Bazar ertəsi günü, 02 noyabr 2026
     

Azərbaycan Avropa Şurasından çıxır...

Image


Artıq sirr deyil ki, Azərbaycanı həyata keçirdiyi müstəqil xarici siyasəti üzündən "cəzalandırmaq" səyləri Qərbdə müəyyən dairələr tərəfindən davam etdirilir. Səbəb də odur ki, bu gün Azərbaycan Cənubi Qafqazda belə siyasət aparan və onu ardıcıl olaraq müdafiə edən yeganə dövlətdir. 

Qeyd edilənlərin çoxsaylı nümunələri mövcuddur. Məsələn, Bakının Rusiyaya qarşı sanksiyalara və ümumən, Qərbin müəyyən nümayəndələrinin təhrikinə rəğmən, Moskva ilə yüksək səviyyəli münasibətləri bunun bariz nümunəsidir.

Bununla yanaşı, Bakını, həmçinin hakim Avropa elitalarının bir sıra məsələlərdə, eyni zamanda, Tehranla problemləri olmasına baxmayaraq, öz ərazisindən qonşu İrana hərbi zərbələr endirmək üçün istifadə edilməsindən imtina edən Türkiyə ilə qardaş münasibətlərinə və dəstəyinə görə "bağışlamaq" istəmirlər. Üçüncüsü, bəşəriyyətin sağlam düşüncəli hissəsinin həyəcanla izlədiyi Qərbin İslam dünyasına qarşı növbəti "səlib yürüşü" amili də var. Burada Avropa Şurası Parlament Assambleyasından (AŞPA) da bir vasitə kimi ölkəmizə qarşı istifadə olunmaqdadır. Xatırladaq ki, Azərbaycan nü­mayəndə heyəti bu il yanvarın sonların­da AŞPA ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayan­dırmaq barədə qərar verib. Bu fonda Azərbaycana qarşı qərəzli hücumlar davam edir və sözügedın istiqamətdə  ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasında xüsusi fəallıq göstərən almaniyalı deputat Frank Şvabe yenə seçilir. Adı onlarla maliyyə fırıldaqlarında hallanan, erməni lobbisinin pulu ilə ölkəmizin əleyhinə sərsəm fikirlər səsləndirən Şvabenin fəaliyyəti AŞPA üçün ciddi problemə çevrilir. Bu barədə danışmazdan öncə qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda ümid edirdi ki, təşkilatın köməyi ilə pozulan hüquqlarını bərpa edə, ərazi bütövlüyünü təmin etməyə müvəffəq ola bilər. Lakin 30 il ərzində gördüyü və müşahidə etdikləri bunun əksini üzə çıxardı. Nəhayət, Azərbaycan 44 günlük müharibə ilə öz ərazi bütövlüyünü təmin edəndən sonra ölkəmizə qarşı total hücum start götürdü. AŞPA da artıq bu hücumda ön sırada yer alıb. Sadəcə, Qərb İkinci Qarabağ müharibəsi və ötən il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərlə terrorçuların kökünün kəsilməsini həzm edə bilmir. Elə o səbəbdən Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır. Amma real vəziyyət AŞ­PA-da artıq böhrandan xəbər verir. Elə bu fonda Azərbaycanın Avropa Şurasını tərk etməsi istisna olunmur. Frank Şvabe və onun kimilərinin fəaliyyəti AŞPA-da   böhranı daha da dərinləşdirməkdədir. Faktiki olaraq, AŞPA-nın ölkəmiz əleyhinə qəbul etmək istədiyi qərarlar özlərinin prinsip və normalarına zidd addımdır. Ümumiyyətlə, baş verən son hadisələr təşkilatın daxilində demokratik dəyərlərin iflasa uğradığını üzə çıxarıb. Təşkilat həqiqət və faktlardan uzaq, erməni təbliğatının əsas elementlərini təkrarlayan kampaniya aparır. Azərbaycanın bununla barışması, təbii ki, mümkün deyil.

Bütün bunlar həm də ümumi Qərb dünyasının iflasıdır. Ölkəmiz hazırkı fəaliyyətinə görə Avropa Şurası ilə yollarını tamamilə ayırmaq barədə də düşünür. Bütün bunlara səbəb Qərbin iflasıdır. Bu arada onu da qeyd edək ki,   Qərbin Azərbaycanda 5-ci kolonu sıradan çıxıb və onlar yeni simalar axtarışındadır. Bəllidir ki, postsovet məkanında  "məxməri inqilabları" məhz Qərbin 5-ci kolonu həyata keçirirdi. Son dəfə Ermənistanda buna nail oldular. Azərbaycanda Qərbin 5-ci kolonu sıradan çıxıb. O səbəbdən də yeni dayaqlar axtarılır. Qərbin "5-ci kolon"u o dərəcədə möhkəm deyil. Çünki son illərdə Avropa dəyərlərində, xüsusən liberal dəyərlərdə ciddi böhran yaşanmaqdadır. Qərb liberallarının uzaqmənzilli hədəfləri öz cəmiyyətlərinə xas həyat tərzlərini, qeyri-ənənəvi hərəkatları üçüncü ölkələrə də ixrac etməkdir. Məsələn, feminizm hərəkatı, heyvanların haqları uğrunda aksiyalar, azad gənclik adı ilə ölkələrin köklü mental dəyərlərini silkələmək, ailə institutlarını böhran vəziyyətinə salmaq, həmcinslərin evliliyinə normal yanaşmaq və sair Avropa və ABŞ liberallarının "5-ci kolonu" tərəfindən reallaşdırılan layihələrdir. Bunun üçün müxtəlif fondlar, dairələr uzun illər qrantlar ayırır, təbliğat aparılır, insan haqları adı ilə başlarına topladıqları gənclərlə ictimai rəyə təsir etməyə çalışır və müəyyən elektorat qazanırlar. Lakin ölkəmizdə bunların qarşısı uğurla alınır. Elə o səbəbdən Qərb dairələri yenə müxtəlif vasitələrlə ölkəmizdə ara qarışdırmaq üçün fürsətlər axtarırlar. Famil Xəlilovla bağlı baş verənlər bunun təsdiqidir. Famil Xəlilov 2015-ci ildə İsveçə mühacirət edib. 8 ilə yaxın həyat yoldaşı və uşaqları ilə orada yaşayıb və 2023-cü ildə Azərbaycana readmissiya olunub. Bunu İsveç özü edib. Bu il mayın 2-də saxlanılan Famil Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu fonda İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson Famil Xəlilovun ailə üzvlərini qəbul edib. Görüşdə, həmçinin Latviyanın, Estoniyanın Azərbaycandakı səfirliklərinin diplomatları iştirak edib. Bunlar Azərbaycanın daxili işlərinə müdaxilənin daha bir təzahürüdür. Qərbin Ermənistanı silahlandırması da bundan irəli gəlir. Əslində, bu amil region üçün çox təhlükəlidir. Çünki ən azı, bəzi postsovet ölkələrinin təcrübəsinə nəzər yetirsək, Qərbin vədlərinə inananların aqibətinin fəlakətli sonluğuna şahidlik etmişik. Qərb indi də Cənubi Qafqazda bu fəlakətli vəziyyəti Ermənistanın əli ilə reallaşdırmağa çalışır. Avropa İttifaqının Müşahidə Missiyası adı altında Qərbin kəşfiyyat qrupunun Ermənistanda yerləşdirilməsi bu layihələrdən sadəcə biridir. ABŞ və Avropa İttifaqının hədəfləri sırasında Ermənistanı Rusiyadan uzaqlaşdırmaq da dayanırsa, digər hədəf Cənubi Qafqazda müharibəni yenidən alovlandırmaqdır. Onlar Ermənistanı Azərbaycanla sülh sazişi imzalamamağa təşviq edir. Fransanın İrəvanı silahlandırması da bunun göstəricisidir. Fransanın Ermənistanı silahlandırmasının əsas  məqsədi  həm də Azərbaycanın mülki insanlarına zərər vermək niyyətidir. Qərbin öz geosiyasi maraqları naminə bu təhlükəli davranışı region ölkələrinin maraqlarına xidmət etmir. Lakin bir reallıq da var ki, Qərb kiçik və zəif Ermənistan vasitəsilə bölgədə öz planlarını reallaşdıra bilməyəcək. Burada zərər çəkən yalnız Ermənistanın özü olacaq. 

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ