Bazar ertəsi günü, 02 noyabr 2026
     

“Ulu Öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri Azərbaycan dövlətçiliyini xilas etməsidir” - Vüqar Rəhimzadə

Image


Ulu Öndər Heydər Əliyevin adı çəkiləndə öncə göz önünə Azərbaycan gəlir. Bütün dövrlərdə Azərbaycanın bu günü və gələcəyi üçün düşünən şübhəsiz Ümummilli Liderin atdığı addımların, gördüyü işlərin xronologiyasını bir yazıda tam əhatə etmək mümkün deyil.

Dahi şəxsiyyət Heydər Əliyevin "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" çağırışı Onun amalının, məqsədinin nədən ibarət olduğunu açıqlayır. Bu fikir böyük əminliklə və qürur hissi ilə qeyd edilir ki, Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ulu Öndərin hakimiyyətinin hər iki dövrü, o cümlədən siyasi fəaliyyətinin Naxçıvan mərhələsi xilaskarlıq missiyası ilə xarakterizə edilir. Dahi rəhbərin hakimiyyətinin birinci dövrü Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərdi, xalqımızın özünüdərkini və soykökünə qayıdışını təmin etdi, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrildi. Heydər Əliyevin siyasi fəaliyyətində 1990-1993-cü illər mühüm yer tutur. Həmin dövr Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü adlandırıla bilər. Məhz həmin illər dahi şəxsiyyətin yenidən böyük siyasətə, hakimiyyətə qayıdış dövrü oldu.

Ümummilli Lider hər zaman xalqının çətin anlarında yanında olub, insanların ümidlərini özünə qaytarmaq üçün bütün zəruri addımları atıb. Azərbaycan tarixinin mühüm səhifəsi kimi dəyərləndirilən 3 sentyabr 1991-ci ildə Ulu Öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsindən ötən 33 ilin reallıqları fonunda qarşıdakı dövrün mənzərəsini təqdim etmək heç də çətin deyil. Artıq qalib Azərbaycan yeni reallıqlara söykənərək həm iqtisadi, həm də siyasi mövqeyini daha da möhkəmləndirmək üçün Milli Prioritetləri müəyyənləşdirib və onların həyata keçirilməsi istiqamətində biri-birindən əhəmiyyətli addımları ilə diqqətdədir. Bugünümüzün reallığı budur ki, Azərbaycan Ümummilli Lider Heydər Əliyevin daim arzusunda olduğu Azərbaycandır.

Bu fikirləri "İki sahil" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O qeyd edib ki, fenomenal şəxsiyyət olan Heydər Əliyev Naxçıvanda Milli Qurtuluşun, milli dövlət quruculuğunun təməllərini özünün zəngin təcrübəsinə və Azərbaycanın bu diyarında daim yaşadılan qədim Azərbaycan dövlətçilik ənənələrinə əsaslanaraq atıb. Onun Naxçıvanda qəbul etdiyi qərarlar, atdığı addımlar müstəqil Azərbaycanın bugünkü və gələcək inkişafı üçün baza rolunu oynayır. Ümummilli Lider istər keçmiş sovet dönəmində, istər Naxçıvan MR Ali Məclisinin Sədri olduğu vaxtlarda, istərsə də 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkənin siyasi, iqtisadi, sosial inkişafı naminə atdığı addımlarında bu məqamı xüsusi olaraq diqqətə çatdırmışdır ki, mənim həyatım, fəaliyyətim bütünlüklə Azərbaycanın uğurlu gələcəyinə, beynəlxalq münasibətlər sistemində nufuz qazanmasına həsr olunub. Dahi şəxsiyyətin arzusu, amalı Azərbaycanı daim müstəqil, iqtisadi cəhətdən dayanıqlı inkişaf etmiş, demokratiya təcrübəsi digər ölkələrə örnək olan ölkə kimi görmək olub.

Bildirilib ki, bugünkü islahatların, yeniliklərin, dünyaya çağırışların təməli məhz o illərdə qoyulub. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskinləşdiyi şəraitdə Ali Məclisin Sədri seçilən Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin edilməsinə nail oldu. Onun sədrliyi ilə keçirilən sessiyalar biri-birindən əhəmiyyətli məsələlərin müzakirəsi, vacib qərarların qəbulu ilə yadda qalıb. Naxçıvan MSSR-in adının dəyişdirilməsi, dövlət atributları sayılan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağının bərpası, himn və gerbi üçün müsabiqə keçirilməsi barədə qərarların qəbulu da deyilənlərin təsdiqidir. 1990-cı ildə Bakıda törədilmiş Yanvar hadisələrinə həsr olunmuş Azərbaycan SSR Ali Sovetinin sessiyasının yarımçıq dayandırılmasını qətiyyətlə pisləyərək Naxçıvanda bu məsələnin müzakirəsini vacib hesab edən Ümummilli Lider Heydər Əliyev həqiqəti belə xarakterizə etmişdir: "Mən Azərbaycanın rəhbəri kimi Ermənistanın Dağlıq Qarabağın işlərinə qarışmasına yol vermirdim və bunu vətəndaş, azərbaycanlı kimi borcum bilirdim". Yanvar hadisələri törədiləndə Moskvadakı Azərbaycanın Daimi Nümayəndəliyinə gedərək qanlı qırğını törədənləri ifşa edərək, bu hadisəni hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd addım kimi qiymətləndirmişdir. Ulu Öndər Heydər Əliyev Naxçıvanda işləyərkən faciəyə siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını qəti tələb etdi. Muxtar respublikada Kommunist Partiyasına məxsus bütün strukturları ləğv etdi.

Vüqar Rəhimzadə onu da bildirib ki, dahi şəxsiyyətin Naxçıvandakı xidmətlərindən biri Yeni Azərbaycan Partiyasının yaradılmasıdır. Xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən "91-lər"in Ulu Öndər Heydər Əliyevə müraciəti, dahi şəxsiyyətin həmin müraciətə cavabı Azərbaycanın uğurlu gələcəyinin təqdimatı oldu. Bu mühüm məqamı da qeyd etməliyəm ki, Yeni Azərbaycan Partiyasının yaradılması, dahi şəxsiyyət Heydər Əliyevin partiyaya Sədrliyi Azərbaycanın həyatında dönüş nöqtələrindən biri oldu. Belə ki, partiyanın yaradılması Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışını, ölkəni düşdüyü ağır vəziyyətdən xilasını daha da tezləşdirdi. Yeni Azərbaycan Partiyasının yaradılması Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin Naxçıvan mərhələsinin mühüm tarixi addımlarındandır.

Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsindəki ən böyük xidmətlərindən biri də 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə qərarın qəbul edilməsidir. Ulu Öndər daim bu çağırışı edirdi ki, Azərbaycan bütün dünya azərbaycanlılarının Vətənidir. Harada yaşamasından asılı olmayaraq bütün soydaşlarımız bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birləşməlidir. Diaspor quruculuğu prosesi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi.

Baş redaktor diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin qısa vaxt ərzində Naxçıvanda Azərbaycan üçün gördüyü işlərin, həll etdiyi taleyüklü məsələlərin yalnız az bir hissəsini qeyd etdim. Dahi rəhbərin Azərbaycanın gələcəyi üçün müəyyənləşdiyi hədəflərin gerçəkləşməsi isə 1993-cü ildən, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başladı. Müstəqilliyimizin bərpasının ilk illəri hakimiyyətsizlik illəri kimi xarakterizə olunsa da 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan yol Azərbaycana bugünkü uğurları qazandırdı. Ulu Öndər Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkə xaosdan, anarxiyadan, özbaşınalıqdan xilas oldu, inkişaf, tərəqqi dövrünə qədəm qoydu. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl 2020-ci ildə Azərbaycanın tarixi Zəfərinə yol açdı. Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini atdığı hər bir addımı ilə təsdiqləyən dövlət başçısı İlham Əliyev Azərbaycana möhtəşəm uğurlar qazandırdı. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanan Prezident İlham Əliyev andiçmə mərasimində Ümummilli Lider Heydər Əliyevə ünvanladığı "Mən bu gün bu yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə müraciət edərək deyirəm: Əziz Prezident, əsəriniz olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik" müraciəti bugünkü reallıqlarda öz əksini tapıb. Torpaqlarımız tarixi sahibinə qovuşdu, bütün işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağı dalğalanır. Hazırda Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramı uğurla icra olunur. Bu qayıdış Böyük Qayıdış olmaqla təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan Bayrağını daha uca etməyə hədəflənib. Suverenliyimizin tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın qarşısında yeni hədəflər var. Hədəflərimiz uğurlu gələcəyimizin təqdimatıdır. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

31.10.2026 / 12:24
Tusk Konstitusiya Məhkəməsi ətrafında baş verənlərlə bağlı prezidentin partiyasını günahlandırdı - Başqa yol yoxdur...

31.10.2026 / 11:58
Polşada Konstitusiya Məhkəməsinin binası zor gücünə ələ keçirildi – Prezident-hökumət qarşıdurması pik həddə çatdı…

31.10.2026 / 11:23
Qubadlıda ilk su elektrik stansiyası tikilir...

31.10.2026 / 10:55
Gəncədə 18 min manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

31.10.2026 / 10:14
Azərbaycanda bu şəxslər yeni mənzillərlə təmin olunacaq

31.10.2026 / 09:49
Hörmüz yaxınlığında daha bir tanker vuruldu...

31.10.2026 / 09:33
Bir gündə 129 nəfər saxlandı, 33 cinayətin üstü açıldı

30.10.2026 / 22:18
ABŞ gələn həftə İrana qarşı hərbi əməliyyatlara başlaya bilər…

30.10.2026 / 21:56
Avropasız Ukraynada sülh kimlərin planıdır?...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ