çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Kərbəla ziyarətini antiazərbaycan fəaliyyət meydanına döndərirlər - fakt...

Image


Tural İrfan: "Həmin şəxslərdir ki, Kərbəlaya gedəndə belə antiazərbaycan fəaliyyəti ilə məşğul olurlar"

Azərbaycana xəyanət edən bir qrup "dindarlar" var ki, hazırda onların İranda yaşadıqları, ordan dövlətimizin əleyhinə təbliğat apardıqları məlumdur. 

Çox təəssüflər olsun ki, belələri öz vətəndaşlıq hisslərini, milli təəssübkeşliyi, dövlətçilik maraqlarına xidməti tamamilə unudublar.  

Onların oradakı çirkin əməllərindən cəmiyyətimizin xəbəri var. 

MOİZE Teleqram kanalı yazır ki, Azərbaycana xəyanət edənlərin şəkilləri Ərbəin ziyarətində nümayiş etdirilir. Onlar "qəhrəman" kimi təqdim olunur. "Bu ziyarəti təşkil edənləri məsuliyyətə cəlb etmək lazımdır. Ümumiyyətlə, Azərbaycan Kərbəla ziyarətinə STOP qoymalıdır!"-deyə kanal yazıb. Çox maraqlıdır, niyə İrandakı ziyarətgahlarda Azərbaycan dövlətinə xəyanət edənlərin fotoları qoyulur, onlar reklam edilir?

"Bu Kərbəla ziyarətini ölkədə kim təşkil edirsə onlara nəzarət gücləndirilməlidir" 

Tanınmış ilahiyyatçı Tural İrfan "Bakı-Xəbər"ə şərhində bildirdi ki, daxildə və ölkə xaricində Vətənə qarşı hər an xəyanətə hazır olanlar, ölkəni, dövləti, dövlət rəhbərini təhqir edənlər, xarici qüvvələrin xidmətində olanlar, xarici agentlər var. "Belələri iki qismə bölünür. Onların bir qismi Avropada, Qərbdə, ABŞ-da oturub, orada vətəndaşlıq alıblar, yaxud da başqa üsullarla Youtube kanalları açıb ölkənin imicinə xələl gətirməklə məşğuldurlar. İkinci qisim isə İran tərəfindən yönləndirilənlərdir. Bilirsiz ki, belə şəxslərdən bir neçəsi də İrandadır, sığınacaq alıb orada yaşayırlar. Onların bir neçəsinə hətta saxta dini rütbələr də verilib, bu o şəxslərdir ki, Azərbaycanda "Kərimə dövləti" qurmaq üçün təlimlər keçirlər, adamlar yetişdirirlər. Həmçinin onların Azərbaycanda da tərəfdarları var. Bunların bir hissəsi bir vaxtlar "Müsəlman Hərəkatı" adlı bir təşkilat qurmuşdu. İndi də "Kərimə dövləti" dediklərinin burda tərəfdarları, mənsubları var. Onlara Rusiya vasitəsilə guya yardım adı ilə  maliyyə dəstəyi də göstərilir.  Müxtəlif yollarla bunlar artıq şəbəkələşib, təşkilatlanıb formalaşıblar. Həmin şəxslərdir ki, Kərbəlaya gedəndə belə antiazərbaycan fəaliyyəti ilə məşğul olurlar. Məkkədə də onlar elə şeylərə cəhd edirlər, lakin orada nəzarət ciddi olur. Ora gedən dəstə rəhbərləri, məzhəbçi təfəkkürdə olan adamlar olmur adətən. 

Çünki Məkkəyə bütün məzhəblərin nümayəndələri gedir. Amma Kərbəlaya əsasən bir yönün adamları daha çox gedirlər, ona görə də onlara o qədər nəzarət olmur. Bu Kərbəla ziyarətini ölkədə kim təşkil edirsə onlara nəzarət gücləndirilməlidir. Bildiyim qədər, bu cür təbliğatın, bu cür ziyarət qaydasının təməlini QMİ qoyub, bu səbəbdən də belə məsələlər onlarla danışılmalıdır, məsuliyyəti onlar daşıyır. QMİ bu məsələlərə nəzarət etməlidir. Bu məsələlər təəssüf doğurur. Bəli, bu çoxdan var və Kərbəlada Vətən xainlərinin, Azərbaycana düşmən olan şəxslərin şəkilləri nümayiş etdirilir, onların şüarları səsləndirilir, orda olan digər müsəlman xalqlara Azərbaycan haqda mənfi məlumat verilir. Bir növ ora bir siyasi toplaşma yeri kimi istifadə olunur. 

Biz bunu illərdir deyirik ki, bu cür dini məsələləri artıq fars şəbəkəsi tamamilə siyasiləşdirib. Yəni yas məclislərindən tutmuş imamların doğum, ölüm günlərinə qədər hamısını siyasiləşdiriblər. Bunu ona görə edirlər ki, orda şüarlar səsləndirsinlər, o toplanışı bir siyasi təsir, təzyiq vasitəsinə çevirsinlər, həmçinin də Kərbəla ziyarətini. Bu işi orada insanları bu ziyarətə aparanlar, dəstə rəhbərləri təşkil edir. Dəstə rəhbərlərini də buradan göndərən adamlar var, onların da hamısı QMİ-yə bağlı adamlardır. Yəni burda heç kim özbaşına gedib o şüarı səsləndirə bilməz. Həmin dəstə rəhbəri bu cür işlərə görə məsuliyyət daşıyır ki, sən Azərbaycandan gedəsən, Azərbaycanı biabır edəsən, sonra da əl-qolunu sallayıb gəlib burda oturasan. Bu mümkün deyil. Bu işi təşkil edənlər və onun arxasında duranlar var. Onlar tapılmalıdır. Daha doğrusu, onlar məlumdur, amma nəyə görəsə məsuliyyətə cəlb etmirlər, onları zərərsizləşdirmirlər. Bunun səbəbi məlum deyil. Orda müxtəlif görüşlər keçirilə bilər. Hətta aldığım məlumata görə, bunlar da var. Çünki İraqla İranın müəyyən qüvvələrinin müqavilələri, yaxın əlaqələri var. Əsasən də din adı altında gördükləri işlərdə həmişə ruhanilər və sairlər vəhdətdədir.   Bu ziyarətə gedənlərin heç də hamısı ora ziyarətə getmir, 80 faizi Məşhədə və Kərbəlaya başqa məqsədlərlə aparılır. Yəni orda kimlərləsə görüşülür, hansısa razılığa gəlinir. Bax, bu kimi şeylər din adı altında baş verir"-deyə T.İrfan bildirdi. 

T.İrfanın sözlərinə görə, biz bunu İran casuslarının burada həbs edilməsində gördük ki, onlar bu ziyarətlərə gedərkən necə ələ keçiriliblər. T.İrfan qeyd etdi ki, belə insanları həvəsləndirib pulsuz şəkildə aparırlar, sonra isə onları ələ keçirib əməkdaşlığa cəlb edirlər, müxtəlif adamların təsiri altına salırlar. "Bu ziyarətlərə getməyin qadağan edilməsi düz gəlməz, bunu qadağan etmək olmaz, bu, insan haqlarına ziddir, dini azadlıqlara uyğun deyil. Sadəcə, dövlət bu cür ziyarətlərin təşkil edilməsinə ciddi nəzarət etməlidir. Onları özbaşına buraxmamalıdır. Amma indi özbaşına buraxılıblar. Mən həmişə demişəm, yenə də deyirəm, QMİ indiyə qədər ermənilərin Azərbaycan xalqına  Xocalıda ziyan vurduğu qədər ziyan vurub. Ola bilsin bu hələ ifşa ediləməsin, nəyə görəsə deyilməsin, ancaq o idarənin Azərbaycana vurduğu ziyan erməninin Azərbaycana vurduğu ziyanla müqayisə oluna bilər. Bunu tam məsuliyyətlə demək lazımdır. Onlar bu işi təşkil edir. Məlum idi, 44 günlük müharibədən sonra o idarənin rəhbəri bu qələbəni nə cür təqdim etdi? Bir ölkənin şeyxi deyəndə ki, bu torpaqlar İranın ali dini  liderinin fətvası ilə alındı, təbii ki, onu təqlid edən molla, din xadimi də Kərbəlaya gedəndə orada xalq düşməninin şəklini qaldıracaq. Yəni o, böyüyündən örnək götürür. Ona görə də bu işlər nizamlanmalıdır. Dövlət QMİ-nin  nazı ilə çox oynayır. Artıq ölkədə ikitirəlik yaranıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "a", QMİ "b" deyir. Bu nifaq davam edir. Artıq elə bilin ki, bir "sünni-şiəlik" də bunlar yaradıblar. Əksinə, sünni və şiəliyi birləşdirmək əvəzinə bu iki dini idarə daha da dini mühitdə nifaq yaradır. QMİ rəhbəri konkret olaraq dövlət idarəsi ilə rəqabət aparır. Özü də bu dövlət idarəsi yaranan gündən. Ona görə də bu məsələ aradan götürülməlidir. Ya bu adamla danışılmalıdır ki, bu cür şeyləri yığışdırın, ya da bu qurum birdəfəlik bağlanmalı, onun səlahiyyətləri dövlət qurumuna verilməlidir. Hər şey yarımçıqdır. Deyək ki, qazılar QMİ-nin əlinin altındadır, təyinatındadır, ziyarət onların monopolyasındadır, nəzir də həmçinin. Amma axundların təyinatı, onların maaşının verilməsi işini Dini Komitə görür. Dini Komitə onlara maaş verir, onlar da gedib məscidlərin minbərindən İranı tərifləyir. Dövlətin bir işində o din xadimlərinin rolu, fəaliyyəti yoxdur. Bax, bu məsələlərdir ki, gedib Kərbəla ziyarətində də bu cür işlər görürlər. Onun məsuliyyətini də QMİ daşıyır. Çünki ölkədə indiyə qədər elə bir fars yönümlü dini təbliğat aparıb ki,  bu şeylər də adi qarşılanmalıdır. Amma onun da qarşısını almaq üçün bir otuz il də lazımdır ki, insanları düzgün dini maarifləndirək və "bu belə deyil, başqa cürdür"-deyək"-deyə T.İrfan bildirdi. 

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ