Bazar ertəsi günü, 02 noyabr 2026
     

Azərbaycana 1,2 milyon "sovet ermənisini" qaytarmaq iddiası absurddur...

Image


"Süni şəkildə şişirdilərək təqdim edilən 1 milyon 200 min rəqəmi Qərbi azərbaycanlıların geri qayıdışına qarşı təbliğat kampaniyasının tərkib hissəsidir"

Ermənistanda müəyyən qüvvələr əsassız iddalar irəli sürməkdən usanmaq bilmirlər. Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasının qarşısını almaq üçün bütün güclərini səfərbər edən revanşistlər vaxtaşırı olaraq həqiqətə uyğun olmayan fikirlər tirajlayırlar. 

İndi də özünü "Birgə" alternativ ictimai-siyasi hərəkatının Koordinasiya Şurası adlandıran bir təşkilat meydana çıxıb və "erməni xalqının qanuni hüquqlarının pozulmasından" dəm vurur. Guya ki, ermənilərin hüquqları pozulub və onların hüquqları (?) bərpa olunmadan bölgədə əsl sülh bərqərar oluna bilməz. 

Uydurma məlumatlar əsasında hazırlanan bəyanatla gündəmə gəlməyə çalışan Koordinasiya Şurası iddia edir ki, guya 36 il əvvəl Azərbaycan SSR-dən 1,2 milyon erməni "məcburi köçkün" düşüb, onlar da o ermənilərin "sağ-salamat vətənə qayıtması məsələsinin ölkənin diplomatik gündəliyinə salınmasını" tələb edirlər.

İddia edirlər ki, otuz altı ildən artıqdır, "Azərbaycan SSR-dən məcburi köçkün düşmüş 1 milyon 200 mindən çox erməninin problemi həll olunmamış qalır".

Bəyanatda Ermənistan hakimiyyəti Azərbaycandan getmiş ermənilərin sayını rəsmi məlumatlarda və ictimai çıxışlarda "təhrif eütməkdə" ittiham olunur, qeyd edilir ki,  hakimiyyət Azərbaycanın dediklərinə boyun əyərək ermənilərin sayı ilə bağlı "etibarsız" rəqəmlər səsləndirib: "600-700 min. Görünür, yalnız Ermənistana köçmüş ermənilərin sayını əsas götürüb. Nə qədər erməninin Ermənistandan yan keçərək dünyanın başqa ölkələrinə getməsi heç bir yerdə aydın qeydə alınmayıb".

Birliyin iddiasına görə, onlar Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun bəyanatına da "istinad edirlər". Guya A.Mütəllibov nə vaxtsa deyib ki,  1988-ci ildə təkcə Bakıda 500 minə yaxın erməni yaşayıb. "Ermənilər Qarabağda (96%), Naxçıvanda (60%-dən çox), Gəncədə (50%) və digər bölgələrdə əhalinin əhəmiyyətli hissəsini təşkil edirdi"-iddasını irəli sürürlər. 

Yenə də qondarma "Arsax"dan, yenə də "etnik təmizləmədən" danışıblar.

300 mindən çox Qərbi azərbaycanlının indiki Ermənistan ərazisinə, öz dədə-baba torpaqlarına qayıtması ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa uyğun irəli sürdüyü tələblərə bu qüvvələr qıcıqla yanaşıb, özlərinə məxsus hədyanlar söyləyiblər.  

Guya Azərbaycan ermənilərin "min illik beşiyidir". Bəyanatda qeyd edilir ki, "beynəlxalq danışıqlar gündəliyinə" Azərbaycandan "qovulmuş" 1 milyon 200 minə (?) yaxın erməni nümayəndələri "sağ-salamat qayıtmaları və ermənilərin min illik beşiyi olan bugünkü Azərbaycan ərazisində yaşamaq hüququ məsələsi də daxil edilsin". Bu, Ermənistanda fəaliyyət göstərən "Birgə" alternativ ictimai-siyasi hərəkatının Koordinasiya Şurası adlı qondarma təşkilatının absurd bəyanatında yer alan fikirlərdir. 

"Bu iddia erməni fırıldağından, saxtakarlığından başqa bir şey deyil" 

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru, ermənişünas İsmayıl Tanrıverdi "Bakı-Xəbər"ə şərhində bildirdi ki, sözügedən təşkilatın bəyanatında əks olunan fikirlər tamamilə reallıqdan uzaqdır, həqiqəti əks etdirmir. "Erməni xislətinə yaxşı bələdsiniz. Onlar həmişə rəqəmləri saxtalaşdırırlar, özlərinə dəyən zərəri bir neçə qatına hesablayırlar. Osmanlının 1915-ci ildə guya bir milyon yarım erməni "qətlə yetirib" deyə qondarma "soyqırım" iddiası qaldırdıqları kimi, indi də Azərbaycanı əsassız olaraq ittiham etməyə başlayıblar. Guya ki, Sovet dövründə Azərbaycanda 1 milyon 200 min erməni varmış. Onların Azərbaycandan 1 milyon 200 min nəfər erməni köçdüyünü iddia etməkdə məqsədləri aydındır. Süni şəkildə şişirdilərək təqdim edilən 1 milyon 200 min rəqəmi Qərbi azərbaycanlıların geri qayıdışına qarşı təbliğat kampaniyasının tərkib hissəsidir. Ermənilər 300 mindən çox Qərbi azərbaycanlının beynəlxalq hüququn prinsipinə uyğun olaraq öz tarixi Vətənlərinə qayıtmaqlarını qətiyyən istəmirlər. Halbuki, Qərbi azərbaycanlıların təhlükəsiz şəkildə indiki Ermənistan ərazisinə qayıtması onların haqqıdır. Ermənilər də çalışırlar ki, belə absurd məsələlərlə həm onların qayıdışına, həm də sülhə  mane olsunlar. Ona görə də, özlərinin qondarma qayıdış "hüquqlarını" ortaya atırlar. Əsl erməni xisləti buna deyərlər. Ermənilər bütün faktları, sənədləri, rəqəmləri, statistik məlumatları saxtalaşdırıblar. Belə absurd iddialar hələ davam edəcək".    

Çar Rusiyası tərəfindən bizim bölgəyə köçürülən və torpaqlarımızda məskunlaşdırılan ermənilərin Qafqazın "qara yarası" olduğunu deyən İ.Tanrıverdi bildirdi ki, indi erməni terrorundan, erməni uydurmalarından biz əziyyət çəkirik. 

"Ermənilər hara düşürlərsə orada mütləq saxtalaşdırma işləri aparırlar. Yeri gəlmişkən, məndə bir cədvəl var, arxiv sənədidir. 1914-cü ildə Türkiyədə siyahıyaalma keçirilib və sənəddən məlum olur ki, həmin dövrdə bu ölkə ərazisində yaşayan ermənilərin sayı 1 milyon 200 min olub. 1 milyon 200 min ermənin də hansı yerlərdə yaşadığı aydın şəkildə qeyd edilib. Amma sonradan iddia qaldırdılar ki, 1915-ci ildə 1 milyon 500 min erməni "soyqırıma" məruz qalıb. Bu fakt sizə erməni xislətini açıq şəkildə göstərir. Ermənilərə qarşı soyqırım baş vermədiyini, bunun iddia olduğunu tarixçi Filipp Ekozyants da qeyd edib. Erməni atleti Yuri Vartanyan Ermənistanın Gürcüstandakı səfiri idi. Mən onunla 1978-ci ildə İrəvanda Komsomolun 28-ci qurultayında birlikdə iştirak etmişik, o zaman tanış olmuşduq. Əslən Gümrüdən idi. O vaxt Ermənistan qondarma soyqırımın 100 illiyinin keçirilməsi məsələsini qaldıranda Yuri Vartanyan bunu gülünc bir hadisə kimi qarşıladı və dedi ki, soyqırım olubsa bəs biz hardan əmələ gəlmişik? O, "soyqırım" iddiasını qəbul etmirdi. Onun bu açıqlamaları Serj Sarkisyan tərəfindən çox sərt qarşılandı, səfir vəzifəsindən çıxarıldı, hətta oğlunun cibinə narkotik ataraq həbs etdirdilər. Bu faktı niyə deyirəm? Çünki ermənilərin içində də az-çox bu saxtakarlığa qarşı çıxanlar var. Təəssüf ki, onların sayı çox azdır". 

Ermənilərin son vaxtlar Azərbaycana qarşı daha da aqressivləşdiyini, revanşist fikirlərə düşdüklərini  deyən İ.Tanrıverdi hesab edir ki, onlar bu iddialarla özlərini gülünc vəziyyətə slaırlar, etdiklərinin cəzalarını çəkəcəklər. "1 milyon 200 min rəqəmi absurddur, bu iddia erməni fırıldağından, saxtakarlığından başqa bir şey deyil. Onlar etdikləri belə saxtakarlıqlarla özlərini ifşa edirlər"-deyə İ.Tanrıverdi qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

30.10.2026 / 13:55
İranın xaricdən silah almaq üçün gizli hərbi şəbəkə yaratdığı ortaya çıxdı – DETALLAR…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ