Bazar ertəsi günü, 02 noyabr 2026
     

Xaricdəki alimlərimiz "Vətənin strateji planları" naminə hərəkətə keçdilər...

Image


İlqar Orucov: "Diaspor alimlərinin bacarığından, təcrübəsindən  həm elmimizin, həm ali təhsilimizin inkişafı naminə istifadə etmək mümkündür"

"...Xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər kimi, Sizi və Sizin şəxsinizdə bütün Azərbaycan xalqını əmin edirik ki, elm və texnologiya, energetika, təhsil, səhiyyə, sosiologiya və mədəniyyət sahələrində Vətənin strateji planlarının hazırlanması və həyata keçirilməsi naminə əzmlə səy göstərəcəyik". Bu fikirlər Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarının Prezident İlham Əliyevə müraciətində yer alıb.

Müraciətdə, həmçinin, "Sizin müdrik və uzaqgörən rəhbərliyiniz altında Azərbaycan Respublikasının siyasi, iqtisadi, elmi-mədəni istiqamətdə gələcəkdə daha böyük müvəffəqiyyətlər qazanacağına əminliklə biz də ümumi tərəqqimizə töhfələrimizi verməyə hazırıq. İnanırıq ki, müasir elmi biliklərə və geniş təcrübəyə malik olan, vətənimizi dərin məhəbbətlə sevən və siyasi xəttinizi daim dəstəkləyən ziyalılarımız ümummilli mənası olan böyük işlərdə Sizin yardımçınıza çevrilə biləcəkdir" - deyə bildirilib.

Xaricdə yaşayan azərbaycanlı alimlər Prezidentə ünvanladıqları müraciətdə deyirlər ki, elm və texnologiya, energetika, təhsil, səhiyyə, sosiologiya və mədəniyyət sahələrində Vətənin strateji planlarının hazırlanması və həyata keçirilməsi naminə əzmlə səy göstərəcəyik. 

Bu sahələrdə xaricdə yaşayan alimlər nə töhfə verə bilərlər? Əsas budur ki, onların bu sahədə verəcəkləri töhfələrin, nailiyyətlərinin koordinasiya olunması mümkündürmü? Onları necə koordinasiya etmək olar? Ümumiyyətlə, onlar bu istiqamətlərdə nəsə edə bilərlər? Şərait varmı?

"Diaspor alimlərinin bu arzularının gerçəkləşdirilməsi üçün koordinasiya işinin həyata keçirilməsi çox vacibdir" 

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, diaspor alimlərinin forumunun keçirilməsi təşəbbüsü ilə illər əvvəl çıxış edib və belə bir tədbirin keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti barədə dəfələrlə yazıb. "Fikirləşirəm ki, mütləq şəkildə diaspor alimləri Azərbaycan elminin və təhsilinin inkişafına cəlb olunmalıdır. Onların təcrübəsindən mütləq şəkildə istifadə olunmalıdır. Eyni zamanda, gənc alimlərin formalaşmasında diaspor alimlərinin imkanları səfərbər edilməlidir. Çox təəssüf ki, bizim diaspor alimlərimizin bəziləri zamanında elmə rəhbərlik edən adamlar tərəfindən buradan küsdürülmüş şəxslərdir. Bir çoxları da ölkədə öz imkanlarını reallaşdıra bilməyib və bu səbəbdən də Azərbaycandan gediblər. Mən həmin forumda iştirak etməmişəm və bilmirəm ki, zamanında burada incidilmiş, buna görə də ölkədən getmiş alimlər bu foruma qatılıblar, yaxud qatılmayıblar. Qatılmayıblarsa, buna təəssüf edirəm. Fikirləşirəm ki, həmin insanlar Azərbaycanın intellektual sərvətidir və onlarla ölkəmizin əlaqələrinin qurulması mütləq şəkildə təmin olunmalıdır. Xatırlayıram, illər əvvəl diaspor alimlərinin forumunun keçirilməsi ilə bağlı dövlətin müvafiq qurumlarına layihələrlə müraciət edərkən biz məhz həm də bu məsələni diqqətdə saxlayırdıq, fikirləşirdik ki, bu forumu keçirsək çox yaxşı olar. Bizim bu barədə təcrübəmiz var idi. Qeyd edim ki, dünyada alimlərin ən böyük tədbirinin, forumunun təşəbbüsçüsü Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti olub. Ona görə də düşünürdüm ki, biz mütləq diaspor alimlərinin Azərbaycana cəlb olunmasına çalışmalıyıq. Burada söhbət, əlbəttə ki, ciddi elmi nailiyyəti olan, nüfuzlu alimlərdən gedir. Yaxşı yadımdadır, hətta biz o zaman forumun proqramını tərtib etmişdik, orda çox ciddi mövzular qoyulmuşdu. Mövzulardan biri də Diaspor Alimlərinin Əməkdaşlıq Mərkəzinin yaradılması idi. Onun beyin mərkəzi kimi gələcəkdə inkişaf etdirilməsi, eyni zamanda çox ciddi vəzifələrin mərkəz tərəfindən həyata keçirilməsi planlaşdırılırdı. Təəssüf edirəm, bizim bu təşəbbüsümüzə zamanında müvafiq qurumlar dəstək vermədi. 

Amma hər halda belə bir forumun keçirilməsini alqışlayıram. Nə yaxşı gec də olsa bizim bu təşəbbüsümüz, bu arzumuz gerçəkləşdi. Bütün hallarda biz gələcəkdə bu forumun nə qədər əhəmiyyətli olacağını görəcəyik. Amma ümud edirəm ki, bu forum əhəmiyyətli, faydalı olacaq və orda qaldırılan məsələlər söz olaraq yox, əməl olaraq reallaşacaq" - deyə bildirən İ.Orucov xaricdə yaşayan alimlərin Prezident Əliyevə müraciətini yüksək qiymətləndirdiyini dedi. O qeyd etdi ki, alimlər Azərbaycanın elm sahəsində inkişafına töhfə vermək istəyirlər və bu da xüsusilə dəyərlidir. "Bilirəm ki, azərbaycanlılar dünyanın harasında yaşamasından asılı olmayaraq Vətənə, dövlətə bağlıdırlar. Bu bağlılıq da yüksək səviyyədədir. Xaricdəki elm adamlarının ölkəmizlə bağlılğı həvəskar bir yanaşma deyil. Hesab edirəm ki, bu həm də peşəkarlıq baxımından əhəmiyyətlidir. Müraciətdə qeyd olunduğu kimi, elm, texnologiya, energetika, sosiologiya sahəsində proqramların hazırlanmasında  onların iştirak etmək arzusu  var. Hesab edirəm ki, onların ali təhsilimizin səviyyəsinin yüksəlməsi ilə bağlı arzuları, təşəbbüsləri var. Ümumiyyətlə, ölkəmizdə innovasiya, tədqiqat mühitinin, iqtisadiyyatın formalaşmasına o alimlərin cəlb olunması olduqca vacibdir. Bayaq koordinasiya məsələsini qeyd etdim. Dünya Alimlərinin Birliyini yaradıblar. Hesab edirəm ki, yaradılan bu Birlik bu istiqamətdə koordinasiya işini həyata keçirə bilər. Əlbəttə, dövlətin elm və təhsil siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq Elm və Təhsil Nazirliyi məsələyə öz töhfəsini verəcək, Diaspor Komitəsinin də bu sahədə imkanları var. Onlar da xaricdə yaşayan alimlərimizin ölkəmizin gələcəyi ilə bağlı arzularının gerçəkləşməsinə dəstək ifadə etməlidirlər. Mütləq şəkildə etməlidirlər. Çünki bu gün bir məmur vəzifə başında olacaq, sabah o məmur olmayacaq, amma bu dövlət, bu Vətən, bu xalq daimidir, əbədidir. Ümid edirəm ki, Vətənimizin gələcəyi üçün bizim alimlərimizin səyləri, arzuları tükənməzdir. Həm də onların bilik və bacarıqları kifayət qədər peşəkardır. Onlar peşəkar biliklərə malikdirlər, təcrübələri var. Onlar arasında kifayət qədər müdriklik yaşına dolan alimlərimiz var ki, bu alimlərin ölkəmizə xidmət etmək yönündə arzuları var. Hesab edirəm ki, mütləq şəkildə bizim xaricdə yaşayan alimlərimizin imkanları səfərbər edilməlidir. Bu imkanların gerçəkləşməsi naminə dövlət qurumları onların yanında olmalıdır. Mən cənab Prezidentin təbrik məktubunu da oxumuşam. Bilirəm ki, cənab Prezident xaricdə yaşayan alimlərimizin ölkəmizin ümumi inkişafı işinə cəlb oluması işində nə qədər maraqlıdır. Bu həqiqətən də önəmlidir. Çünki ölkənin ali siyasi rəhbərliyinin məhz elm adamlarının imkanlarının səfərbər edilməsi ilə bağlı arzuları, gözləntiləri var. Düşünürəm ki, bu gün diaspor alimlərinin bu arzularının gerçəkləşdirilməsi üçün koordinasiya işinin həyata keçirilməsi çox vacibdir. Dəstəyin olması da vacib amillərdən biridir. Fikrimcə, bu işdə müvafiq qurumlar həm də Ali Baş Komandanın, cənab Prezidentin təbrik məktubundan nümunə götürəcəklər, onu öz fəaliyyətlərində rəhbər tutacaqlar, o məktubda tezislər var. O tezislər ölkə başçısının gözləntilərinin nədən ibarət olduğunu ifadə edir. Düşünürəm ki, Prezident Əliyevin təbrik məktubu həm də proqram xarakterli bir sənəd kimi mütləq şəkildə nəzərə alınmalı və istifadə olunmalıdır. Diaspor alimlərinin bacarığından, təcrübəsindən həm elmimizin, həm ali təhsilimizin inkişafı naminə istifadə etmək mümkündür. Eyni zamanda Azərbaycanda elmi məktəblərin yaradılması üçün mütləq o alimlərin imkanlarını, bilik və bacarıqlarını səfərbər etməliyik.

Mən bir məsələyə də toxunum, hər zaman qeyd edirik ki, Azərbaycanda elmi məktəblər sıradan çıxmaq üzrədir. Biz hansısa amerikalını gətirib Azərbaycanda elmi tədiqiqatlara cəlb etməkdənsə, hesab edirəm ki, bu gün ABŞ-da, Türkiyədə, Almaniyada, Kanadada, bir sözlə, dünyanın müxtəlif ölkələrində çalışan azərbaycanlı alimləri bu işlərə cəlb etsək daha faydalı olar. Çünki onlarda həm də bir Vətən sevgisi, Vətənə, xalqa, dövlətə  bağlılıq var. Bu amil elm qarşısında duran ümummilli məsələlərin həllinə dəstək və kömək ola bilər" - deyə İ.Orucov vurğuladı. 

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

30.10.2026 / 21:40
Paşinyan hərbi prokurorun bir cümləsi ilə parlamentdəki gülləboranı yenidən araşdırır...

30.10.2026 / 21:23
Qazaxıstanın Xəzərdə başlatdığı hüquq prosesinə Azərbaycanın da ehtiyacı var...

30.10.2026 / 21:07
Müsəlman amerikalı iddiaçılar seçkidə Trampa xüsusi çətinliklər vəd edir...

30.10.2026 / 20:49
Paşinyan müstəqillik bəyannaməsi ilə bağlı Əliyevin tələbinin tam üstünə gəldi...

30.10.2026 / 20:35
Paşinyan açıq sevindi ki, Azərbaycanla müharibə vəziyyəti bu günlərə qalmadı...

30.10.2026 / 20:19
Bu il zirvə, gələn il zirvə, 2028-də də zirvə - Azərbaycan Zirvələr ölkəsinə çevrilir...

30.10.2026 / 20:04
Azərbaycandan yan keçmək mümkün deyil - Forumda klassik düstur açıldı...

30.10.2026 / 19:49
Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib - FOTO

30.10.2026 / 19:37
Ermənistanın İranla sərhədində xüsusi Komissiya yaradıldı... İran narahatdır...

30.10.2026 / 19:30
Ramiz Mehdiyevin AMEA-dan çıxarılması təsdiqləndi - YENİLƏNDİ

30.10.2026 / 19:23
Ukrayna Rusiyanın neft zavodlarına hücumları bərpa etdi – bir gündə üç zavod vuruldu…

30.10.2026 / 19:10
ABŞ-ın kiçik Ermənistandakı səfirliyinin 2500-3000 işçisi var - Rusiya TŞ-dən iddia...

30.10.2026 / 18:54
Fələstin sevgisi, Mahmud Abbasın AK Parti iqtidarına “tokat kimi” cavabı...

30.10.2026 / 18:36
Azərbaycan illərdi Transxəzər qaz kəmərindən danışır - Aşqabad indi hərəkətə keçir...

30.10.2026 / 18:30
Leyla Əliyeva ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı – “Məhsul bayramı”nda iştirak edib - FOTO

30.10.2026 / 18:01
Bakıda FIFA U-15 dünya çempionatı və festivalının bağlanış mərasimi keçirilib

30.10.2026 / 17:36
Cavid Əjdəroğlu İsmayılın “Yəməndə ölən kimdir, qazanan kim?” kitabı nəşr olunub

30.10.2026 / 17:11
Müstəqillik Bəyannaməsi Ermənistanda dövlətçilik böhranı yaradıb...

30.10.2026 / 17:04
Azərbaycanda əhali dollarını satır

30.10.2026 / 16:34
Putin Avropada 2 mühüm müttəfiq itirdi - növbədəki kim?..

30.10.2026 / 16:17
Prezident kənd təsərrüfatı sahəsində çalışan bir qrup şəxsi təltif etdi

30.10.2026 / 16:10
Mirziyoyev Prezident İlham Əliyevə təşəkkür edib

30.10.2026 / 15:50
İsraildə yeni hökumətin taleyi 19 ərəbin əlində qalıb - 101 deputat isə onlara nifrət edir...

30.10.2026 / 15:12
Mirzoyan sülh sazişi barədə olduqca yersiz təklif səsləndirdi...

30.10.2026 / 14:43
Korrupsiya barədə məlumat verənlər nə qədər mükafat alacaq? - AÇIQLANDI...

30.10.2026 / 14:28
4 müsəlman ölkəsi İsraili 4 ölkədən çıxarmaq razılığına gəldi... Necə???

30.10.2026 / 14:11
İrana əsas hücum variantları Trampa təqdim olundu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ