çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Azad ərazilərə böyük qayıdışın tempi yenilənir...

Image


Beynəlxalq hüququn mühüm tərkib hissələrindən biri olan Dördüncü Cenevrə Konvensiyası yurd-yuvasından didərgin salınmış şəxslərin müvafiq ərazidə hərbi əməliyyatlar dayandırıldıqdan sonra öz evlərinə qaytarılmasını nəzərdə tutur. Könüllü qayıdış hüququ ümumiyyətlə Panmunjom Sülh Müqaviləsi və Afrika Qaçqınlar Konvensiyası kimi bir sıra digər müqavilələrdə də tanınır.

Ümumdünya İnsan Hüquqları Bəyannaməsi qəbul edir ki, hər kəsin qayıdış hüququ var. Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda qeyd edilir ki, heç kim qayıdış hüququndan məhrum edilə bilməz. Regional insan hüquqları müqavilələrində də oxşar müddəa var.

Təhlükəsizlik, müvafiq hüquqların təmini ön plandadır 

Bəzi hərbi nizamnamələrdə və təlimatlarda hərəkətin vaxt baxımından məhdudlaşdırılması və köçkünlərin öz evlərinə və ya adi yaşayış yerlərinə qayıtmasına icazə verilməli olduğu vurğulanır. Qaçqınların və köçkünlərin geri qayıtmaq hüququ dövlətlərin bir çoxunun qanunvericiliyində də təsbit edilir. Bu hüquq qaçqın və köçkünlərlə bağlı bir sıra sülh sazişlərində də tanınır. BMT Təhlükəsizlik Şurası, BMT Baş Assambleyası və BMT-nin İnsan Hüquqları Komissiyası qaçqın və köçkünlərin təhlükəsiz şəraitdə öz evlərinə qayıtmaq hüququnu dəfələrlə xatırladıblar.

Səlahiyyətli orqanların məcburi köçkünlərin könüllü qayıtması və reinteqrasiyasını asanlaşdırmaq üçün tədbirlər görmək məsuliyyəti Afrikadakı Qaçqınlarla bağlı Konvensiyada və Daxili Köçkünlük üzrə Təlimatlarda müəyyən edilib. Sülh müqavilələrində və digər sazişlərdə, milli qanunvericilikdə, rəsmi bəyanatlarda və digər praktikada, BMT və digər beynəlxalq təşkilatların qətnamələrində, digər sənədlərdə də qayıdəş hüququna istinad edilir. Xüsusilə BMT Təhlükəsizlik Şurası və BMT Baş Assambleyası dəfələrlə həm beynəlxalq, həm də qeyri-beynəlxalq silahlı münaqişələrin tərəflərini məcburi köçkünlərin təhlükəsiz mühitdə könüllü qayıdışına və reinteqrasiyasına kömək etməyə çağırıblar. Köçkünlərin könüllü və təhlükəsiz qayıtmasını və reinteqrasiyasını asanlaşdırmaq üçün həyata keçirilən tədbirlərə misal olaraq aşağıdakıları göstərmək olar: təhlükəsiz qayıdışları təmin etmək üçün tədbirlər, xüsusilə minalardan təmizləmə; əsas ehtiyacların (sığınacaq, qida, su və sağlamlıq) ödənilməsi üçün yardımın göstərilməsi; tikinti alətləri, məişət əşyaları, toxum və gübrələrlə təminat; məktəblərin yenidən qurulması, təlim və təhsil proqramlarının həyata keçirilməsi; köçkünlərə və ya onların nümayəndələrinə təhlükəsizlik və maddi şəraiti qiymətləndirmək üçün qayıtmazdan əvvəl qayıtmağı planlaşdırdıqları ərazilərə baş çəkməyə icazə verilməsi. Bütün bu qeyd edilənlərin real nümunəsinə Azərbaycanda rast gəlmək mümkündür. Ölkəmizdə qeyd olunanlar fonunda "Böyük Qayıdış"ın uğurla reallaşması, artıq keçmiş məcburi köçkünlərin yurd həsrətinə son qoyulması uğurla davam edir. Bu ilin sonunadək daha 20 mindən çox keçmiş məcburi köçkünün öz torpağına geri dönməsi gözlənilir. 2026-cı ilin sonunda isə 140 mindən artıq vətəndaşımız birinci köç mərhələsinin sonu olaraq Qarabağa geri qayıdacaq. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, yəni, 8 şəhər, 8 qəsəbə və 84 kəndin bərpa edilməsi nəzərdə tutulub. Bu günədək ümumilikdə işğaldan azad edilmiş 8 şəhərin Baş Planı hazırlanıb. 2022-ci il iyulun 19-dan bugünədək 4 şəhərə - Şuşa, Laçın, Füzuli və Xocalı şəhərlərinə və 4 kəndə - Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış və Laçın rayonunun Zabux və Sus kəndlərinə ümumilikdə 2000-dən çox ailənin, 8000-ə qədər insanın qayıdışı baş tutub.

Doğma yurdlarına qovuşan insanların bütün lazımi şəraitlə təmin edilməsinə xüsusi diqqət olunur 

Qayıdışla yanaşı, Azərbaycan doğma yurdlarına qovuşan insanların bütün lazımı şəraitlə təmin edilməsinə də xüsusi diqqət edir. Azad edilmiş ərazilərin bərpa-quruculuq işləri uğurla davam edir. Azrbaycan hər il milyardlarla manatı məhz bu istiqamətdə ayırır. Eyni zamanda dost xarici dövlətlər də yaxından iştirak edirlər. Özbəkistan tərəfindən Füzuli şəhərində inşa edilən orta məktəb, Qazaxıstan tərəfindən Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi buna əyani misaldır.

Bu arada qeyd edək ki,  artıq Füzuli, Laçın, Şuşa, Xocalı şəhərlərində, Zəngilan rayonunun Ağalı kəndində, Laçın rayonunun Zabux kəndində və Ağdərə rayonunun Talış və Suqovuşan kəndlərində ümumilikdə 8 məktəb binası istifadəyə verilib. Ağdam, Cəbrayıl, Kəlbəcər şəhərlərində, Kərkicahan qəsəbəsində, Laçın rayonunun Sus kəndində həmçinin əhalinin köçü planlaşdırılan başqa yaşayış məntəqələrində ümumilikdə 12 məktəbin tikintisi və ya əsaslı təmiri işləri davam edir. Bundan başqa, 13 körpələr evi-uşaq bağçasının tikintisi və ya əsaslı təmirinin yekunlaşması nəzərdə tutulub. Xankəndi şəhərində ilkin mərhələdə 1000-ə qədər tələbənin təhsil alacağı Qarabağ Universiteti istifadəyə verilib. Digər istiqamətdə də işlər görülür. Sözsüz ki, işğaldan azad olunmuş ərazilərdə bərpa, yenidənqurma işləri, yeni infrastrukturun yaranması istiqamətində aparılan işlərdən ən önəmlisi təbii ki, ərazilərin minalardan təmizlənməsi, yaşayış və həyat üçün vacib olan yeni infrastrukturun qurulmasıdır. Eyni zamanda, kənd təsərrüfatı ilə əlaqədar yeni fəaliyyət sahələrinin, o cümlədən xidmət, ticarət, tikinti, nəqliyyat və digərlərinin yaradılması və inkişafı mühüm əhəmiyyət kəsb edir. Bu ərazilərdə aparılan bütün yenidənqurma, bərpa və şəhərsalma işləri qabaqcıl urbanizasiya modellərinin tətbiqi ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Müvafiq dövlət proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə insan kapitalının inkişafı sahəsində sosial xidmətlər şəbəkəsinin yaradılması və maddi-texniki bazasının gücləndirilməsi, bölgədə məskunlaşan əhalinin keyfiyyətli səhiyyə və təhsil xidmətləri ilə təmin edilməsi, sosial obyektlərinin bərpası və yenidən qurulması, məşğulluq imkanlarının artırılması məqsədilə fəal özünüməşğulluq proqramlarının həyata keçirilməsi və reabilitasiya müəssisələrinin qurulması istiqamətində də müvafiq addımlar atılır. Azad edilən ərazilərdə 32 ildən sonra ilk parlament seçkilərinin keçirlməsi üçün də işlər uğurla yekunlaşıb. Artıq Milli Məclisə növbədənkənar seçkilərdə işğaldan azad olunmuş ərazilərdə 54 məntəqə üzrə 42 mindən çox səsvermə hüququna malik seçici səs verə bilər. Bütün bunlar azad olunan ərazilərin yenidən dirçəlməkdə olduğunu göstərir.

Samirə SƏFƏROVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ