Bazar ertəsi günü, 02 noyabr 2026
     

USAID Azərbaycanda və Gürcüstanda uğur qazana bilmədi - Ermənistanı sınaq obyektinə çevirdi...

Image


ABŞ hökuməti Ermənistana yardım fondunun məbləğini iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara qaldırıb. Bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistan ofisi bəyan edib. Məlumatda deyilir ki, "İnkişaf Qrantı"na dair sənədin birinci düzəlişi artıq imzalanıb.

Müvafiq sənədi USAID-in Ermənistandakı missiyasının rəhbəri Con Alelo və Ermənistan baş nazirinin müavini Armen Qriqoryan imzalayıb. Yardımın artırılmasında məqsəd Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək verməkdir. USAID bunu da bildirib ki, agentlik Ermənistanın, geosiyasi oriyentasiyasının dəyişməsi də daxil, dəyişən ehtiyaclarına uyğun şəkildə İrəvana dəstəyini davam etdirəcək. Xatırladaq  ki, baş nazir Nikol Paşinyan bu ilin aprelində USAID-in rəhbəri Samanta Paueri qəbul etmişdi. Pauer o vaxt bildirmişdi ki, USAID Ermənistana davamlı maliyyə dəstəyi göstərməyə hazırdır.  Bu görüşdən bir neçə gün sonra USAID-in İrəvan ofisi bildirmişdi ki, Vaşinqton İrəvana 33 milyon dollarlıq yardım ayırıb və bu fond genişləndirilməkdə davam edəcək. Hazırda görünən odur ki, ABŞ müxtəlif təşkilatları vasitəsilə Ermənistan üzərində nəzarəti ələ keçirir. ABŞ xüsusi xidmət orqanlarının, müxtəlif lobbi təşkilatlarının maraqlarının ifadəçisi kimi ad çıxaran USAİD üzvlərinin bir çoxunun ABŞ kəşfiyyatının əməkdaşları olduğu sirr deyil. USAİD ABŞ-ın Ermənistanda aktivləşməsi, bu ölkəyə hərbi yardımları artırması fonunda oradakı vətəndaş cəmiyyəti ilə sıx təmaslar qurub. Erməni mediası da etiraf edir ki, ABŞ "yumşaq gücün" köməyi ilə Ermənistanda sürətlə aktivləşir. Səbəb də hər vəchlə Rusiyanın mövqelərini zəiflətməkdir. Erməni mediası xüsusi vurğulayır ki, qeyd olunan QHT-lər USAİD, Soros Fondu tərəfindən idarə olunur, maliyyələşirlər. Hər birinin Ermənistanın daxili siyasi vəziyyətinə təsir etmək imkanı var. Daha irəli gedərək ABŞ-ın təsiri altında olan QHT-lərin cəmiyyətin milli, ənənəvi dəyərlərini dəyişmək iqtidarında olduqları xüsusi qeyd edilir. Onların əsasən gənclərə təsir etməkləri də qabardılır. Hazırda bu proses sürətlə davam edir.

Ümumiyyətlə, həyata keçirilən fəaliyyət sayəsində USAİD və digər belə qurumlarla ABŞ Ermənistanda Rusiya mövqeyini zəiflətməkdə israrlı görünür. Amma bu hal ümumi region üçün də təhdid yaradır. Məsələ burasındadır ki, bu gün Ermənistan Cənubi Qafqazda xaricdəki emissarların yerləşdirilə biləcəyi yeganə yerdir. Burada qeyd edək ki, hələ ötən ilin yazında Gürcüstan rəhbərliyi USAİD-in bu ölkədəki təxribatçı destruktiv fəaliyyəti ilə bağlı bəyanat yayıb. Daha sonra Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti hazırkı hökumətin devrilməsi üçün hazırlıqların sürətlə getdiyini bildirdi. Bildirildi ki, USAİD proqramı çərçivəsində Serbiyanın CANVAS adlı qeyri-hökumət təşkilatının nümayəndələri Gürcüstanda olub, ölkədə mümkün üsyanda həlledici rolu ola bilən vətəndaş fəallarının böyük qrupu üçün treninqlər keçiriblər. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti də ötən il Tiflisdə dövlət çevrilişi hazırlığını təsdiqləyən təlim materiallarının bir hissəsini dərc edib. Gürcüstan xüsusi xidmət orqanları bildiriblər ki, fəallara hakimiyyətə, kilsəyə və hüquq-mühafizə orqanlarına qarşı çıxmaq üçün təlim keçiblər. Təlim iştirakçılarına piketlərin təşkili, yolların bağlanması, inzibati binaların girişləri qarşısında çadırların qurulması, dövlət qurumlarında gərginlik yaratmaq və sair öyrədilib. Və bu hamısı deyil. Fəallar gözlənilən həbslərə hazırlaşırdılar və onlara müqavimət göstərməyi öyrədirdilər, parlament binasına necə soxulmağı, rabitəni kəsməyi, hakimiyyəti ələ keçirməyi göstərirdilər. Azərbaycanda da bu   təşkilatın ölkənin daxili işlərinə müdaxiləsi halalrına cəhd olunub. Qeyd edək ki, ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq müdafiə təşkilatları Azərbaycanda uzun müddət fəaliyyət göstəriblər. Onların bəziləri fəaliyyətlərini hazırda da davam etdirir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra USAID, Milli Demokratiya İnstitutu, "Fridrix Nauman", "Marşall", IREX və digər bu kimi qurumlar ölkəmizdə fəaliyyət göstəriblər. Onlar aldıqları təlimatlar əsasında ölkədə "5-ci kolon" formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək missiyasını yerinə yetiriblər. USAID  burada daim ön yerdə qərarlaşıb. Bir daha xatırladaq ki, quruma qatı ermənipərəst Samanta Pauer başçılıq edir.  Qurum Azərbaycanda ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçiliyin əsaslarını zəiflətmək üçün siyasi qüvvələr yaratmağa çalışıb. Müxtəlif qrantlar ayırmaqla USAID Azərbaycan ictimaiyyətini aldatmaq üçün Amerika hökumətinin göstərişlərini yerinə yetirdi. Lakin ölkəmizdə bunların qarşısı səmərəli şəkildə alındı. Indi məlum olur ki, agentliyin Azərbaycan və Gürcüstanda fəaliyyətinə ciddi məhdudiyyətlər qoyulduğu bir vaxtda, sadəcə Ermənistanda görünməmiş səxavət cazibəsi adı altında USAİD-in adından ABŞ üçün əlverişli şərait yaradılır. Bu təşkilatın adının daim sabitliyi pozmaq, qurulmuş nizam-intizamı dağıtmaq məqsədi daşıyan müxtəlif növ qara qüvvələrlə əlaqələndirilməsi artıq Bakıda və Tiflisdə başa düşülür və siyasi hərəkatların parlaq rənglərlə rənglənməsi cəhdlərinin qarşısının alınması üçün səylər göstərilir. ABŞ-ın Gürcüstanda və Azərbaycanda ictimai-siyasi həyat tərzinə öz düzəlişləri etmək cəhdləri uğur qazanmadı. Ermənistan sövdələşmə obyektinə çevrilmək risqi ilə üz-üzədir və təşkilatın "səxavətli" nümayəndələri bunu uğurla həyata keçirirlər.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ