Bazar ertəsi günü, 02 noyabr 2026
     

Ermənistan yola gəldi, İran yoldan çıxmır…

Image


Zəngəzur dəhlizi ilə bağlı vəziyyət getdikcə daha maraqlı xarakter almaqda, böyük güclərin bu məsələ üzərində getdikcə daha çox fokuslandığı müşahidə edilməkdədir. Daha bir maraqlı nüans odur ki, Ermənistanda dəhlizin açılmasının aktiv müzakirə olunduğu bir vaxtda İran tamamilə əks mövqe sərgiləməkdədir. 

Belə bir vaxtda Xankəndidən İrəvana qaçan separatçı Samvel Babayan Zəngəzur dəhlizinin açılmasının Ermənistanın xeyrinə olduğunu bildirib.

Babayan qeyd edib ki, Ermənistan Mehri yolunun açılmasından imtina edərsə, bu, regional logistikanın inteqrasiya perspektivini pozacaq və bir tərəfdən Rusiyanın regiona, digər tərəfdən İranın Naxçıvana təsirini gücləndirəcək. Onun fikrincə, Ermənistan Azərbaycana Mehridən yol verərsə, regional əlaqə rolunu gücləndirə və qazanc əldə edə bilər: "Mehri yolu əslində Ermənistana qazanc gətirəcək. Bundan imtina etmək Ermənistanın əleyhinədir". Erməni türkoloq Varujan Geqamyan isə vurğulayır ki, Ermənistanda Zəngəzur dəhlizinin reklamı aparılır. O deyib ki, aparılan təbliğatda dəhlizin Ermənistan üçün faydalarından bəhs edilir: "Hazırkı mərhələdə bu işə əsasən fərqli təbliğatçılar cəlb edilib, onlar isə ekspert adı daşıyırlar. Bu ekspertlər 1-2 ay əvvəl kilsəşünas, yarım il əvvəl isə hərbi mütəxəssis idilər". Beynəlxalq məsələlər üzrə ekspert Qriqori Balasanyanın sözlərinə görə, Ermənistan ciddi təzyiqlərə məruz qalır, o cümlədən Qazaxıstan uranını Ermənistan və Türkiyədən keçərək Avropaya daşımaq üçün bu dəhlizə ehtiyacı olan Qərb də təsir vasitəsindən istifadə edir: "10 noyabr bəyanatının məntiqindən belə çıxır ki, Rusiya sərhədçiləri Ermənistan və Azərbaycan sərhədçiləri arasında dayanmalıdır". Ermənistanın baş naziri Nikol Paşinyan da parlamentdə çıxış edərkən yenə bu məsələyə toxunub. O, Ermənistanın nəzarəti altında dəhlizin açılmasının mümkünlüyünü bildirib: "Ermənistanın 10 noyabr 2020-ci il tarixli bəyanata əsasən, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı yola nəzarət etmək üçün Rusiya sərhədçilərinin iştirakı ilə bağlı öhdəlik götürməyib.10 noyabr tarixli sənədin 9-cu bəndində qeyd olunanlar o demək deyil ki, Azərbaycanı Naxçıvanla birləşdirən yolda Rusiya sərhəd qoşunları olmalıdır. Rusiya sərhədçilərinin Ermənistanda olması Ermənistanın həll etməli olduğu məsələdir. 10 noyabr bəyanatında nəqliyyat əlaqəsinə nəzarəti Rusiya sərhədçilərinin edəcəyi göstərilib. Harada yazılıb ki, FTX-nin sərhəd xidməti yerində olmalıdır? Belə şey yazılmayıb. Hətta Rusiya sərhədçilərinin Ermənistanda olması nəzərdə tutulsa belə, bu, Ermənistanın qərar verəcəyi məsələdir". Bunlar fonunda indi İran ortaya düşərək dəhlizi əngəlləməyə çalışır, xüsusən də Rusiyanın mövqeyini tənqid edir. Rusiya da bəyan edib ki, Azərbaycan və Naxçıvan arasında Ermənistandan keçməli olan nəqliyyat kommunikasiyasının açılmasına çağırışları Tehrandan acıqlı reaksiyaya səbəb olduqdan sonra İran tərəfinə öz mövqeyini izah edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə deyib: "Biz iranlı partnyorlarımızla daim əlaqədəyik. Biz bu məsələ barəsində onlara bütün zəruri izahatlarımızı çatdırmışıq. Biz belə düşünürük ki, arqumentlərimiz Tehran tərəfindən eşidilib və qəbul olunub".

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 19-da Ermənistanı sözügedən nəqliyyat kommunikasiyasının açılmasına mane olduğuna görə tənqid etməklə Tehranı acıqlandırmışdı. Lavrov bildirirdi ki, vasitəçiliyi Rusiya tərəfindən edilmiş üçtərəfli bəyanatı imzalamaqla İrəvan nəqliyyat kommunikasiyasının açılması üçün öhdəlik götürüb, amma indi bu razılaşmanı sabotaj edir. Bunun ardınca İran Xarici İşlər Nazirliyinin vəzifəli rəsmisi Müjtəba Dəmirçilu Qafqazda cərəyan edən prosesləri Rusiyanın Tehrandakı səfiri ilə müzakirə etmişdi. Nazirliyin bəyanatında deyilirdi ki, Dəmirçilu səfirə Tehranın regionda hər hansı geosiyasi dəyişikliyə qarşı olduğunu çatdırıb. Bəyanatda bu da qeyd olunurdu ki, regiondakı bütün ölkələrin legitim narahatlıqları və maraqları nəzərə alınmalıdır. Zəngəzur dəhlizi kimi tanınan bu yol Ermənistanın Zəngəzur vilayətindən keçməlidir. İran isə israr edir ki, onun Ermənistanla yeganə sərhədi məhz bu vilayətdədir. İranın xarici işlər naziri Abbas Əraqçi X platformasında bu barədə yazmışdı: "Qonşularımızın ərazi bütövlüyünə şimaldan, cənubdan, şərq və qərbdən edilən istənilən təhdidlər və sərhədlərin yenidən çəkilməsi İran üçün "qırmızı cizgiqdir". İranın Ermənistandakı səfiri Mehdi Sübhani Azərbaycan və Naxçıvan arasında Ermənistan ərazisindən keçən ekstraterritorial quru dəhlizinin açılma imkanını istisna edib. Səfir vurğulayıb ki, İran çox güclü bir şəkildə buna qarşıdır: "Biz Ermənistanın ərazi bütövlüyü və suverenliyini pozan hər hansı dəhlizə qarşıyıq. Biz dəfələrlə demişik ki, bu, Ermənistanın və İranın maraqlarına ziddir. Ermənistan üçün, üzdəniraq dəhliz də daxil, müxtəlif adlar altında bəzilərinin xülyaları heç vaxt gerçəyə çevrilməyəcək". Bundan əvvəl İran Rusiyadan Azərbaycanla Naxçıvanı Ermənistan ərazisi ilə keçərək birləşdirəcək quru yol dəhlizinin açılması üçün göstərdiyi səyləri dayandırmasını tələb edib. Bunun ardınca İranın bir sıra millət vəkilləri və dövlətə bağlı mediaları Rusiyanı kəskin tənqid edirdi. Zaxarova Rusiya XİN-də keçirilən brifinqdə Moskvanın mövqeyinə haqq qazandırmağa çalışıb: "Aydındır ki, anti-Rusiya informasiya kampaniyasını ilhamlandıran müəyyən dairələr ən absurd imkanlardan da Moskva və Tehran arasındakı strateji partnyorluğu pozmaq üçün istifadə edirlər". Rusiya XİN-in sözçüsü Zəngəzur dəhlizinin regionda geosiyasi vəziyyəti dəyişəcəyinə dair iddiaları da rədd edib: "Mövcud geosiyasi sərhədlərin guya dəyişəcəyinə və Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təhlükə yaranacağına dair mediada dövriyyə edən iddialar həqiqətə uyğun deyildir". Bəzi məlumatlara görə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu  Sankt Peterburqda olan iranlı həmkarı Əli Əkbər Əhmədiana məhz bu barədə qarantiyalarını bildirib. Şoyqu Əhmədiana deyib ki, Moskva Tehranla bundan əvvəlki bütün anlaşmalarına sadiq qalır. Zaxarova da iddia edib ki, Rusiyanın bu məsələdəki mövqeyi dəyişməyib. O xatırladıb ki, Rusiya Ermənistanın yalnız 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu maddəsini yerinə yetirməsini istəyir.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ