çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Necə ola bilər ki, Zaxarova Qarabağda faşist njdelərin heykəllərini müdafiə etsin!...

Image


Qasım Hacıyev: "Zaxarova da etiraf etməli idi ki, Njde kimi Hitler qullarının abidəsinin Azərbaycan topağında olması elə həqiqi Sovet İttifaqı Qəhrəmanlarının ruhuna təhqir idi"

Ermənistan tərəfi uzun müddətdir ki, Qarabağda guya İkinci Dünya müharibəsi iştirakçılarına aid abidələrin dağıdılması barədə iddialar irəli sürür.  

Maraqlıdır ki, uzun illərdir faşist ideologiyasının quluna çevrilən ermənilər və Ermənistan indi İkinci Dünya müharibəsi iştirakçılarının və bu münasibətlə qoyulan abidələrin təəssübkeşi kimi özünü qələmə verir. Halbuki, Ermənistanın özündə bu tip abidələrə qarşı kəskin nifrət hissi var, onlar kütləvi şəkildə götürülür, əvəzində daşnaklara abidələr qoyulur. Özü bu yolu tutan dövlət ölkəmizi İkinci Dünya müharibəsinə aid abidələri dağıtmaqda ittiham edir. 

Ermənilər artıq bu uydurma məsələyə Rusiya rəsmilərinin də diqqətini cəlb etməyə çalışırlar. 

Avqustun 28-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya erməni jurnalist "Qarabağda erməni əsilli sovet ittifaqı qəhrəmanlarının abidələrinin azərbaycanlılar tərəfindən dağıdılması" ilə bağlı təxribatçı sual ünvanlayıb.  Erməni mediasına görə, Zaxarova da öz növbəsində Qarabağda "erməni əsilli sovet ittifaqı qəhrəmanlarının abidələrinin dağıdılması məsələsini" şərh edib.

"Biz zəng etdik və təsdiq etdik ki, Böyük Vətən müharibəsinin mədəni-tarixi irsinin qorunub saxlanması mövzusunun Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı danışıqların gündəliyinə daxil edilməsi üçün hər iki tərəflə bu işi davam etdirəcəyik"-deyə Zaxarova bildirib. 

O vurğulayıb ki, həm Bakı, həm də İrəvanla işgüzar əlaqələrində bu mövzu müntəzəm olaraq müzakirə olunur. "Biz hər yerdə və hər dəfə bu mövzuya toxunduqda sovet əsgərlərinin abidələrinin dağıdılmasının yolverilməzliyi ilə bağlı prinsipial mövqeyimizi bildirdik. Bakıda Böyük Vətən müharibəsinin tarixi yaddaşını qorumağın ölkələrimizin müqəddəs borcu olduğunu anlayır və bölüşürlər"-deyə Zaxarova əlavə edib.

Əvvəla, Azərbaycanda heç bir Böyük Vətən müharibəsi abidəsi dağıdılmır, dağıdılmayıb da. Digər tərəfdən də, ermənilər bizim torpaqlarımızı işğalda saxladıqları dövrdə orada Qaregin Njde kimilərinə abidə qoymuşdular, özü də lap Xankəndinin mərkəzində. Faşist əlaltısının abidəsi Azərbaycan torpağında niyə olmalıdır ki? Xankəndidə faşist Njdenin abidəsi sökülüb və bunu Rusiya tərəfi də çox yaxşı bilir. İndi ermənilər istəyirlər ki, belə təxribatçı iddialarla Zaxarovanı da Njdenin və onun kimi nasistlərin, daşnakların müdafiəsinə yönəltsinlər. 

"Halbuki, ermənilərin özləri İkinci Dünya müharibəsinə aid abidələrə qənim kəsiliblər, bunu Rusiya da bilir" 

AMEA-nın Qafqazşünaslıq institutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev "Bakı-Xəbər"ə şərhində bildirdi ki, 200 ilə yaxındır ermənilər saxtakarlıqla məşğuldur. Q.Hacıyev bildirdi ki, Ermənistanın bu məsələni ortaya atması təsadüfi deyil, çünki Azərbaycan və Rusiya arasındakı münasibətlər bu ölkəni çox narahat edir: " Rusiya və Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyəti erməniləri əndişəyə salıb. Onlar bu cür təxribatçı fikirləri ortaya atmaqla bu münasibətləri zədələməyə çalışırlar. Rusiyalı rəsmilər erməni uydurmalarına rəvac verməməli, onların Azərbaycanı qaralamasına şərait yaratmamalıdır"-deyə Q.Hacıyev bildirdi. 

Çar Rusiyanın imperiya maraqlarını təmin etməsi məqsədilə erməniləri gətirib Azərbaycan ərazilərində yerləşdirdiyini deyən Q.Hacıyevin sözlərinə görə, indi onlar Qafqazın baş bəlasına çevrilib. "Məsələ burasındadır ki, erməniləri Çar Rusiyası gətirib Qafqaza çıxarıb. Onlara bizim torpaqlarda dövlət qurublar. Ümumiyyətlə, Rusiya zaman-zaman imperiya siyasətini davam etdirmək üçün ermənilərdən istifadə edib. Təsəvvür edin ki, bu gün Ermənistan Rusiyanın əlindən çıxır deyə, bu ölkənin rəsmiləri müəyyən vaxtlarda erməniləri yenə də müdafiə edirlər. Bu, Zaxarovanın açıqlamasında da özünü göstərir. Bunu başa düşmək olmur. Zaxarova bilmirmi ki, ermənilərin iddiası yalandır və bu barədə danışmağa dəyməz? O bizimlə necə danışmağa çalışır? Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Biz öz torpağımızda nasist Njdenin abidəsini niyə saxlamalıyıq ki? Zaxarova da etiraf etməli idi ki, Njde kimi Hitler qullarının abidəsinin Azərbaycan torpağında olması elə həqiqi Sovet İttifaqı Qəhrəmanlarının ruhuna təhqir idi. Bunu Rusiya da yaxşı bilir. Bir Njdeyə, bir Şaumyana görə Azərbaycana qarşı uydurma iddia irəli sürmək heç Rusiyanın da maraqlarına uyğun olmamalıdır. Amma bəzi rus məmurları niyə köhnə imperiya siyasətindən əl çəkmək istəmirlər? Təsəvvür edin ki, ermənilərin bütün yalanlarına bəzi Rusiya rəsmiləri şərait yaradır. Niyə? Hesab edirəm ki, Zaxarova erməni jurnalistə bu cür cəfəng iddialar irəli sürməyə imkan verməməli idi. Çünki bu, əsassız bir məsələdir. Qarabağda erməni abidəsi yoxdur, orada onların mədəni-tarixi irsi olmayıb. Azərbaycanda İkinci Dünya müharibəsinə aid abidələrin hamısı qorunub saxlanılır. Görək Ermənistanda belə abidələr varmı? Təbii ki, o abidələri çoxdan söküb atıblar. Zaxarova gərək erməni jurnalistin sualına sualla cavab verəydi ki, Qərbi Azərbaycanda və Qarabağda Azərbaycan xalqının tarixi-mədəni irsini niyə dağıtdınız. Ermənistanda niyə bir Azərbaycan abidəsi qalmayıb? Ermənistanda azərbaycanlıların məzarlıqları dağıdılıb, bütün abidələrimiz məhv edilib, amma bir nəfər səsini qaldırmayıb. İndi durub uydurma suallara cavab axtarırlar. Bu ermənilər nə qədər yalan danışır? Gah deyirlər ermənilərin qəbirləri dağıdılıb, gah deyirlər kilsəyə ziyan vurulub, gah da başqa şeylər deyirlər. Deyək ki, Fransa, başqa Avropa dövlətləri, ABŞ bizdən uzaqdır, onlar bu yalanların toruna düşə bilirlər, amma Rusiya bizə yaxındır, bölgəyə bələddir, onlar nə üçün bu yalanlara göz yumurlar? Anlaya bilmirəm. Rusiya ilə indi yaxşı münasibətlərimiz var, əməkdaşlıq müqavilələri bağlanılıb. Bəzi Rusiya rəsmilərinin görəsən dövlət siyasətindən xəbərləri yoxdur ki, durub ermənilərə züy tuturlar, ya saymamazlıqdır? Ermənilər Azərbaycanın 7 rayonunun bütün tarixi abidələrini, sakinlərimizin ev-eşiklərini, var-dövlətlərini dağıdıb məhv etdilər. Onda niyə bəzi Rusiya rəsmiləri buna münasibət bildirmədilər? Zaxarova özünü  elə aparır ki, guya ermənilərin bizim başımıza gətirdiyi bəlalardan xəbəri yoxdur, indi durub Qarabağda erməni Sovet qəhrəmanlarının abidəsinin dərdini çəkir. Bəs Azərbaycana aid abidələri ermənilər məhv edəndə niyə danışmadılar? Bir dəfə qeyd etdilərmi ki, ermənilər azərbaycanlılara bu qədər zülm edib?"

Q.Hacıyev əlavə etdi ki, ermənilərin hansısa abidələrinin məsələsinin danışıqlar prosesinə salınması yolverilməzdir və bu məsələnin müzakirəsi yersizdir. O qeyd etdi ki, çünki Azərbaycanda ermənilərə aid abidə yoxdur, olmayıb da. Q.Hacıyev bildirdi ki, ermənilər Rusiyanın diqqətini cəlb etmək üçün qəsdən İkinci Dünya müharibəsi abidələrindən yapışırlar: "Ermənilər bu qondarma abidə iddiasını qəsdən ortaya atırlar, çünki bilirlər ki, Rusiya belə məsələlərə həssas yanaşır. Halbuki, ermənilərin özləri İkinci Dünya müharibəsinə aid abidələrə qənim kəsiliblər, bunu Rusiya da bilir.  Məsələ burasındadır ki, ermənilər özləri özlərini aldadırlar"-deyə Q.Hacıyev qeyd etdi.

Q.Hacıyev bildirdi ki, tarixi abidələrin qorunması məsələsinə gəlincə, ermənilər Azərbaycan abidələrini qorumayıb, onları məhv edib. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ