çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Anti-Azərbaycan yuvası kimi tanınan Avropa Parlamenti yeni qalmaqallarla çalxalanır...

Image


Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Avropa Parlamenti növbəti qalmaqallı hadisə ilə dünyanın gündəminə gəlib. Söhbət bu qurumda qohumluq əlaqələri əsasında yüksək vəzifələrə təyinatdan gedir. "Politico" nəşrinin yazdığına əsasən, Avropa Parlamentinin sədri Roberta Metsola yeznəsi Mettyu Taboneni özünün aparat rəhbəri təyin edib. 

Mettyu Tabone 2013-cü ildən Avropa Parlamentində Metsolanın yanında işləyir. O, yeni vəzifədə Letisiya Suleta de Reals Ansaldonu əvəzləyəcək. Ansaldo parlamentdə başqa vəzifəyə keçir.

Qeyd edək ki, Malta parlamentinin sabiq sədr müavini Roberta Metsola 2022-ci ildə Avropa Parlamentinin sədri seçilib. Roberta Metsola 2013-cü ildən Avropa Parlamentinin üzvü, 2020-ci ildən isə Parlamentin vitse-prezidenti vəzifəsində çalışıb. Metsola Avropa Parlamentinin yeni çağırışının cari ilin iyulun 16-da başlayan ilk sessiyasında yenidən prezident seçilib.  Strasburqda keçirilən səsvermədə 699 səsdən 562-ni toplayan Metsola növbəti iki il yarım ərzində Parlamentə sədrlik edəcək. O, fransalı Simone Veil və Nikol Fonteyndən sonra 705 üzvdən ibarət assambleyaya sədrlik edən üçüncü qadındır.  Parlament tarixində iki dəfə seçilən yeganə qadın siyasətçi olan Roberta Metsola açılış nitqində birlik və inklüzivlik üzərində dayanaraq, hamı üçün əlçatan olan, hər kəsin özünü nəinki bir hissəsi hiss etdiyi, həm də ona sahib çıxdığı Avropa üçün çalışacağını deyib. Amma onun təyinatları qalmaqala səbəb olub. Avropa Parlamentinin Maltadan üzvü Aleks Aqius Saliba "Facebook"da Metsolanın addımını "azğın nepotizm" adlandırıb. Aqius Saliba Leyborist, Metsola onun əzəli rəqibi Milliyyətçi partiyasındandır. Bu fonda Aqius Saliba yazır: "Təsəvvür edin ki, mən, yaxud Leyborist Partiyasının başqa bir üzvü ailə üzvünü ofisində yüksək vəzifəyə təyin edir". Tabone illərlə Metsolanın yaxın köməkçisi olub, 2015-ci ildə onun bacısı ilə evlənib. Metsola daha sonra Avropa Parlamentinin sədri seçilib. "Politico" yazır ki, Metsola bundan öncə də qalmaqala səbəb olan təyinatlar edib. 2022-ci ilin payızında Alessandro Kyokketti onun aparat rəhbərliyindən parlamentin baş katibi postuna yüksəlib. Kyokkettinin Metsolanın köməkçisi olanda həmin rola keçmək üçün favoritizmdən faydalandığı bildirilir. O, həmçinin gizli sövdələşmələrdən yararlanmaqda ittiham olunub. Belə ki, parlamentdə Kyokkettiyə siyasi dəstəyin təmin olunması üçün bir neçə yeni post yaradılıb. Metsola və onun sağ-mərkəzçi Avropa Xalq Partiyası Kyokkettini dəstəkləyib, yalnız parlament proseduruna əməl etdiklərini deyiblər. Metsola 2022-ci ilin sentyabrında bu fonda qeyd edirdi: "Bu, qurumun tarixində ən açıq proses olub. Vakansiya bir neçə ay açıq qalıb, hər kəs müraciət edə bilərdi... İlk dəfə idi ki, bir posta bir nəfərdən çox namizəd müraciət edirdi". 

Bütün bunlar silsilə korrupsiya qalmaqallarından özünə gəlməyən Avropa Parlamenti üçün yeni problemlər hesab olunur. Xatırladaq ki, bundan əvvəl uzaq Qətərdə keçirilən futbol üzrə dünya çempionatı zamanı Brüsseldə Avropa Parlamentinin vitse-prezidenti, yunan siyasətçi Eva Kaylinin və daha üç şəxsin, üstəlik, başqa bir avropalı deputatın köməkçisi olan italyan Françesko Giorginin, sabiq Avropa deputatı, italiyalı Pyer Antonio Panzerinin saxlanılması ilə bağlı sensasion xəbərlər yayılmışdı. Dünyanı şoka salan həbslər karbohidrogen ehtiyatları ilə çox zəngin Körfəz yarımadası dövlətinin Avropa Parlamentində nüfuzu "satın almaq" cəhdi ilə bağlı korrupsiya araşdırması çərçivəsində polis tərəfindən həyata keçirilib. Bundan sonra istintaqın keçmiş avropalı deputat Pyer Antonio Panzerinin həmyerlisi və Avropa Parlamentinin üzvü Françesko Giorgi vasitəsilə varlı şeyxlərin bu gəncin istəkli xanımı, Avropa Parlamentinin vitse-prezidenti ilə əlaqə qura biləcəyindən şübhələnmək üçün hər cür əsası olub. Polis Eva Kaylinin özünün ofisi ilə yanaşı, daha iki avropalı deputatın - belçikalı Mark Tarabella və Mariya Arenanın ofislərini də möhürləyib. Adı açıqlanmayan həmin "neft-qaz futbolu" ölkəsinin maraqlarını bu Avropa qurumunda təbliğ etmək üçün Avropa Parlamentində nüfuzlu vəzifə tutan siyasətçilərə rüşvət verildiyi barədə məlumatlar əldə edilib. Siyasi karyerasını belə şəkildə başa vuran Kayli son illərdə erməni lobbiçiləri, xüsusən də vaxtilə "Ədalət və Demokratiya uğrunda Avropa Erməni Federasiyası"nın təsisçisi Kaspar Karampetyanla sıx əməkdaşlıq edib. Afrikanın münaqişə bölgələrindən qaçaqmalçılıq yolu ilə Belçikaya müxtəlif rəngli brilyantlar daşımaqla böyük kapital qazanan Karampetyan, həm də qurduğu şübhəli federasiya vasitəsilə və Ermənistan xüsusi xidmət orqanlarının yaxından iştirakı ilə avropalı deputatları o vaxt işğal altında olan Qarabağa aparıb, fırıldaqçı və indi məhkəməsini gözləyən Bako Saakyanın Strasburqa səfərini təşkil edib, Avropa Parlamentinin dostluq qrupundan Ermənistanın xeyrinə bəyanatları satın alıb. Elə indi də erməni lobbisi Avropa Parlamentinə təsir göstərməyə can atır. Halbuki, Avropa Parlamentinin özü yeni qalmaqallarla çalxalanır.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ