çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Ermənistan sülhə qarşı “Troya atı”na çevrildi...

Image


Ermənistanda 2027-ci ildə konstitusiya islahatı ilə bağlı referendum keçirilməsi planlaşdırılır. Bunu ölkənin ədliyyə naziri Qriqor Minasyan deyib: "Bizə konstitusiya dəyişiklikləri deyil, yeni bir konstitusiya lazımdır. Müzakirə etdik və bu məsələdə konsensusa gəldik", - deyə o bildirib.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da demişdi ki, ölkənin yeni konstitusiyaya ehtiyacı var və bununla bağlı referendum keçirilməlidir.

Qeyd edək ki, İrəvan və Bakı arasında sülh müqaviləsi imzalanmasına mane olan əsas amillərdən biri məhz Ermənistanın mövcud konstitusiyasıdır. Çünki həmin sənəddə Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Bakı, özəlliklə də konstitusiyanın preambula hissəsindən Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasını tələb edir. Paşinyan Ermənistanın hazırkı ana qanununun dəyişdirilməsi məqsədilə 2022-ci ildə Konstitusiya İslahatı Şurası yaradıb. O, bir müddət əvvəl sözügedən şuranın mandatını dəyişib və bildirib ki, qurum Ermənistanın tamamilə yeni konstitusiyasının layihə mətnini 2027-ci ilin yanvarınadək hazırlamalıdır. Konstitusiya İslahatı Şurası dövlət rəsmilərindən, iqtidaryönlü siyasətçilərdən və iki QHT rəhbərindən ibarətdir. QHT rəhbəri Daniel İoannisyan deyib ki, şura hazırda əsas diqqətini yeni konstitusiyasının bütünlükdə "modelinə" yönəldib. İoannisyan ümid etdiyini bildirib ki, hətta 1990-ci il bəyannaməsinə istinad da mətndə saxlana bilər, amma bu, heç də zəruri deyil. Hazırda Ermənistan konstitusiyası Azərbaycanla sülhə əsas maneədir. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla Ankarada keçirdiyi birgə mətbuat konfransı zamanı bunu bir daha diqqət mərkəzinə gətirib: "Azərbaycan bölgədə davamlı sülhün təmin edilməsi üçün tarixi şansın olduğunu hesab edir. Məhz buna görə Azərbaycan tərəfi Ermənistana sülh sazişinin layihəsini, 5 baza prinsipini təqdim edib. Baxmayaraq ki, danışıqlar prosesində müsbət dinamika müşahidə olunur, saziş layihəsinin əhəmiyyətli hissəsi razılaşdırılıb, amma hələ də Ermənistan konstitusiyasında və bir sıra digər normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları mövcudluğunu saxlayır. Eyni zamanda bu da sirr deyil ki, Ermənistanın Türkiyə Cümhuriyyətinə qarşı da ərazi iddiaları mövcuddur. Hazırda sülh sazisinin başa çatdırılması üçün əsas əngəl məhz Ermənistan konstitusiyasında ölkələrimizə qarşı ərazi iddialarıdır". Bu iddiaların aradan qaldırlmasını isə Ermənistan 2027-ci ilə kimi təxirə salmaq istəyir. Rusiyalı politoloq İqor Korotçenko İrəvanın konstitusiya referendumunu 2027-ci ildə keçirməyi planlaşdırdığı ilə bağlı məlumatı şərh edərkən bunun təsadüfi xarakter daşımadığını vurğulayıb: "Hesab edirəm ki, bu, Paşinyan komandasının Azərbaycana qarşı ərazi iddialarının ləğvi ilə bağlı konstitusiyaya əlavə və dəyişikliklərin edilməsini hansısa şəkildə təxirə salmaq üçün şüurlu istəyidir. Böyük ölçüdə ABŞ, Fransa və Avropa ittifaqı kimi qüvvələrin təsiri altında olan Paşinyan hökumətinin hələ də tez, təsirli və səmərəli tədbirlər görməsi mümkün deyil". O bildirib ki, Qərb iki ölkə arasında sülh müqaviləsinin imzalanmasını istəmir: "Məsələ burasındadır ki, istər Paşinyan, istərsə də Ermənistanın növbəti lideri tərəfindən Ermənistan-Azərbaycan münasibətlərinin yenidən nəzərdən keçirilməsi potensialını saxlamaq Qərbin marağındadır. Bundan başqa, revanşizm Ermənistanda kifayət qədər populyardır. Ermənistan ordusunun hücum silahları ilə yenidən silahlanması prosesinin davam etməsi, nəhayət, İrəvanda heç də hamının Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasının nəticələri ilə barışmadığının göstəricilərindən biridir. Həmçinin mühüm maliyyə, media və digər təsir formatlarına malik qlobal erməni diasporunun bir sıra Qərb ölkələrinin bəzi hökumət və parlamentlərinə dağıdıcı təsiri səngimək bilmir".

Ekspert hesab edir ki, Cənubi Qafqaz ətrafında böyük oyun hələ də davam edir və Ermənistan tələ kimi oyunçuların alətinə çevrilib, regionu qarışdıra bilər: "Bu baxımdan Rusiya, Türkiyə, Azərbaycan, İran və Gürcüstan mövcud risqləri dərk etməli və Qərbin Ermənistan vasitəsilə regiona gələn dağıdıcı tendensiyalarının maksimum şəkildə blokadaya alınması üçün ortaq yanaşmalar tapmağa çalışmalıdırlar. Cənubi Qafqazda vəziyyətin yeni böyük destabilizasiyasının qarşısını almaq üçün Ermənistanın "Troya atı"na çevrilməsini dayandırmaq lazımdır". Korotçenko qeyd edib ki, bölgədə sülh müqaviləsi olmadan vaxtın daha üç il uzadılması müsbət nəticələr vəd etmir və Cənubi Qafqazda vəziyyət qeyri-sabit qalacaq: "Bu gün bir çox istiqamətlərdə regionu sarsıtmağa çalışırlar. Xüsusilə Qərbin Gürcüstandakı vəziyyətə necə mənfi təsir göstərdiyini, faktiki olaraq dövlət çevrilişinə və legitim hakimiyyətin məhvinə hazırlaşdığını görürük. Müxalifətin konstitusion yolla qalib gələ bilmədiyi bir şəraitdə "rəngli inqilab" və zorakılıqla hakimiyyətin dəyişməsi ssenarisi istifadəyə hazırlanır və bunu heç kim gizlətmir. İranda vəziyyət xarici oyunçular tərəfindən aktiv şəkildə destabilizasiya olunur". Korotçenkonun fikrincə, yalnız sülh müqaviləsi bölgəni yad təsirlərdən qoruya bilər: "Biz İrəvana özünün qərargahı kimi gələn Qərb kəşfiyyat xidmətlərinin ümumilikdə dağıdıcı mövqeyini görürük. Bunları açıq şəkildə Paşinyan, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və digərləri qəbul edir. Bölgədə vəziyyətin sabitləşməsi üçün Bakı ilə İrəvan arasında sülh müqaviləsi lazımdır. Müqavilə Ermənistanı bu sülh müqaviləsinə əməl etməyə məcbur etmək üçün rıçaqlarla tamamlanmalıdır. O cümlədən, Azərbaycanın hərbi potensialını saxlamaq lazımdır". O, Cənubi Qafqazda rəsmi Bakının yüksək mövqeyinin də mühüm olduğuna diqqət çəkib: "Digər tərəfdən, biz Bakının dünya paytaxtlarından biri kimi geosiyasi statusunun yüksəldiyini və beynəlxalq münasibətlər sistemində və qlobal təşəbbüslərin təşviqində Azərbaycanın nüfuzunun kəskin şəkildə yüksəldiyini görürük. De-fakto Azərbaycanın Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək mandatı var. Yeri gəlmişkən, bunu ilk dəfə Qarabağa səfəri zamanı Azərbaycan Prezidentinə müraciət edən Belarus Prezidenti Aleksandr Lukaşenko demişdi. Hesab edirəm ki, Vladimir Putinin Bakıya səfəri zamanı bu və ya digər şəkildə Azərbaycanın fəal və çox mühüm iştirakı ilə regionda sabitlik və təhlükəsizlik məsələsi də müzakirə edilib".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ