Bazar ertəsi günü, 02 noyabr 2026
     

Rəsmi İrəvan AB üzvlüyü üçün imzatoplama kampaniyasına başladı...

Image


Abutalib Səmədov: "Paşinyanı və Ermənistanın Aİ üzvlüyünə qəbulunu qarşıda çox ciddi sınaqlar gözləyir"

Ermənistan Mərkəzi Seçki Komissiyası sentyabrın 11-də keçirilən növbəti iclasında 51 vətəndaşın "Ermənistan Respublikasının vətəndaş təşəbbüsü ilə Avropa İttifaqı üzvlüyünə qoşulması prosesinə başlamaq haqqında" ER qanun layihəsini təklif etmək üçün təşəbbüs qrupunun yaradılması ilə bağlı müraciətini təsdiqləyib.

Artak Haykazi Zeynalyan təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsi təyin edilib.

"Armenpress" xəbər verir ki, bu barədə Ermənistan Respublikasının Mərkəzi Seçki Komissiyası məlumat yayıb. 

Bu məsələ barədə danışan MSK sədri Vaaqn Hovakimyan bildirib ki, təşəbbüs qrupu "Referendum haqqında" qanunda nəzərdə tutulmuş bütün zəruri sənədləri MSK-ya təqdim edib.

Qanuna görə, layihənin referenduma çıxarılması üçün zəruri olan imzaların toplanması təşəbbüs qrupu Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alındıqdan sonra 60 gün müddətində həyata keçirilir.  İmzaların toplanması üçün son tarix 2024-cü il sentyabrın 16-dan noyabrın 14-ü daxil olmaqla müəyyən edilib.

Komissiya digər qərarında mülki təşəbbüs iştirakçısı və mülki təşəbbüsün səlahiyyətli nümayəndəsi üçün şəhadətnamələrin formasını müəyyən edib. 

Üç siyasi qüvvə - Ermənistanın Avropa Partiyası, Respublika Partiyası və Respublika Uğrunda Partiyası Ermənistanın Aİ-yə daxil olması məsələsinin referenduma çıxarılması üçün petisiya təklif edib.

Göründüyü kimi, Ermənistanın Avropaya doğru hərəkətinə artıq start verilib, hadisələr qaynar fazaya keçməkdədir. Müxalifət isə, vəd etdiyi kimi, Paşinyanla son və həlledici döyüşə hazirlaşır. Qarşidaki aylarda Ermənistanı nə gözləyir?

Məsələni şərh edən politoloq Abutalıb Səmədov bildirdi ki, əslinə qalsa, Avropa İttifaqına üzvlüklə bağlı referendum keçirməsələr də, təxmin etmək olar ki, ermənilərin buna münasibəti necədir: "Bir zamanlar əhalinin əksəriyyəti Rusiyanı Ermənistanın dostu hesab edirdi, bu gün eyni munasibət Avropaya göstərilməkdədir. Əvvəlcədən referendumun nəticələrinin necə olacağını da söyləmək mümkündur. Ancaq referendum məsələsinə Paşinyan bir neçə ay əvvəl etiraz etmişdi. Çunki Aİ-yə üzvlük məsələsi Ermənistandan deyil, daha çox Aİ-dən asılıdır. Ermənistanda əhalinin yüz faizi belə buna razı olsa da, bu barədə son qərari Aİ verməlidir. Onun isə verəcəyi qərar siyasi konyunkturadan asılı olacaq. Hələlik indiki konyunktura Ermənistan üçün məqbuldur. İndiki vəziyyət davam edərsə Ermənistanın Aİ-yə üzvlüyü çətin olmyacaq. Amma hər an bölkədə və dünyada dəyişikliklər baş verə bilər və o halda Aİ-nin necə davranacağı indidən məlum deyil.

Məsələn, Türkiyə ilə bağlı Aİ-nin mövqeyinin necə dəyişdiyini xatırlasaq görərik ki, eyni şeylərin Ermənistan üçün də bas vermə ehtimalı az da olsa var. Türkiyənin üzvlüyə namizəd verilməsi, müzakirələrin başlanması və sonradan məsələnin düyünə düşməsi... Bu gün artıq Aİ strukturunda Türkiyə Balkan dövlətləri ilə birlikdə eyni qurumda təmsil olunmur. Türkiyə həmin qrupdan çixarılıb, Afrika ölkələrinin olduğu bir qrupa daxil edilib. Bununla da Türkiyəyə siqnal verilib ki, sənin bu quruma daxil olmağın mümkun deyil.

Təbii ki, Ermənistan Türkiyə deyil - həm əhalisi azdir, həm də müsəlman ölkəsi deyil, üstəlik, Ermənistanın Rusiya ilə münasibətləri ona üstünluk verir. Ancaq bu siyasəti yürüdən Paşinyan hökumətidir, sabah Rusiyayönümlu bir quvvə hakimiyyətə gəlsə, Gürcüstanda baş verənlərin təkrar olunmasi tamamilə realdir. Belə bir hadisə baş verə bilərmi, Pasinyan hakimiyyətdən uzaqlaşdırıla bilərmi?

Rusiya bunun üçun çox çalışır, əlindən gələni edir ki, Paşinyan hakimiyyətdən uzaqlaşdırılsın. Anlayır ki, onu seçki yolu ilə uzaqlaşdirmaq çətindir. Güc vasitəsi ilə bunu etmək istəyir. Ancaq dəstək yoxdur. Baqrat Qalstanyanin başladıği hərəkat da əhalidən dəstək ala bilmədiyi üçün uğursuzluğa düçar oldu. Seçki yolu ilə onu dəyişdirmək üçün hələlik real namizəd də yoxdur. Bu gün Paşinyanın əsas üstünlüyü korrupsiyaya bulaşmayan, ona qarşı mübarizə aparan, təmiz siyasət yeritməyə çalışan bir siyasətçi kimi tanınmasıdır. Onun digər üstünlüyu Ermənistandakı iqtisadi vəziyyətin yaxşılaşması ilə bağlıdır. İki ildir ki, ÜDM Ermənistanda böyük rəqəmlərlə artir. 2022-ci ildə Ermənistanda ÜDM 13 faizdən çox, 2023-cü ildə isə 9 faizə qədər artıb. Bunlar kifayət qədər böyük rəqəmlərdir və bunlar Paşinyanın ölkədə nüfuzunun artmasına şərait yaradır. Amma nəzərə almaq lazımdır ki, bu inkişafın kökündə də Rusiya ilə münasibətlər durur. Rusiya Ermənistanaın əsas ticarət tərəfdaşıdır. Eyni zamanda Avrasiya İttifaqının imkanlarından ən çox istifadə edən dövlət də Ermənistandır. Yəni vəziyyətin dəyişməsi Rusiyanin əlindədir. Rusiya Ukraynada vəziyyəti qaydaya saldıqdan sonra Ermənistanla daha ciddi məşğul olmağa başlayacaq. Ermənistanda Paşinyanın nüfuzunu salmaq üçun əlindən gələni edəcək. Nəzərə alsaq ki, Ermənistanda seçkilərə hələ bir neçə il var, deməli hələ Rusiyanin da vaxtı var. Rusiya tərəfindən atılan addımlar Paşinyan üçün ciddi problemlər yarada bilər.

Bu gün Rusiyada 800 minə yaxın erməni işləyir və onlar ötən il Ermənistana 4 milyard dollar vəsait göndərib. Bu çox böyük göstəricidir. Bu bir il ərzində Ermənistanda çalışan muzdlu işçilərin aldığı toplam əmək haqqına yaxın məbləğdir. Bu erməniəsilli işçiləri Rusiya deportasiya edib geri göndərsə, bu, Ermənistan üçün böyük problem olar. Rusiya qazın qiymətini qaldıra bilər. Ermənistan Rusiyadan min kubmetri 165 dollara qaz alır. Bu, Avropadaki qiymətlərin yarısına bərabərdir.

Rusiyanın əlində digər vasitələr də var və bundan mütləq istifadə edəcək və növbəti seçkilərdə Paşinyan üçün çox ciddi problemlər yaradacaq. Bir sözlə, Paşinyanı və Ermənistanın Aİ üzvlüyünə qəbulunu qarşıda çox ciddi sınaqlar gözləyir".

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ