti rədd edildi...

24.08.2026 / 14:41
Ermənistan xarici siyasətdən Rusiyanı tamamilə silmək yolunu tutdu...

24.08.2026 / 14:27
Azərbaycan hələlik yeganə olan bu sazişi türk dövləti ilə imzaladı...

24.08.2026 / 14:01
İsraillə Türkiyə arasında gərginlik sürətlə artır - Bakı vasitəçilik üçün hərəkətə keçdi…

24.08.2026 / 13:46
Rusiya Gürcüstanın 2 separatçı bölgəsini dünyaya yeni üsulla tanıtmaq istəyir – gürcülərə tələ qurulub...

24.08.2026 / 13:37
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Birinci xanımla Buxaraya səfərinə dair paylaşım edilib - VİDEO

24.08.2026 / 13:10
"Azərbaycanla sülh Ermənistanın Rusiya ilə münasibətlərini dəyişəcək" - Paşinyan

24.08.2026 / 12:42
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - FOTO

24.08.2026 / 12:07
Azərbaycan üzərindən Ermənistana növbəti yük göndərildi...

Prezidentin xüsusi nümayəndələrinin daha səmərəli fəaliyyəti üçün zəruri şərt... Bu olarsa...

XƏBƏR ARXİVİ